Bakıda “Rus Evi”nin binasındakı yazılar sökülür
Hadisə 11 Fevral 2025, 13:49

1561
Bakıda “Rus Evi”nin binasındakı yazılar sökülür.
Citypost.az xəbər verir ki, “Rus Evi” yerləşdiyi binadan mərkəzin adının rus dilində yazılmış hissəsi sökülüb.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya nota göndərib. Belə ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ağdam-Füzuli yolunda ağır qəza - 20 yaralı var
Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
09 İyul 2025, 09:39

İsrail ilk dəfə etiraf edib
İsrail ilk dəfə olaraq İranın iyun ayında bir neçə hərbi hədəfə raket zərbələri endirdiyini rəsmən təsdiqləyib. CityPost.az xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən məlumat yayıb.“Hərbi brifinqlərin keçirilməsi qaydalarına uyğun olaraq adının açıqlanmasını istəməyən məmur bildirib ki, “çox az” zərbələr olub və hədəflər fəaliyyətini davam etdirir”, - agentlik bildirib. Hücuma məruz qalan hərbi obyektlər arasında Pentaqonun İsraildəki ekvivalenti olan Kariya, Müdafiə Nazirliyinin binaları və Mossad qərargahı, həmçinin Ovda və Nevatim hava bazaları da var.Miri...
08 İyul 2025, 22:56

Göydən pul yağdı - VİDEO
ABŞ-ın Detroit şəhərində sözün əsl mənasında göydən pul yağıb. CityPost.az xəbər verir ki,58 yaşında dünyasını dəyişən və yerlilər tərəfindən "səxavəti ilə tanınan" Darrell Tomasın xatirəsinə keçirilən vida mərasimində pul vertolyotla paylanılıb. Həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb və vətəndaşların üzərlərinə düşən pulu ələ keçirmək üçün bir-biri ilə yarışdığı görüntülənib.Nigar
08 İyul 2025, 22:03

Daşkəsəndə 21 yaşlı gənc qətlə yetirilib
Daşkəsəndə qətl hadisəsi törədilib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xoşbulaq kəndində qeydə alınıb.Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü İlkin Məmmədov mübahisə zəminində bıçaqlanıb.Ağır xəsarət alan İ.Məmmədov əvvəlcə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Həkimlərin səyilərinə yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisənin səbəbi və qətli törədən şəxsin kimliyi hələ məlum deyil.
05 İyul 2025, 23:19

İsrail İran üzərində hava üstünlük təşkil etmək istəyir
İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İDF-nin missiyası IAF-nın Tehran üzərində hava üstünlüyünü təmin etmək üçün tədbirlər hazırlamaqdır.CityPost.az xəbər verir ki, "IDF-nin missiyası IAF-a Tehran üzərində hava üstünlüyünü qoruyub saxlamağa imkan verəcək kəşfiyyat və əməliyyat tədbirləri hazırlamaqdır", - o, X-də yazıb.Katzın sözlərinə görə, “İsrail İrana qarşı aktiv müdafiə siyasəti yürütmək niyyətindədir”.Miri
04 İyul 2025, 15:58

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinadan ölkəyə ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Elçin Bayram oğlu Təhməzovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan Azərbaycana gətirilərək istintaq orqanına təhvil verilib.Ədliyyə Nazirliyinin müvafiq sorğusu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə...
04 İyul 2025, 10:08