Bizə yazın

Baku

-°C

USD

-

Aprel döyüşçüsünün xatirələri:  "Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi..."

Müsahibələr 04 Aprel 2025, 12:42

14954

Vətən müharibəsinin qələbə müjdəçisi - "Aprel döyüşləri".

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tariximizə həkk olundu.

Dörd günlük müharibədə qəhrəmanlarımız  təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Məhz bu döyüşlərdən sonra düşmən işğalından azad olunan Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qayıdışının ilkin mərhələsinin əsası qoyuldu.

Ordumuz şimal-şərq və cənub-şərq istiqamətindən müdafiə xəttini  yarmağı bacardı. Ən uğurlu əməliyyat isə Lələtəpə yüksəkliyinin azad olunması  idi ki, bu da hərbçilərimizin  qanı bahasına başa gəldi. Şəhidlərimizlə yanaşı bu döyüşlərdə qəhrəmanlıq göstərib qazi adını qazanan oğullarımız da az deyil.Əbəs yerə deyil ki, qaziləri məhz yaşayan,canlı şəhid adlandırırlar.

Həmin igidlərdən biri də qazi Paşazadə  Vüsal Ədalət oğludur.

CityPost.az xəbər verir  ki,Oxu24.com -un  əməkdaşı   "Aprel Döyüşləri"nin 9-cu ildönümü ilə bağlı qazi ilə həmsöhbət olub.

 Vüsal Paşazadə  Beyləqan rayonunda anadan olub. N saylı hərbi hissədə müddətdən artıq xidmətdə olan zaman xüsusi təyinatlı dəstənin üzvü kimi, bir sıra əməliyyatlarda iştirak edib. Hərbi əməliyyatlar zamanı 2 dəfə yaralanıb. 

Xidməti dövründə müxtəlif medal və fəxri fərmanlarla mükafatlandırılıb.

 "Lələtəpə" uğrunda gedən döyüşlərdə isə başından kontuziya alıb.

O, "Aprel" döyüşlərini belə xatırlayır:

Biz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mümkün qədər tez hərbi əməliyyat əmrinin verilməsini uzun illər boyunca gözləmişdik.  Bu məqsədlə hər zaman bizim birləşmələrdə çoxsaylı ağır təlimlər keçirilirdi və əsas motivasiya qaynağımız Vətən torpağının azadlığı olduğu üçün, təlimlərdə bütün hərbçilərimiz yüksək nəticələr göstərir, bacarıqlarımızı durmadan artırırdıq.

 Mübariz İbrahimovun  təkbaşına düşmən üzərinə getməsi, onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərməsindən sonra isə, biz qələbənin bir addımlığında olduğumuzu daha yaxşı hiss etdik.

 Hamı müharibənin başlayacağı anı səbrsizliklə gözləyirdi.Çünki, həm Ermənistanın işğalçılıq siyasəti səbəbindən sülh yolu ilə torpaqlarımızın azad olacağına inam qalmamışdı, həm də Birinci Qarabağ Savaşı zamanı bizim mülki əhaliyə qarşı törədikləri vəhşi əməllərə görə intiqam duyğusu hamımızda güclü idi. Hər birimiz bilirik ki, 1994 atəşkəsindən sonrakı dövrdə isə,  əslində heç bir atəşkəs olmadı, sadəcə böyük miqyaslı əməliyyatlar dayandırıldı.

 Demək olar ki, hər gün Erməni işğalçıları ərazilərimizi atəşə tutur, xüsusilə də mülki əhaliyə atəş açır, yaşayış məskənlərini hədəf alırdılar. Üstəlik onların mövqeləri daha yüksəkdə yerləşdiyindən, hətta cəbhə xəttindən uzaqdakı yaşayış yerlərini də vura bilirdilər və mülki əhali arasında tez-tez itkilər, şəhidlər olurdu. Belə vaxtlarda biz hərbçilər olaraq bir an öncə savaşın başlamasını arzu edirdik. Yadımdadır, 2016-cı ilin Mart ayının sonlarına doğru yenə işğalçı Ermənistan ordusu bizim yaşayış məskənlərimizi hər gün aramsız atəşə tutmağa başlamışdı. Nəhayət ki, bu dəfə Azərbaycan ordusu düşmənə güclü bir qarşılıq verdi və hərbi komandanlığın əmriylə ordumuz cəbhədə hücuma keçərək, Ermənistan hərbi qüvvələrinin möhkəmləndiyi birinci müdafiə xəttini yardı. Bir sıra strateji əhəmiyyətli mövqeləri ələ keçirərək, bayrağımızı həmin yükəkliklərdə dalğalandırdıq.

Azadetmə əməliyyatlarında iştirak etməyimiz bizim üçün qürurvericidir.

Həmin döyüşlərdən sonra,  Ali Baş Komandanımız  "Lələtəpə" əməliyyatlarındakı fəaliyyətimi dəyərləndirərək, məni "İgidliyə görə" medalı ilə təltif etdi".

Bizim üçün ən ağrılı anlar döyüş yoldaşlarımızın, çiyin-çiyinə vuruşduğumuz dəyərli oğulların şəhidliyi olurdu:

Döyüşdə itki, şəhidlik, yaralanma qaçılmazdır. Biz hamımız hər zaman bunu bilərək döyüşmüşük.

Mənim çevrəmdə də şəhidlik zirvəsinə yüksələn, qazilik ünvanı alan hərbçilərimiz çox olub. 

 Həmin döyüşlərdə əslən Xocalıdan olan iki qardaş vardı – Namiq və Sarvan Mehrəliyevlər. İkisi də qorxmaz döyüşçülər idilər. Döyüşlərdə öncə Namiq vuruldu, ancaq başındakı qoruyucu kaska onu xilas etdi. Ardından qardaşı Sarvan vuruldu. Biz dərhal müxadilə edib onu çıxardıq. Mən də Namiqə ürək dirək verirdim ki, qorxma qardaşın sağ qalacaq. Ancaq Sarvanın yarası ağır idi və şəhid oldu. Mənim üçün ən ağır anlardan biri idi. O gün artıq uzun müddət idi döyüşürdük və yorğunluq da öz sözünü deyirdi. Nəsirov İlyas vardı, əsl qəhrəman idi. Aprel döyüşlərində ölümün gözünə dik baxaraq vuruşurdu. Sonradan 44 günlük müharibədə Qubadlı döyüşlərində şəhid oldu. Ermənilərə o qədər itki verdirmişdi ki, belə bir qəhrəmanın şəhid olmasına çox sevinmişdilər. Rüstəmov Elməddin var idi, başından yaralanmasına baxmayaraq silahını verib təxliyə olmaq istəmirdi, onu döyüş bölgəsindən güclə çıxardıq...

 Zaur adlı döyüş yoldaşımız da var, xidmətdə olduğu üçün soyadını demək istəmirəm... Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi. Onu da ərazidən zorla çıxardıq.

Abbasov İlkin dedi ki, mən ailəli olsam da uşağım yoxdur, öndə mən gedəcəm. Bizi ermənilərin səngərinə qədər elə apardı ki, düşmənin heç xəbəri olmadı. O ərazilərdə xidmət etdiyi üçün bölgəni əlinin içi kimi tanıyırdı. 

Nəsimi Şıxəliyev bizim tabor komandirimiz idi və cəbhədə döyüşün içində, ən qızğın atışmalarda həmişə yanımızda olurdu. Onun komandirlik bacarıqları nəticəsində biz düşməni məğlub edib, Lələtəpəyə bayrağımızı sancmağa nail olduq. Gizirlərimizdən İbrahimli Vasif qaçmağa çalışan erməniləri bir-bir vurub öldürmüşdü. Onun sayəsində bəlkə də neçə əsgərimizin həyatı təhlükədən qurtulmuşdu.

 Quliyev Emin adlı döyüş yoldaşımız isə qumbaraatanla 4-5 erməninin gizləndiyi sığınacağı vurmuşdu. 

Yunisli Tural çox qorxusuz oğuldur! Onun olduğu yerdə hamımız rahat olurduq, bilirdik ki hamımızı qorumaq üçün əlindən gələni edəcək. Sonra isə, 44 günlük vətən müharibəsində döyüşlərdə fərqlənmişdi.  Əliyev Asim də bizimlə birlikdə döyüşənlər arasındaydı, Lələtəpəyə bayrağı sancan döyüşçülərdəndir. Abbasov Ceyhun vardı, qorxmaz döyüşçü idi. Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Abdullayev Hasil də qəhrəmanlıq nümunəsi idi. O da Vətən müharibəsində şəhid oldu. Rabitəçimiz Məmmədli İmran isə, saza-sözə vurğun bir müəllim idi, hamımız ona müəllim deyirdik. O da vətən müharibəsində şəhid oldu. Vüsal adlı qardaşımız var, xidmətini davam etdirdiyi üçün onun da soyadını demirəm, ayağından yaralanmışdı. Buna baxmayaraq vətən müharibəsində də iştirak etdi. Hamımızın sevimlilərindən idi.  Bizim üçün vətənimizin azadlığı uğrunda vuruşub torpaqlarımızı xilas etmək nə qədər qürurlu idisə, yanımızda döyüş qardaşlarımızın şəhid olması o qədər ağrılı idi". 

Tarixə həm də 4 günlük müharibə kimi düşən bu döyüşlərdən sonra, düşmən tərəfində belə fikirlər səsləndirilirdi ki, guya Azərbaycan əslində, böyük miqyasda döyüşlə kəşfiyyat həyata keçirib:

Onlar sığınacaqlarda qorunaqlı şəkildə gizlənir və açıq döyüşə girmədən bizi vurmağa çalışırdılar. Üz-üzə döyüşdə bizə qarşı heç bir halda davam gətirə  bilməyəcəklərini anlayırdılar. 

Eyni zamanda da, düşmən on illər boyunca bir neçə kilometr dərinlikdə müdafiə xətti inşa etmişdi və hər fürsətdə bu xətti təkmilləşdirmişdi. 

Biz Aprel döyüşləri sayəsində işğal altındakı ərazilərimizin bir hissəsini, ərazi və relyef baxımından isə çox önəmli bir bölgəni xilas etdik.

 Bununla da işğal altındakı torpaqlara qayıdışın əsası qoyuldu. Bununla da, biz düşmənə, hətta dünyaya Azərbaycan ordusunun gücünü göstərdik. On illər boyunca müdafiə istehkamları quraraq hazırlaşmış düşməni məğlubiyyətdən heç nəyin xilas edə bilməyəcəyini nümayiş etdirdik.

Bu qələbədən sonra, Azərbaycan xalqı daha yaxşı anladı ki, vətən torpaqlarının işğaldan azad olacağı günlər elə də uzaq deyil.

Elə də oldu. İstər Aprel döyüşlərində, istərsə də vətən müharibəsində son sözü biz dedik və şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımızı azad edib işğal ləkəsini alnımızdan sildik!  

Biz şəhidlərimizin, ana-bacılarımızın intiqamını döyüş meydanında aldıq. Bu bizim üçün ən böyük təsəlli oldu.

Mən isə sonda bir Azərbaycan oğlu olaraq onu arzu edirəm ki, gənclərimiz, gələcək nəsillərimiz bu döyüşləri yaxşı öyrənsinlər. Xüsusilə də şəhidlərin həyat və döyüş yolunu unutmasınlar, onların uğrunda can verdiyi torpaqların dəyərini həmişə anlasınlar. Bizlər bu torpaqları işğaldan azad etdik. Gənc nəsil isə bu yurda sahib çıxaraq, onu hər sahədə irəli aparsınlar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadir Azəri: “Xocalı faciəsini unutmamaq gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biridir”

“Ermənilərin uzun illər ərzində Azərbaycan xalqının başına gətirdiyi müsibətlər tariximizin ən ağrılı səhifələrini təşkil edir. Bu faciələrdən ən dəhşətlisi isə 1992-ci ilin fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır ki, bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətdir. Aradan illər keçsə də, bu qanlı faciənin ağrısı xalqımızın yaddaşından silinməyib və silinməyəcək”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır: “Çünki Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük...

26 Fevral 2026, 09:38

Nüşabə Babayeva-Vəkilova:İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley ədəbiyyatımız üçün önəmlidir

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ədibin gəlini, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Babayeva-Vəkilova Citypost.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyəti üçün sevindirici və əlamətdar hadisədir. O, böyük şairə göstərilən diqqətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.N.Babayeva-Vəkilova qeyd edib ki, Səməd Vurğun Azərbaycan mədəniyyətində  eləcə də tarixində öz sözünü demiş, mövqeyini müəyyənləşdirmiş böyük sənətkardır. Onun sözlərinə görə, şair hələ sağlığında keçmiş Sovet məkanında və bir sıra xarici ölkələrdə tanınıb, sevilib....

23 Fevral 2026, 15:22

95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"  

Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün  95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az  saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...

18 Fevral 2026, 10:21

Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır

Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır. Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr...

09 Fevral 2026, 14:21

"Təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır"  - Fazil Mustafa

Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.CityPost.az   həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım...

05 Fevral 2026, 16:04

Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"

Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...

29 Yanvar 2026, 15:13