Bizə yazın

Baku

-°C

USD

-

Məhkəməsiz kredit borcuna görə maaşdan pul tutula bilər?

Hüquq 10 Sentyabr 2026, 11:00

4046

Bankdan kredit götürən şəxslər arasında belə bir vəziyyətlə qarşılaşanlar var: kredit borcu yaranır, bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməyib, lakin müəyyən müddət sonra şəxsin iş yerinə icra orqanından məktub daxil olur və əməkhaqqından borcun tutulması tələb edilir. Bu zaman haqlı olaraq sual yaranır: məhkəmə qərarı olmadan əməkhaqqından pul tutulması necə mümkündür?

Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, Azərbaycan qanunvericiliyində müəyyən hallarda borcun məhkəmə qərarı olmadan da məcburi qaydada tutulmasına imkan verən mexanizm mövcuddur. Belə hallardan biri notarius tərəfindən aparılan icra qeydidir. Qanunvericiliyə əsasən, notarius müəyyən şərtlər daxilində borclunun pul öhdəliyi ilə bağlı icra qeydi apara və həmin sənədin icra olunması üçün “Elektron icra” informasiya sisteminə göndərilməsini təmin edə bilər.Lakin bu, bankın istənilən kredit borcu üzrə heç bir prosedur olmadan notariusa müraciət edib borcu avtomatik şəkildə əməkhaqqından tutdura bilməsi demək deyil. İcra qeydinin aparılması üçün borcun mübahisəsiz olması qanunvericiliyin əsas tələblərindən biridir. Bundan başqa, tələbkar notariat ofisinə müraciət etməzdən ən azı 20 gün əvvəl borcluya borcun icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə müəyyən edilmiş qaydada bildiriş göndərməlidir.

İcra qeydi aparıldıqdan sonra sənəd icra olunması üçün icra orqanına göndərilə bilər. İcra məmurunun tələbi əsasında isə borclunun işlədiyi müəssisəyə müvafiq göstəriş göndərilərək əməkhaqqından tutulma həyata keçirilə bilər. Əməkhaqqından tutulmaların miqdarı da qanunla məhdudlaşdırılıb. Ümumi qaydada hər dəfə əməkhaqqı verilərkən tutulmaların ümumi məbləği işçiyə verilməli olan əməkhaqqının 20 faizindən, qanunvericilikdə nəzərdə tutulan hallarda isə 50 faizindən artıq ola bilməz. Bir neçə icra sənədi olduqda da ümumi qayda olaraq işçinin əməkhaqqının 50 faizi saxlanmalıdır.Bu səbəbdən işçinin maaşından kredit borcuna görə tutulma aparılırsa, ilk növbədə tutulmanın hansı sənəd əsasında həyata keçirildiyini müəyyənləşdirmək lazımdır. Şəxs iş yerinin mühasibatlığından və ya icra orqanından tutulmanın əsasını, icra sənədinin növünü, sənədin nömrəsini və hansı borcla bağlı olduğunu öyrənə bilər. Əgər söhbət notariusun icra qeydindən gedirsə, həmin icra qeydinin qanunun tələblərinə uyğun aparılıb-aparılmadığının araşdırılması mümkündür.

Xüsusilə borcluya lazımi bildirişin göndərilməməsi, borcun mübahisəli olması, təqdim edilən sənədlərin qanuni tələblərə cavab verməməsi və ya digər prosedur pozuntularının olması məsələnin hüquqi qaydada mübahisələndirilməsi üçün əsas yarada bilər. Belə hallarda şəxs hüquqşünasa müraciət etməklə icra qeydinin və onun əsasında aparılan icra tədbirlərinin qanuniliyini yoxlatdıra bilər. Ona görə də “məni məhkəməyə çağırmayıblar, deməli maaşımdan heç bir halda pul tutula bilməz” yanaşması tam doğru deyil. Eyni zamanda, işçinin məhkəmə qərarı olmadan əməkhaqqından pul tutulduğunu gördükdə bunun qanuni olub-olmadığını yoxlamaq hüququ var. Əsas məsələ tutulmanın hansı icra sənədinə əsasən aparılması və həmin sənədin qanunvericiliyin bütün tələblərinə uyğun olub-olmamasıdır.

Belə vəziyyətlə qarşılaşan şəxs icra sənədinin surətini əldə etməli, notarius tərəfindən icra qeydi aparılıb-aparılmadığını müəyyənləşdirməli və həmin sənədin qanuniliyini yoxlatdırmalıdır. Əgər prosedur pozuntusu və ya borcun tutulmasına mane olan hüquqi əsas müəyyən edilərsə, qanunvericiliyin verdiyi imkanlardan istifadə etməklə icra tədbirlərinə etiraz etmək və onların dayandırılmasını və ya ləğvini tələb etmək mümkündür..

Yusif 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?

Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...

26 Oktyabr 2026, 11:40

Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi 

Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...

26 Oktyabr 2026, 10:40

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...

23 Oktyabr 2026, 11:00

Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi

Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...

23 Oktyabr 2026, 10:00

Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi

Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...

23 Oktyabr 2026, 09:00

Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi

Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...

22 Oktyabr 2026, 10:40