Bizə yazın

Baku

-°C

USD

-

Bank borcu və aliment: Tutulmalar necə aparılır? – HÜQUQİ QAYDA 

Hüquq 04 Sentyabr 2026, 10:55

3851

Şəxsin eyni vaxtda bir neçə banka borcu və aliment ödəmək öhdəliyi olduqda, vətəndaşın maaşından tutulmaların hansı ardıcıllıqla aparılması sualı tez-tez gündəmə gəlir. Xüsusilə iki və ya daha çox kredit öhdəliyi olan şəxslər alimentin digər borclardan üstün tutulub-tutulmadığını və əməkhaqqının nə qədər hissəsinin tutulmasının mümkün olduğunu bilməyə bilərlər.

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda bütün borclar eyni vaxtda və eyni qaydada tutulmur. Aliment öhdəlikləri icra zamanı xüsusi üstünlüyə malikdir. Qanunvericilikdə müəyyən edilmiş hallarda alimentin tutulması üçün əməkhaqqından daha yüksək faizdə vəsait tutulmasına da yol verilə bilər.Ümumi qayda olaraq, borclunun əməkhaqqından tutulmaların məbləği müəyyən həddi keçməməlidir. Bir neçə icra sənədi olduqda isə onların icra növbəliliyi nəzərə alınır. Alimentlə bağlı tələb ödənildikdən sonra əməkhaqqında qalan məbləğ hesabına digər borcların, o cümlədən bank kreditlərinin tutulması məsələsi gündəmə gəlir.Məsələn, şəxsin iki banka borcu olduğu halda, eyni zamanda aliment öhdəliyi də varsa, ilk növbədə aliment üzrə tutulma həyata keçirilə bilər. Əgər qanunla müəyyən edilmiş tutulma həddi aliment öhdəliyinin icrasına sərf olunursa və əməkhaqqından digər borclar üçün vəsait qalmırsa, bankların tələbləri həmin şəxsin əməkhaqqından dərhal tutulmaya bilər. Bu halda digər kreditorlar icra sənədlərinin növbəliliyinə uyğun olaraq gözləməli və borcun tutulması üçün qanunla nəzərdə tutulan digər imkanlardan istifadə edə bilərlər.Lakin bu, bankın borcun tutulması üçün şəxsin 18 yaşına qədər mütləq gözləməli olduğu anlamına gəlmir. Kreditorun tələbinin icrası üçün borclunun digər əmlakına, bank hesablarına, gəlirlərinə və qanunla tutulmasına yol verilən digər vəsaitlərə yönəltmə imkanları konkret icra işi çərçivəsində ayrıca qiymətləndirilə bilər.

Son dövrlərdə əməkhaqqının 25 faizinin həyat yoldaşına aid olması və buna görə də guya borclunun maaşının yalnız 25 faizinin tutulmasının mümkünlüyü ilə bağlı müxtəlif fikirlər də səslənir. Hüquqşünaslar bildirirlər ki, bu məsələyə yalnız belə sadə formul əsasında yanaşmaq düzgün deyil. Əməkhaqqından tutulmanın konkret faizi borcun növündən, icra sənədindən və qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərdən asılıdır.Digər tərəfdən, aliment öhdəliyinin süni şəkildə yaradılması ilə bağlı iddialar da hüquqi baxımdan ciddi məsələdir. Bəzi hallarda şəxslərin bank və digər kreditorlar qarşısında borclarından yayınmaq məqsədilə formal və ya əsassız aliment öhdəlikləri yaratmağa çalışması barədə fikirlər səslənir. Belə hallarda aliment öhdəliyinin real olub-olmaması və icra sənədinin qanuni əsasları aidiyyəti qaydada araşdırıla bilər.

Mütəxəssislər qeyd edirlər ki, boşanma, aliment və kredit öhdəlikləri bir-biri ilə əlaqəli görünsə də, hər bir məsələ üzrə ayrıca hüquqi qaydalar mövcuddur. Şəxsin bir neçə kreditor qarşısında borcu olması onun aliment öhdəliyini aradan qaldırmır. Eyni zamanda aliment ödənilməsi digər borcların avtomatik olaraq silinməsi demək deyil.Bu səbəbdən həm borclulara, həm də kreditorlara tövsiyə olunur ki, əməkhaqqından tutulmanın məbləği və icra sənədlərinin növbəliliyi ilə bağlı məsələlərə fərdi qaydada hüquqi qiymət versinlər. Çünki konkret tutulma faizi və icranın hansı əmlaka yönəldilməsi borcun növündən və mövcud icra sənədlərindən asılı olaraq dəyişə bilər.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40