Bizə yazın

Baku

-°C

USD

-

Mirzə Qədimdən TƏBİB-ə: Sistem dayanıbsa, xəstə də dayansın?

Cəmiyyət 27 Noyabr 2026, 17:28

667

Mirzə Qədim eşitmişdi ki, müasir səhiyyədə rəqəmsallaşma gedir, hər şey elektron sistemə keçir, xəstələrin işi asanlaşır. O da bu yeniliklərə sevinirdi. Düşünürdü ki, daha xəstəxanalarda növbələr azalacaq, adamlar qapı-qapı düşməyəcək, həkimə çatmaq üçün yarım gün sərf etməyəcəklər. Amma deyəsən, Mirzə bir şeyi nəzərə almamışdı: sistem işləyəndə hər şey yaxşıdır, sistem dayananda isə xəstə də, həkim də, qeydiyyatçı da onunla birlikdə dayanmalıdır.

Bu günlərdə 19 nömrəli şəhər poliklinikasında baş verən bir hadisəni eşidəndən sonra Mirzə Qədim eynəyini çıxarıb masanın üstünə qoydu. Məsələni diqqətlə dinlədi, sonra da dedi: “Ay bala, bu nə gözəl səhiyyə modelidir belə? Kompüter işləmirsə, deməli, xəstənin də xəstələnməyə ixtiyarı yoxdur!”

Hadisə belə olub. Vətəndaş analiz vermək üçün poliklinikaya gedib. Laboratoriyaya təqdim etməkdən ötrü əvvəlcə qeydiyyat pəncərəsindən çek almalıdır. Yaxınlaşıb, məlum olub ki, sistem dayanıb. Qeydiyyatçı qızlar kompüterə baxır, kompüter də sanki onlara baxıb susur. Nə qızların əlindən bir iş gəlir, nə də kompüterin könlündən sistemə qayıtmaq keçir.

Bir azdan pəncərənin qabağına xəstələr yığışmağa başlayıb. Kimisi irəli keçmək istəyir, kimisi etiraz edir, kimisi səsini qaldırır, kimisi də əsəbdən söyüş söyür. Bir sözlə, poliklinikanın qeydiyyat pəncərəsi səhiyyə müəssisəsindən çox, bazar meydanını xatırladır. Hamı gözləyir ki, bəlkə bu dəqiqə sistem açıldı. Bir saat keçir, sistem açılmır.

Vətəndaş qeydiyyatçı qızdan soruşur:

– Bəs sistem axşama kimi açılmasa, nə olacaq?

Cavab çox sadə və səhiyyə tariximiz üçün olduqca orijinaldır:

– Heç nə. Heç kim heç yerə gedə bilməyəcək, həkimlər xəstə qəbul etməyəcək. Ölən öləcək, qalan qalacaq.

Mirzə bu cavabı eşidəndə az qala çayını aşıracaqdı. Dedi: “Bərəkallah! Deməli, səhiyyəmizdə yeni bir qayda tətbiq olunub: sistem işləyirsə, müalicə var; sistem dayanıbsa, xəstə taleyi ilə barışmalıdır. Bəs sabah sistem bir həftə işləməsə, xəstələrə bir həftə xəstələnməmək barədə xəbərdarlıq göndəriləcək?”

Vətəndaş bir az da gözləyib bu dəfə başqa sual verib:

– Yaxşı, belə hallar, fövqəladə vəziyyətlər üçün TƏBİB-in bir təlimatı yoxdurmu? Axı sistem dayananda başqa qayda ilə işləmək, xəstələrin qeydiyyatını alternativ yolla aparmaq olmazmı?

Cavab yenə ürəkaçan olmayıb: heç bir təlimat yoxdur, hər kəs başının çarəsini qılsın.

Mirzə burada lap təəccüblənib. Axı TƏBİB tabeliyindəki tibb müəssisələrinə rəhbərlik edir, onların işini təşkil etməlidir. Bəs fövqəladə vəziyyətlər üçün ehtiyat qaydalar, alternativ qeydiyyat mexanizmi, xəstələrin qəbulunun dayanmasının qarşısını alan göstərişlər haradadır? Yoxsa TƏBİB-in təlimatları yalnız iclaslarda, təqdimatlarda və hesabatlarda işləyir?

Vətəndaş da vəziyyətin belə davam edəcəyini görüb analiz üçün gətirdiyi materialı cibinə qoyaraq poliklinikanı tərk edib. Çünki özü, öz təbirincə desək, praqmatik adamdır. TƏBİB-in işinə az-çox bələd olduğundan başa düşüb ki, sistem bu gün açılmayacaq. Ertəsi gün yenidən poliklinikaya gedib. Soruşub, məlum olub ki, bədbəxtçilikdən, dünənki ehtimalı düz çıxıb: sistem açılmayıb. Deməli, xəstələr bir gün əvvəl axşama qədər gözləyiblər, amma kompüter öz qərarından dönməyib.

Mirzə Qədim bu əhvalatı eşidib TƏBİB-ə beş tövsiyə hazırlayıb.

*Birinci tövsiyə:* Kompüterə izah edin ki, o, səhiyyə müəssisəsində xəstələrə xidmət etmək üçün qoyulub, xəstələri qapıda saxlamaq üçün yox. Sistem dayananda poliklinikanın fəaliyyəti də dayanmalı deyil.

*İkinci tövsiyə:* Hər tibb müəssisəsində sistemin işləmədiyi hallar üçün yazılı təlimat olsun. Elektron qeydiyyat mümkün deyilsə, müvəqqəti qeydiyyat aparılsın, xəstənin müraciəti qeydə alınsın, analiz və həkim qəbulu əsassız olaraq dayandırılmasın. Sonradan məlumatları sistemə daxil etmək mümkündürsə, bunun qaydası əvvəlcədən müəyyənləşdirilsin.

*Üçüncü tövsiyə:* Qeydiyyat pəncərəsində çalışan işçiləri xəstələrin qəzəbinin qarşısında tək qoymayın. Onlara nə edəcəkləri barədə göstəriş verilmirsə, günahı da onların boynuna yıxmayın. Kompüterin susması qeydiyyatçının günahı deyil, amma idarəetmənin susması artıq başqa məsələdir.

*Dördüncü tövsiyə:* Belə hallarda məsul şəxsin kim olduğunu müəyyənləşdirin. Sistem dayananda xəstə bir saat, iki saat, hətta bütün günü gözləməli deyil. Kimsə qərar verməli, kimsə məsuliyyət daşımalı, kimsə də xəstəyə izah etməlidir ki, onun taleyi kompüterin kefindən asılı deyil.

*Beşinci tövsiyə:* Səhiyyədə rəqəmsallaşmanı insan amilini unutmaq kimi başa düşməyin. Kompüterin yaddaşı var, amma vicdanı yoxdur. Xəstənin isə həm xəstəliyi var, həm də vaxtı məhduddur. Ona görə sistemin rahatlığı xəstənin sağlamlığından üstün tutulmamalıdır.

Mirzə Qədim yazının sonunda bir cümlə də əlavə edib:

“Əziz TƏBİB, elektron sistem qurmaq yaxşıdır. Amma sistem dayananda səhiyyənin də dayanması nə deməkdir? Xəstə kompüterin proqramını gözləyə bilər, amma xəstəliyi gözləmir. Siz də heç olmasa, sistemin işləmədiyi günlər üçün bir təlimat hazırlayın. Yoxsa sabah xəstə qeydiyyata yaxınlaşanda ona belə deyəcəklər: ‘Sistem yoxdur, zəhmət olmasa, sabah yenidən xəstələnin!’”

Mirzə QƏDİM

Problemlərinizi bizə bildirin

077 323 55 66

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.Citypost.az xəbər verir ki, namizədlər 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir.Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları...

27 Noyabr 2026, 17:36

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.APA xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22...

27 Noyabr 2026, 17:35

Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə səyyar qəbul keçirib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 17-ci mikrorayonda sakinlərlə növbəti səyyar qəbul keçirib.Citypost.az xəbər verir ki, qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlər əsasən mənzil-kommunal təsərrüfatı, sosial-məişət şəraiti, məşğulluq, ərazilərin abadlaşdırılması və infrastruktur məsələləri ilə bağlı olub.Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən müraciətlərin nəzarətdə saxlanılması və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.Qəbulda, həmçinin Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, kommunal və yol-nəqliyyat infrastrukturunun inkişafı, yaşayış məhəllələrinin şəraitinin yaxşılaşdırılması...

27 Noyabr 2026, 17:23

Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Ağstafa şəhərində vətəndaşları qəbul edib.Elm və Təhsil Nazirliyindən Citypost.az-a verilən məlumata görə, qəbulda Ağstafa, Qazax və Tovuz sakinləri iştirak ediblər.Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülübElm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib....

27 Noyabr 2026, 17:09

Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama

Füzuli rayonu uğrunda gedən döyüşlərdə boynundan ağır güllə yarası alan qazi Həsrət Quliyevin müalicəyə və əməliyyata ehtiyacı var. Citypost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onu ziyarət edən şəhid anası Vəfa İsmayılova məlumat yayıb.44 günlük Vətən müharibəsində şəhid olan İzzət Həmidovun anası V.İsmayılova qazinin vəziyyətinə biganə qala bilmədiyini bildirib. O, Vətən uğrunda sağlamlığını itirən şəxslərin müalicəsinin fərdi ianələrlə deyil, rəsmi qurumların və xəstəxanaların dəstəyi ilə həll olunmasının vacibliyini vurğulayıb.Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, həmin qazi hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır: “1998-ci il təvəllüdlü kişi 17.11.2026-cı il tarixində...

27 Noyabr 2026, 16:30

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.ADY-dən Citypost.az-a verilən məlumata görə, görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş...

27 Noyabr 2026, 16:26