ABŞ-ın yeni prezidenti Donald Tramp bütün müharibələri dayandıra bilsə, Minsk onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Citypost.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Əgər Donald Tramp bunu etsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik”, - Lukaşenko bildirib.
O, həmçinin xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna da daxil olmaqla, hərbi münaqişələrə son qoyacağına söz verib. Bundan əvvəl Lukaşenko Trampı ABŞ prezidentliyinə qayıtması münasibətilə təbrik edib. Onun sözlərinə görə, seçkilərin nəticələri “Trampın şəxsi şücaətinin təcəssümüdür”.
Yeganə