Nikah pozulmayıb, amma ər-arvad ayrı yaşayır: Bu halda alınan əmlak bölünürmü?
Hüquq 10 Sentyabr 2026, 10:00
3437
Ər-arvad arasında rəsmi nikah hələ pozulmayıb, lakin tərəflər uzun müddətdir ayrı yaşayır, ailə təsərrüfatı faktiki olaraq ayrılıb. Belə vəziyyətdə tərəflərdən birinin nikah davam etdiyi müddətdə öz adına mənzil, ev, avtomobil və ya digər əmlak alması həmin əmlakın boşanma zamanı mütləq şəkildə bölünməsi deməkdirmi?
Citypost.az-ın məlumatına görə, Azərbaycan qanunvericiliyində ümumi qayda ondan ibarətdir ki, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak, əgər nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda müəyyən edilməyibsə, onların ümumi birgə mülkiyyəti hesab olunur. Əmlakın yalnız ər və ya arvadın adına rəsmiləşdirilməsi də onu avtomatik olaraq həmin şəxsin şəxsi mülkiyyətinə çevirmir. Lakin qanunvericilikdə ayrıca mühüm istisna da nəzərdə tutulub. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin ayrıca mülkiyyəti hesab edə bilər. Yəni tərəflər rəsmi olaraq boşanmasalar belə, faktiki olaraq ailə münasibətlərini bitirib ayrı yaşayır və bu müddət ərzində onlardan biri öz vəsaiti hesabına əmlak əldə edirsə, həmin əmlakın bölünməyən şəxsi əmlak kimi tanınması mümkündür.
Burada əsas məsələ sadəcə tərəflərin ayrı ünvanda yaşaması deyil. Məhkəmə ailə münasibətlərinin faktiki olaraq sona çatıb-çatmadığını, tərəflərin ümumi təsərrüfat aparıb-aparmadığını, əmlakın hansı vəsait hesabına əldə edildiyini və digər halları araşdıra bilər. Ali Məhkəmənin mövqeyinə görə də nikah dövründə əldə edilmiş əmlakın ümumi vəsait hesabına əldə olunması ümumi qayda kimi qəbul edilir, lakin konkret iş üzrə bunun əksi sübut edilə bilər.Məsələn, ər və arvad uzun müddətdir ayrı yaşayır, birgə təsərrüfat aparmır, ailə münasibətlərinə faktiki olaraq xitam verilib. Bu müddət ərzində ər öz gəlirləri hesabına mənzil alır və mənzil onun adına dövlət qeydiyyatına alınır. Boşanmadan sonra həmin əmlakın bölünməsi ilə bağlı mübahisə yaranarsa, məhkəmə tərəflərin faktiki olaraq ayrı yaşadığı dövrü və əmlakın hansı vəsaitlə əldə edildiyini nəzərə alaraq həmin mənzili ərin ayrıca mülkiyyəti hesab edə bilər.
Həmçinin oxuyun
Ona görə də “nikah pozulmayıbsa, nikah dövründə alınan hər bir əmlak mütləq bölünür” fikri tam doğru deyil. Eyni zamanda, “əmlak mənim adıma çıxarışla rəsmiləşdirilibsə, qarşı tərəf heç bir halda iddia qaldıra bilməz” demək də düzgün olmaz. Əmlakın şəxsi mülkiyyət hesab edilməsi üçün faktiki ayrı yaşama və ailə münasibətlərinə xitam verilməsi ilə yanaşı, əmlakın əldə edilmə şəraiti də məhkəmədə qiymətləndirilir. Deməli, rəsmi nikahın davam etdiyi halda belə, ər-arvadın faktiki olaraq ayrı yaşadığı və ailə təsərrüfatını dayandırdığı dövrdə əldə edilən əmlakın bölünüb-bölünməməsi konkret vəziyyətdən asılıdır. Məhkəmə həmin dövrü, tərəflərin münasibətlərini, əmlakın alınmasına sərf olunan vəsaitin mənbəyini və digər sübutları araşdıraraq qərar verir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40