Bizə yazın

Baku

-°C

USD

-

“Qarabağ” “Sabah”a qalib gəldi

İdman 29 Sentyabr 2024, 22:02

693

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

CityPost.az  xəbər verir ki, turun qapanış və mərkəzi oyunu çempion “Qarabağ”la əsas rəqiblərindən biri hesab edilən “Sabah” arasında keçirilib.

Beş qolun qeydə alındığı bu oyunda Ağdam təmsilçisi qələbə qazanıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə (3:2), “Zirə” “Kəpəz”ə (3:0) qalib gəlib, “Neftçi” – “Sumqayıt” (1:1) və “Şamaxı” – “Turan Tovuz” (2:2) oyunlarında heç-heçə qeydə alınıb.

Azərbaycan Premyer Liqası

8-ci tur
29 sentyabr

“Qarabağ” – “Sabah” 3:2
Qollar: Toral Bayramov, 6. Nəriman Axundzadə, 8. Kevin Medina, 17 – Coy Lens Mikels, 45+1. Pavol Şafranko, 51.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
“Azərsun Arena”, 19:00.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İdmançı oteldə ölü tapıldı 

Meksikalı boksçu Pedro Antonio Rodriges ABŞ-da döyüşdə uduzaraq dünyasını dəyişib. CityPost.az  xəbər  verir   ki, bu barədə “Marca” məlumat yayıb.Rodriges iyulun 5-də Arizonada amerikalı Filip Vella ilə rinqdə qarşılaşıb. O, altı raunddan sonra məğlub olub. Daha sonra o, yaşadığı oteldə ölü tapılıb.Nəşrin məlumatına görə, idmançı döyüşdən  sonra axşam həmkarlarına oteldən kənarda şam yeməyi təşkil edib, lakin heç foyedə görünməyib. Onun yoxluğu yalnız ertəsi gün, qrupun hava limanına getməli olduğu vaxt aşkarlayıblar. Rodrigesə tapa bilməyən yoldaşları onun otağına qalxaraq  cansız vəziyyətdə tapıblar.İdmançının nədən öldüyü hələlik məlum deyil.Miri...

08 İyul 2025, 23:05

Diogo Jota'nın ailəsinə mirası ortaya çıxdı

"Liverpul"un futbolçusu Dioqo Jota qardaşı ilə birlikdə avtomobil qəzası keçirdikdən sonra qardaşı Andre ilə birlikdə avtomobildə baş verən yanğında həyatını itirib.CityPostaz   xəbər  verir   ki,Dioqo Jotanın ölümündən sonra həyat yoldaşı və uşaqlarına qoyacağı miras üzə çıxıb. Daily Mail-də yer alan xəbərə görə; Jota "Liverpul"a keçidinin ilk iki ilində 8,6 milyon funt-sterlinq qazanıb. Portuqaliyalı oyunçu 2022-ci ildə yenilənən 5 illik müqavilədə ümumilikdə 21,8 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb.Bununla belə, 5 ili tamamlamadan dünyasını dəyişən ulduz futbolçunun ailəsinə qalan 14,5 milyon funt-sterlinq veriləcək. Jota'nın ölümü ilə viran qalan həyat yoldaşı və uşaqları əmlak, investisiyalar və avtomobillərlə birlikdə performans bonusları və brend sövdələşmələrində 35...

08 İyul 2025, 22:14

UEFA "Çelsi"ni 80 milyon avro cərimələyib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Londonun "Çelsi" klubunu maliyyə qaydalarını pozduğuna görə 20 milyon avro, dayandırılmış cərimə kimi isə daha 60 milyon avro cərimələyib.CityPost.az   xəbər  verir  ki, London klubu dörd illik müşahidə müddətinə razılaşıb.Ötən mövsüm "Çelsi" Konfrans Liqasının qalibi olub və İngiltərə Premyer Liqasını (APL) də dördüncü pillədə başa vurub.2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FIFA) və UEFA Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrini nəzərə alaraq, Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəliblər. Rusiyalı futbolçular 2022-ci il dünya çempionatının pley-off mərhələsini, dünya çempionatının özünü və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatını...

04 İyul 2025, 22:03

Rusiya komandası Əfqanıstanla səfər meydanında oynamaqdan imtina edib

Rusiya futbol yığması Əfqanıstan yığması ilə Kabildə oynamaqdan imtina edib. CityPost.az  xəbər verir   ki, bu barədə “Mash on Sport” Teleqram kanalı Rusiya Futbol İttifaqının (RFU) nümayəndəsinə istinadən məlumat yayıb."İlin sonuna kimi komandamız üç oyun keçirəcək, onların hamısı Rusiyada keçiriləcək. Potensial rəqiblərin adları hələlik məlum deyil, lakin iş gedir", - RFU-dan bildiriblər.İyunun 18-də Əfqanıstanın sənaye və ticarət nazirinin müavini Əhmədullah Zahid Rusiya yığmasını Kabilə yoldaşlıq görüşünə dəvət edib.2022-ci ilin fevralında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ...

30 İyun 2025, 13:24

"Qarabağ"ın rəqibi müəyyənləşib  

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

18 İyun 2025, 14:38

UEFA "6 saniyə" qaydasını yeniləyib  

UEFA "6 saniyə" qaydasını yeniləyib.CityPost.az xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.

12 İyun 2025, 11:34