Mənzil kirayələyərkən depozitin geri qaytarılması qaydaları
Hüquq 31 Avqust 2026, 19:37
3763
Mənzil kirayələyərkən depozit (təminat məbləği) kirayəçinin mənzilə, orada olan əşyalara vura biləcəyi zərərləri, eləcə də ödənilməmiş kommunal xərcləri sığortalamaq məqsədilə ev sahibinə təqdim etdiyi pul vəsaitidir. Bu məbləğin müqavilə müddəti bitdikdən sonra geri qaytarılması qaydaları tərəflər arasında bağlanan kirayə müqaviləsinin şərtləri, mülki qanunvericiliyin tələbləri ilə tənzimlənir. Depozitin problemsiz şəkildə geri alınması üçün ilk növbədə müqavilə bağlanarkən təhvil-təslim aktının tərtib olunması, mənzilin, əşyaların mövcud vəziyyətinin dəqiq qeyd edilməsi vacibdir.
Citypost.az xəbər verir ki, depozitin tam həcmdə qaytarılması kirayəçinin müqavilə öhdəliklərinə dürüst riayət etməsindən asılıdır. Mənzil azad edilərkən yaşayış sahəsi təhvil alındığı vəziyyətdə (təbii köhnəlmə nəzərə alınmaqla) ev sahibinə təhvil verilməlidir. Kirayəçi qaz, elektrik, su, internet kimi bütün kommunal xidmət borclarını tam bağlamalı, müvafiq qəbzləri mülkiyyətçiyə təqdim etməlidir. Mənzildə kirayəçinin təqsiri üzündən hər hansı zədələnmə, əşya sınığı, ciddi zərər yaranmayıbsa, ev sahibi depozit məbləğini müqavilədə göstərilən müddətdə dərhal qaytarmağa borcludur.
Ev sahibinin depozitdən tutulma etməsi yalnız konkret əsaslar olduqda hüquqi qüvvə kəsb edir. Mənzilin əşyalarına zərər vurulduqda, mülkə qəsdi zədə yetirildikdə, yaxud kommunal borclar açıq qaldıqda ev sahibi həmin zərərə mütənasib məbləği depozitdən çıxa bilsər. Lakin binanın, əşyaların zamanla təbii sıradan çıxması, istifadəyə bağlı köhnəlməsi depozitdən tutulma aparılmasına əsas vermir. Əgər kirayəçi müqavilə şərtlərini pozaraq mənzili vaxtından əvvəl, xəbərdarlıq etmədən tərk edərsə, müqavilədə nəzərdə tutulmuş cərimə şərtlərinə uyğun olaraq depozitin tam, yaxud hissəvi qaytarılmaması halı ortaya çıxa bilər.
Yaranan mübahisələrin qarşısını almaq üçün depozit məbləğinin verilməsi faktı müqavilədə, yaxud xüsusi ödəniş qəbzində yazılı şəkildə təsbit olunmalıdır. Ev sahibi əsassız olaraq pulu geri qaytarmaqdan imtina etdikdə kirayəçi təhvil-təslim aktı, ödəniş sənədləri, müqavilə əsasında məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər. Bu səbəbdən kirayə münasibətlərində bütün razılaşmaların rəsmi sənədləşdirilməsi hər iki tərəfin maliyyə təhlükəsizliyini təmin edən əsas zəmanətdir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40