Bizə yazın

Baku

-°C

USD

-

Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?

Hüquq 27 İyul 2026, 08:55

3917

Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.

Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa, bu hal gələcəkdə həmin mənzil üzərində yarana biləcək müəyyən hüquqlardan könüllü şəkildə imtina kimi qiymətləndirilə bilər.Müraciətdə göstərilən digər mühüm məqam qardaşın artıq 16 ildir həmin evdə faktiki yaşamamasıdır. Uzun müddət ərzində yaşayış yerindən könüllü şəkildə ayrılmaq və mənzildən istifadə etməmək də məhkəmə tərəfindən qiymətləndirilən əsas hallardan biridir.Məhkəmə bu cür işlərə baxarkən yalnız qeydiyyat faktına deyil, şəxsin mənzildən faktiki istifadə edib-etməməsinə, həmin ünvanda yaşayıb-yaşamamasına, kommunal xərclərdə iştirakına və digər sübutlara da diqqət yetirir.Əgər müəyyən olunarsa ki, şəxs uzun illərdir həmin evdə yaşamır, mənzildən istifadə etmir və yaşayış yerini faktiki olaraq dəyişib, bu halda onun istifadə hüququnun itirilməsi barədə məhkəmə qərarı qəbul edilə bilər.

Hüquqşünaslar vurğulayıb ki, belə vəziyyətdə mənzil sahibi tərəfindən kompensasiya ödənilməsi məsələsi də adətən gündəmə gəlmir. Bununla yanaşı onlar  bildirib ki, məhkəməyə müraciət edərkən iddiaçı uzun müddət yaşayışın olmamasını təsdiqləyən bütün sübutları toplamalıdır. Şahid ifadələri, kommunal xidmətlərlə bağlı məlumatlar, şəxsin başqa ünvanda yaşamasını təsdiq edən sənədlər və digər sübutlar məhkəmə baxışı zamanı mühüm əhəmiyyət daşıyır.

Hüquqşünasların sözlərinə görə, təqdim olunan sübutlar kifayət qədər əsaslı olarsa, məhkəmə həmin şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirildiyini müəyyən edə və onun qeydiyyatdan çıxarılması barədə qərar qəbul edə bilər. Belə hallarda kompensasiya ödənilməsi tələb olunmur.

Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, bu kateqoriyadan olan mübahisələrdə məhkəməyə müraciət etməzdən əvvəl bütün hüquqi sənədləri və sübutları toplasınlar, zərurət yarandıqda isə peşəkar hüquqi yardım alsınlar.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40