Ər-arvad boşandıqdan sonra kredit borcu necə bölünür? – Vəkildən açıqlama
Hüquq 05 Oktyabr 2026, 11:26
2675
Ailə münasibətləri pozulduqdan və tərəflər boşandıqdan sonra qarşıya çıxan əsas hüquqi məsələlərdən biri də nikah dövründə götürülmüş kredit və digər borc öhdəliklərinin kimin tərəfindən ödənilməli olmasıdır. Xüsusilə kredit ailənin ümumi ehtiyacları üçün götürülübsə, lakin boşanmadan sonra borcun yalnız tərəflərdən birindən tələb edilməsi halları mübahisələrə səbəb olur.Bir çox hallarda tərəflərdən biri “krediti mən götürmüşəm, deməli, yalnız mən ödəməliyəm” və ya əksinə, “kredit həyat yoldaşımın adına rəsmiləşdirilib, buna görə mənim bu borca aidiyyatım yoxdur” düşüncəsində olur. Lakin hüquqi baxımdan məsələyə yalnız kredit müqaviləsinin kimin adına bağlanması ilə yanaşılmır. Burada kredit vəsaitinin hansı məqsədlə götürüldüyü və ailənin ümumi ehtiyaclarına sərf olunub-olunmadığı da mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Mircavad Mircavad bildirib ki, nikah dövründə ər-arvadın birgə ailə təsərrüfatı çərçivəsində əldə etdiyi gəlirlər və ailənin ümumi ehtiyacları üçün çəkilən xərclər müəyyən hallarda tərəflərin hər ikisinin maraqları ilə bağlı hesab olunur.
Vəkilin sözlərinə görə, nikah dövründə götürülmüş kredit ailənin ümumi ehtiyaclarına xərclənibsə, boşanmadan sonra həmin borcun tərəflər arasında bölüşdürülməsi məsələsi gündəmə gələ bilər.
“Bir dinləyicimiz belə bir sualla müraciət edib ki, birgə nikah dövründə kredit götürülüb, həmin pul xərclənib və hazırda ailə artıq ayrılıb. İndi isə krediti götürən tərəfdən borcun ödənilməsi tələb olunur, digər tərəf isə öhdəliyin icrasında iştirak etmir. Burada ilk növbədə kredit vəsaitinin hansı məqsədlə götürüldüyü və hara xərcləndiyi müəyyən edilməlidir”, – deyə Mircavad Miriyev bildirib.
O qeyd edib ki, ailə münasibətləri davam etdiyi müddətdə ər və arvad birgə ailə təsərrüfatı aparırlar. Bu müddətdə əldə olunan gəlirlərlə yanaşı, ailənin ümumi ehtiyacları üçün çəkilən xərclər də ailə həyatının bir hissəsi hesab olunur.
“Ümumiyyətlə, birgə nikah dövründə əldə edilən gəlirlər tərəflər arasında ümumi əmlak münasibətlərinin tərkib hissəsi ola bildiyi kimi, ailənin ümumi ehtiyacları üçün çəkilən xərclər və müəyyən öhdəliklər də nəzərə alınır. Bu baxımdan boşanma zamanı təkcə əldə edilmiş əmlak deyil, müəyyən hallarda mövcud borc və öhdəliklər də mübahisə predmeti ola bilər”, – deyə vəkil vurğulayıb.
Mircavad Mircavadın sözlərinə görə, burada əsas məsələlərdən biri kredit vəsaitinin ailənin ümumi təsərrüfatına sərf olunmasının sübut edilməsidir. Əgər kredit ailənin yaşayış ehtiyaclarına, evin təmirinə, uşaqların xərclərinə, məişət və digər ümumi ehtiyaclara yönəldilibsə, həmin borcun yalnız kredit müqaviləsində adı olan şəxsin şəxsi borcu kimi qiymətləndirilməsi məsələsi ayrıca araşdırılmalıdır.
“Əgər kredit vəsaitinin ailənin ümumi təsərrüfatına xərcləndiyi nəzərdə tutulursa, boşanma zamanı həmin borcun da tərəflər arasında bölüşdürülməsi məsələsi qaldırıla bilər. Təbii ki, burada qarşı tərəfin də mövqeyi, təqdim etdiyi sübutlar və konkret vəziyyət nəzərə alınmalıdır”, – deyə hüquqşünas bildirib.
Vəkil diqqətə çatdırıb ki, kreditin ailə üçün deyil, tərəflərdən birinin şəxsi məqsədləri üçün istifadə edildiyi sübuta yetirilərsə, hüquqi qiymətləndirmə fərqli ola bilər.
Həmçinin oxuyun
“Məsələn, qarşı tərəf sübut edə bilər ki, bu pul ailənin ümumi ehtiyaclarına xərclənməyib, kredit götürən şəxs həmin vəsaiti şəxsi məqsədləri üçün istifadə edib və ya başqa bir şəxsə borc verib. Belə olduğu halda həmin borcun ailənin ümumi borcu kimi qiymətləndirilməsi məsələsinə başqa cür yanaşmaq lazım gəlir. Burada əsas məsələ vəsaitin real olaraq hara xərcləndiyinin müəyyən edilməsidir”, – deyə Mircavad Miriyev qeyd edib.
Onun sözlərinə görə, kreditin həyat yoldaşlarından yalnız birinin adına rəsmiləşdirilməsi də avtomatik olaraq həmin borcun ailə ilə heç bir əlaqəsinin olmadığını göstərmir. Eyni zamanda, kredit müqaviləsində hər iki tərəfin adının olmaması digər həyat yoldaşının avtomatik şəkildə borclu olması anlamına da gəlmir. Bu məsələlər konkret faktlar və sübutlar əsasında qiymətləndirilməlidir.
Vəkil bildirib ki, belə mübahisələr zamanı kredit müqaviləsi, kredit vəsaitinin hesaba köçürülməsi, pulun hansı istiqamətdə xərclənməsi, ödəniş sənədləri və digər sübutlar mühüm əhəmiyyət daşıya bilər.
“Burada sadəcə ‘krediti ər götürüb’ və ya ‘krediti arvad götürüb’ deməklə məsələyə yekun qiymət vermək mümkün deyil. Əsas sual kredit vəsaitinin ailənin ümumi ehtiyacına sərf olunub-olunmamasıdır. Əgər ailənin ümumi ehtiyacına sərf edilibsə, borcun da müvafiq qaydada bölüşdürülməsi məsələsi ortaya çıxa bilər”, – deyə o əlavə edib.
Mircavad Miriyev həmçinin qeyd edib ki, tərəflər boşandıqdan sonra kredit öhdəliyi ilə bağlı mübahisə yaranarsa, məsələnin hüquqi qaydada həlli üçün məhkəməyə müraciət edilə bilər. Məhkəmə isə təqdim olunan sənədləri və digər sübutları qiymətləndirərək kredit vəsaitinin hansı məqsədlə istifadə edildiyini və borcun ailənin ümumi ehtiyacları ilə bağlı olub-olmadığını müəyyənləşdirir.
“Birgə nikah dövründə ailənin ümumi ehtiyacları üçün istifadə olunan vəsaitdən söhbət gedirsə, onun qaytarılması ilə bağlı öhdəliyin də müəyyən hallarda tərəflərin hər ikisinə aid edilməsi mümkündür. Lakin hər bir konkret iş fərdi qaydada araşdırılmalıdır. Çünki kreditin götürülmə səbəbi, vəsaitin istifadə istiqaməti, tərəflərin razılığı və digər hallar nəticəyə təsir edə bilər”, – deyə vəkil vurğulayıb.
Beləliklə, boşanma zamanı nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə yanaşı, ailənin ümumi ehtiyacları üçün yaranmış borc öhdəliklərinin taleyi də hüquqi baxımdan əhəmiyyət daşıyır. Bu səbəbdən tərəflərin kredit vəsaitinin hansı məqsədlə istifadə edildiyini təsdiqləyən sənədləri saxlaması və borcun ailə ilə əlaqəsinin olub-olmamasını sübut edə bilməsi vacibdir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərhumun bank borcu və ölüm müavinəti: Hüquqi fərq nədir?
Yaxınını itirən ailələr bəzən mərhumun sağlığında götürdüyü kredit və ya digər bank borcları ilə bağlı çətinliklərlə üzləşirlər. Xüsusilə mərhumun adına əmlak və miras qalmadıqda, ailə üzvləri ölümə görə nəzərdə tutulan müavinəti almaq, eyni zamanda mümkün borc öhdəliklərindən yayınmamaq üçün hansı addımları atmalı olduqlarını bilmirlər. Bu zaman belə bir sual yaranır: atası vəfat edən şəxs ölüm müavinətini götürərsə, bu, onun avtomatik olaraq vərəsə sayılması və mərhumun bank borcuna görə məsuliyyət daşıması deməkdirmi?Citypost.az-a açıqlama verən vəkil Həsən Əhmədov bildirib ki, ölümə görə ödənilən müavinətin alınması ilə mirasın qəbul edilməsi fərqli hüquqi məsələlərdir. Onun sözlərinə görə, atasının vəfatından sonra bank qarşısında borcun qalması,...
26 Oktyabr 2026, 11:40
Polis vətəndaşın bank kartını icazəsiz yoxlaya bilərmi? Vəkil izah etdi
Polis əməkdaşının vətəndaşdan bank kartını təqdim etməyi tələb etməsi, hesabındakı pul vəsaitlərinin mənbəyi ilə maraqlanması və bank əməliyyatlarını araşdırması hüquqi baxımdan müəyyən qaydalar çərçivəsində mümkündür. Lakin bu, polis əməkdaşının istənilən vaxt və heç bir əsas olmadan vətəndaşın bank hesabına dair məlumatları əldə edə bilməsi demək deyil. Bank hesabları, hesab qalığı, pul köçürmələri və digər maliyyə əməliyyatları qanunla qorunan bank sirri hesab olunur. Bu məlumatların əldə edilməsi üçün qanuni əsas və müvafiq prosedurlara əməl edilməsi tələb olunur.Citypost.az-a açıqlama verən vəkil Samir Süleymanov vətəndaşların bank kartları və hesabları ilə bağlı məlumatların hansı hallarda yoxlanıla biləcəyini, polis əməkdaşlarının səlahiyyətlərinin hansı hüquqi çərçivədə müəyyənləşdiyini...
26 Oktyabr 2026, 10:40
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Boşanma ərəfəsində olan ailələrdə ən çox mübahisə doğuran məsələlərdən biri də gəlinin yaşadığı evdən çıxarılması ilə bağlıdır. Xüsusilə ər-arvadın nikah dövründə yaşadığı mənzil kişinin deyil, onun anasının və ya atasının adına rəsmiləşdirildikdə, qadının həmin evdə qalmaq hüququ ilə bağlı suallar yaranır. Bəzi hallarda qadının azyaşlı övladları da olur və o, boşanmadan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmək istəyir. Bəs ev qayınananın mülkiyyətindədirsə, gəlin boşanma zamanı mənzildən çıxarıla bilərmi?Vəkil Könül Yaqubova Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda əsas məsələlərdən biri mənzilin kimə məxsus olması və gəlinin həmin evdən istifadə hüququnun yaranıb-yaranmamasıdır. Onun sözlərinə görə, vətəndaşlara hüquqi vəziyyət...
23 Oktyabr 2026, 11:00
Miras bir övladın adına keçirilibsə, digər övladlar pay tələb edə bilərmi? Vəkil izah etdi
Atadan miras qalan əmlakın övladlardan biri tərəfindən digər vərəsələrin xəbəri və razılığı olmadan öz adına keçirilməsi ailələr arasında ciddi mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlərdən biri sənədlərə imza atsa da, imzaladığı sənədin hüquqi nəticələrini tam anlamadığını bildirir. Nəticədə digər övladlar mirasdan onlara düşən payı ala bilməyəcəklərindən narahat olurlar. Bəs qardaş atadan qalan bütün əmlakı öz adına rəsmiləşdiribsə, digər bacı və qardaşların həmin mirasdan pay tələb etmək hüququ varmı?Vəkil Toğrul Allahyarov Citypost.az saytına açıqlamasında bildirib ki, belə hallarda digər vərəsələrin miras hüququnun olub-olmaması və əmlakın hansı əsaslarla bir şəxsin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Onun sözlərinə görə, əgər qanunla müəyyən edilmiş vərəsələrin hüquqları...
23 Oktyabr 2026, 10:00
Boşanma zamanı gəlin qaynatanın evindən pay tələb edə bilərmi? Vəkil izah etdi
Ailə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdən biri də boşanma zamanı gəlinin qaynatasının mülkiyyətində olan evdən pay tələb edib-etməməsi ilə bağlıdır. Bəzi hallarda gəlin uzun illər həmin evdə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra mənzildən pay almaq və ya orada yaşamaq hüququnu qorumaq istəyir. Lakin evdə yaşamaqla həmin əmlakın mülkiyyətçisi olmaq hüququ bir-birindən fərqlənir.Vəkil Ədalət Dəmirov Citypost.az saytına açıqlamasında bildirib ki, qaynatanın adına rəsmiləşdirilmiş evdən gəlinə avtomatik olaraq mülkiyyət payı düşmür. Onun sözlərinə görə, belə məsələlərdə evin kimə məxsus olması, ailənin nə vaxt qurulması, mənzildən istifadə ilə bağlı hüquqların hansı dövrdə yaranması və konkret işin digər halları nəzərə alınmalıdır.Vəkil qeyd edib...
23 Oktyabr 2026, 09:00
Əlilliyə görə pensiya alanların pensiya kapitalı pensiyaya əlavə olunurmu? Vəkil izah etdi
Pensiya təminatı məsələləri vətəndaşları ən çox maraqlandıran sosial mövzulardan biridir. Xüsusilə əlilliyə görə pensiya alan şəxslərin əmək fəaliyyəti dövründə yığılmış pensiya kapitalının onların aldığı pensiyanın məbləğinə təsir edib-etməməsi barədə suallar tez-tez səslənir. Çoxları pensiya təyin olunarkən bütün hüquqlarının nəzərə alınıb-alınmadığını bilmir, nəticədə qanunla çatası artımdan məhrum qala bilir. Bəs bu halda hansı qayda tətbiq olunur və hüquq pozulduqda hara müraciət etmək lazımdır?Vəkil Vəfadar Piriyev mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pensiya kapitalının əlilliyə görə təyin olunan pensiyaya əlavə edilməsi qaydasını izah edib. O bildirib ki, vətəndaşa yaşa görə və ya əlilliyə görə pensiya təyin olunarkən avtomatik olaraq hansı pensiya təminatı daha...
22 Oktyabr 2026, 10:40