Bizə yazın

Baku

-°C

USD

-

60 manatlıq cərimə olacaq - AÇIQLAMA

Hüquq 27 Oktyabr 2024, 19:41

2439

Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb.

Bu barədə  CityPost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

"Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması Sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzər alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.

Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər.Bu yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə edilir", - məlumatda deyilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib 

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.CityPost.az    xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.Eyni...

30 İyul 2025, 10:23

Qusara yeni prokuror təyin olundu 

Qusar rayon prokuroru Elxan Abdrəhmanov vəzifəsindən azad olunub.CityPost.az   xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.Baş prokurorun digər Əmri ilə Ceyhun Mirzəyev Qusar rayon prokuroru vəzifəsinə təyin edilib.Qeyd edək ki, xəbəri ilk olaraq Bizim.media saytı yayıb.

18 İyul 2025, 10:45

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib 

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın    məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və...

08 İyul 2025, 17:30

Bu rayonlara yeni prokurorlar təyin edildi 

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə CityPost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.Vurğulanıb ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və...

17 İyun 2025, 16:42

İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?   - Vəkil Şəms Mirzəyevadan AÇIQLAMA 

Bu dəfə təqdim etdiyimiz mövzu qısa iş günü ilə bağlıdır.İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?Mövzu ilə bağlı CityPost.az  saytına açıqlama verən vəkil  Şəms Mirzəyeva bildirib ki,Azərbaycan Respublikasının Əmək Məcəllənin 108-ci maddəsinə əsasən, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti 1 saat qısaldılır.Yəni,işçilər bu günlərdə iş yerlərini 1 saat tez tərk edə bilərlər.Miri...

29 May 2025, 19:34

Ər  alimentə görə  keçmiş  arvadını  məhkəməyə  verdi    —    QALMAQAL

Keçmiş həyat yoldaşının məhkəmə qərarlarını icra etməməsindən şikayətçi olan vətəndaş mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət  edib.CityPost.az  saytına müraciət edən Həmidov Rasim Həmid oğlu bildirib ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək  həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.“2006-cı ildə ailə qurdum.Ailəmizin ilk illərindən evimizdə söz-söhbətlər olurdu.Mən özüm Laçın  rayonundanam.Özümüz Sumqayıt şəhərində məskunlaşmışıq.Həyat yoldaşımla münasibətlərimiz düz gəlmədiyi üçün məhkəmə qaydasında boşandıq.Hələ evliliyimizin davam etdiyi müddətlərdə keçmiş həyat yoldaşım dəfələrlə uşaqları evdə...

16 May 2025, 15:30