Bizə yazın

Baku

-°C

USD

-

Xaricdə təhsil vəd edən şirkətlərə aldanmayın – Hüquqşünasdan VACİB XƏBƏRDARLIQ

Hüquq 04 Sentyabr 2026, 09:55

3478

Son illər xaricdə təhsil almaq istəyən gənclərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərə marağı da artırıb. Lakin xaricdə təhsil, işə qəbul və digər xidmətlər vəd edən şirkətlərlə bağlı zaman-zaman vətəndaşların aldadılması, ödənişlərin alınmasına baxmayaraq vəd edilən xidmətlərin göstərilməməsi ilə bağlı şikayətlər də gündəmə gəlir.

Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, vətəndaşlar belə şirkətlərə müraciət etməzdən əvvəl ilk növbədə həmin qurumun fəaliyyəti barədə ətraflı araşdırma aparmalıdırlar. Şirkətin nə qədər müddətdir fəaliyyət göstərməsi, əvvəlki müştərilərinin kimlər olması, onların xidmətlərdən razı qalıb-qalmaması və şirkətin real nəticələri araşdırılmalıdır.

Mütəxəssislər xüsusilə reklamlara və sosial şəbəkələrdə yayılan paylaşımlara kor-koranə inanmağı məsləhət görmürlər. Çünki tanınmış simanın, aparıcının və ya bloqerin hər hansı şirkəti reklam etməsi həmin xidmətin keyfiyyətinə avtomatik zəmanət vermir. Reklamın kommersiya məqsədli olması və bunun qarşılığında ödəniş alınması da nəzərə alınmalıdır.

Hüquqşünasların sözlərinə görə, ən mühüm məsələlərdən biri müqavilənin imzalanmasından əvvəl onun bütün şərtlərinin diqqətlə oxunmasıdır. Bəzi müqavilələrdə xidmətin mahiyyəti, şirkətin öhdəlikləri, ödənişin qaytarılması halları, tərəflərin məsuliyyəti və müqaviləyə xitam verilməsi qaydaları vətəndaş üçün əlverişsiz formada müəyyənləşdirilə bilər.Xüsusilə müqavilədə xırda şriftlə yazılmış və ilk baxışdan əhəmiyyətsiz görünən müddəalara da diqqət yetirilməlidir. Vətəndaş yalnız şirkətin ona şifahi şəkildə verdiyi vədlərə deyil, həmin vədlərin müqavilədə necə əks etdirildiyinə baxmalıdır.Əgər şirkət müəyyən universitetə qəbul, təhsil haqqının ödənilməsi, viza prosesinin təşkili, yataqxana və ya digər konkret xidmətləri üzərinə götürürsə, bunların müqavilədə aydın şəkildə göstərilməsi vacibdir. Əks halda sonradan tərəflər arasında mübahisə yarandıqda vətəndaşın öz tələbini sübut etməsi çətinləşə bilər.

Digər mühüm məsələ ödənişlərin necə həyata keçirilməsidir. Hüquqşünaslar mümkün qədər bank köçürməsi yolu ilə ödəniş etməyi, nağd şəkildə pul verməkdən isə çəkinməyi tövsiyə edirlər. Bank ödənişi və digər rəsmi sənədlər sonradan mübahisə yarandığı halda pulun hansı məqsədlə və kimə ödənildiyini təsdiqləyən mühüm sübutlardan biri ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, müqavilədə tərəflərin hüquq və vəzifələri aydın göstərilmədikdə və şirkətin üzərinə konkret öhdəliklər qoyulmadıqda, sonradan məhkəmə qaydasında həmin öhdəliklərin tələb edilməsi də çətinləşə bilər. Belə hallarda vətəndaşın hüquqi imkanları məhdudlaşır və məsələ bəzi hallarda hüquq-mühafizə orqanlarına müraciət müstəvisinə keçə bilər. Bundan başqa, vətəndaşlar şirkətin hüquqi statusunu və rəsmi fəaliyyətini də əvvəlcədən yoxlamalıdırlar. Şirkətin adı, hüquqi ünvanı, müqavilədə kimin tərəf kimi göstərilməsi və ödənişin hansı hüquqi şəxsə edilməsi də diqqətdən kənarda qalmamalıdır.

Hüquqşünaslar sosial şəbəkələrdə və televiziyalarda geniş reklam olunan şəxslərlə bağlı da vətəndaşları diqqətli olmağa çağırırlar. Tanınmış simanın hər hansı şirkəti, həkimi, hüquqşünası və ya digər xidməti yüksək qiymətləndirməsi həmin şəxsin və ya qurumun peşəkarlığına hüquqi zəmanət deyil. Xüsusilə hüquqi xidmətlər zamanı şəxsin həqiqətən vəkil olub-olmaması, müvafiq peşə statusunun və səlahiyyətlərinin olub-olmaması əvvəlcədən araşdırılmalıdır. Eyni yanaşma xaricdə təhsil xidmətləri göstərən şirkətlərə də aiddir.

Beləliklə, xaricdə təhsil almaq istəyən şəxslər üçün əsas qayda sadədir: reklama yox, sənədə və real fəaliyyətə güvənmək lazımdır. Şirkəti araşdırmaq, müqaviləni imzalamadan əvvəl bütün şərtləri oxumaq, öhdəlikləri konkretləşdirmək və ödənişləri sənədləşdirmək sonradan ciddi problemlərlə üzləşmə riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Əli 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40