Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda binada güclü partlayış: yaralılar var - Video

Hadisə 03 Dekabr 2024, 08:32

10573

Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisindəki yaşayış binalarının birində güclü partlayış baş verib.

Citypost.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.

***

Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.

***

Sumqayıt şəhərində yaşayış binasında baş vermiş partlayışda azı üç nəfər yaralanıb, bir nəfərin dağıntılar altında qaldığı güman edilir.

Yaralılar xəstəxanaya aparılıblar.

Hazırda hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyat aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.

***

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.

Bildirilib ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

***

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.(apa)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nigar Fərhadın əri yenidən HƏBS OLUNDU

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib.Citypost.az xəbər verir ki, APA-nın məlumata görə, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar verib.Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul edilib.Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Binəqədi rayon Məhkəməsinin qərarı ilə bağlı apellyasiya protestini təmin edib. Samir Yəhyazadə məhkəmə zalında həbs olunub.Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci ( təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq...

05 Noyabr 2026, 13:18

Dedi ki, ağ yox, sarı qızıl verməlisən" - Falçıya 360 minlik zinət əşyası verdi

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.Citypost.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəsi ilə davam edib.Zərərçəkən B.S ailə probleminə görə G. Novruzovaya müraciət etdiyini bildirib:"Günay mənə dedi ki, sənin özünə də əməl olunub, onu sənin ruhundan təmizləyə bilərəm. Bunun üçün ona 1200 manat pul verdim. Sonra dedi ki, "bu azdır, mən işimi qızılla görürəm. Amma ağ yox, sarı qızıl verməlisən". Bu qadına ümumilikdə 360 min manat dəyərində qızıl vermişəm. Bu qadından şikayətçiyəm, dəyən ziyanın...

04 Noyabr 2026, 20:13

Kabinetdə iki qadın müğənni ilə nə baş verib? - Bəxtiyar Dalinin həbsinin ŞOK SƏBƏBİ

Novxanı qəsəbəsindəki bir neçə milyon manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.Citypost.az-ın  Oxu.az-a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib-içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər....

04 Noyabr 2026, 14:00

Bakıda "Prado" ana və körpəsini vurdu - ANBAAN VİDEO

Noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.Citypost.az xəbər verir ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə...

04 Noyabr 2026, 12:13

16 mərtəbəli yaşayış binasında yanğın oldu

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.Citypost.az  xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb....

04 Noyabr 2026, 11:46

Qaradağda maşın piyadanı vuraraq öldürüb

Qaradağda maşın piyadanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, hadisə Abşeron Ticarət Mərkəzinin qarşısında baş verib.Belə ki, İbrahim İbrahimov idarə etdiyi “Vaz-21154” markalı avtomobillə hərəkətdə olarkən piyada 1946-cı il təvəllüdlü Əfsər Əhmədovu vurub.Piyada aldığı xəsarətlərdən xəstəxana çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı cinayət işi başlanılıb. (APA)

04 Noyabr 2026, 09:52