Qarabağın Həcərinin Xocalı Soyqırımı GÜNDƏLİYİNDƏN
Müsahibələr 26 Fevral 2025, 14:32

824
Birinci Qarabağ Müharibəsinin canlı şahidlərindən olan keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova Xocalı Soyqırımı ərəfəsində baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
Citypost.az həmin acılı günlərlə bağlı keçmiş döyüşçünün xatirələrini təqdim edir:
Qərərgahda könüllü adamlar öz koməklərini göstərirdilər.Musiqi məktəbinin müəllimi Ələkbər öz Jiquli maşınıyla hər vaxt o sazaqlı havada binanın qarşısındaydı. Seyyid Lazım Ağanın qardaşı oğlu Nəcəf də taksisiylə təmənnasız xidmət göstərirdilər. Qərərgah yerləşən binadakı bufet də demək olar ki,boş idi.Bir stəkan çayı güclə tapardın orda. Gunasırı maşınla Qatır Məmmədin (Yaqub Rzayevin)evinə dəyərdim. Arvadı Səbadan qapıda bağlanmış inəkdən bir stəkan süd sağmasını istərdim,çiy içərdim. Hərdən Qatır bunu görəndə deyərdi ki,qorxma biz qonağımıza zəhər vermərik,çıx evdə çörək ye. Bəzən sözünü yerə salmazdım və bu ailə mənə o qədər doğma idi ki…Bu haqda yeri gəldikcə danışacam...
Bəli,fevralın 22- də Tamerlan Qarayevin Ayaz Mütəllibova vurduğu geniş məzmunlu teleqramın sürətini onun atasının yaratdığı Müdafiə Komitəsində masasından götürdüm.
Xocalının ağır vəziyyətini çatdıran Qarayev axırda yazmışdı: " Xocalı gedərsə,bu Sizin hakimiyyətinizin sonu olar."
Qarayev neçə günlər idi ki,artıq fevralın 5- də ələ keçirilmiş Muradbəyli hərbi hissəsində otururdu. Bir gün mən ordaykən Bərdənin icra müavini ,yaxınım olan Rəhilə İsmayıllı onun yanına gəldi,tələbə yoldaşı olmuşdular. Rəhilə xanım xəbər verdi ki,neçə gündən bəri Bərdənin dəmir yolunda Bakıdan göndərilmiş 4 ədəd T-72 tank orda sizi gözləyir.(Bu texnikaları Mütəllibovun yaxın adamı,Bakı şəhər icra başçısı Rüfət Ağayev ruslardan gətizdirirdi)
O dəqiqə Tamerlan bəy kabinetində göstəriş verdi ki,gedin gətirin.
Bədbəxtlikdən,o tanklar da 2 qrad qurğusunun getdikləri yollara yönəlmişdilər...
Xocalı da nalə çəkirdi.Ratsiyadan eşitmişdim ki, yaralanmış mərhum komandir Milli qəhrəman Aqil Əliyevi lampa işığında əməliyyat ediblər.
Artıq xeyli vaxt idi ki,Xocalı prokuroru Atakişi Atakişiyev gündəlik qərərgaha gəlirdi,Xocalıya vertalyot verəcəklərini gözləyirdi ki,ora qayıtsın.Gəncəylə Ağdam yollarında qalmısdı.Hər gün də o kişini danlayırdım ki,o vəziyyətdə camaatı nahaq qoyub getmişdin Bakıya. Adam,çağrılıbmıs Baş Prokurorluğa…
Dağlıq Qarabağ qaçqınlarının bəzilərinin əllərində Heydər Əliyevin portreti var idi.Yadımdadır,əynində "yolocnu" palto,tellərini yana daramıs,hündür boylu bir cavan tələb edirdi ki,onların istəyini Bakıya çatdırsınlar. Onda,prezidentin səlahiyyətli nümayəndəsi Musa Məmmədov mənə tapşırıq verdi ki,həmin adamların istəklərini Ağdam poçt binasından pasport nömrələriylə Ali Sovetə teleqramlar vurdurum. Poçt binası da mərmidən salamat qalan hissəsində işləyirdilər və biz bunu etdik.(Sonralar öyrəndim ki,Musa Məmmədovla Arif Rəhimzadə yeznə-qayındırlar.)
Onu da deyim ki,Musa müəllim axıradək bacardığını edirdi.Hətta dövlət telefonundan bütün hakimiyyət orqanlarına öz adımdan vəziyyəti çatdımağıma şərait yaradırdı. Fevralın 20-dək iki dəfə də Bakıya getdi, Xocalını xilas etdirməyə,amma boş dönmüşdü…
Ayaz Mütəllibov iki müşavirini Ağdama təhkim etmişdi.Adil Hacıyev və Abbas Abbasov…
Adil Hacıyev qərərgahdan çölə ancaq çörək yeməyə gedərdi.Abbas Abbasov isə o vaxt Gəncə polis rəisi -sabiq Bas prokuror Eldar Həsənovla elə olurdu ki,gündə 2 dəfə Gəncəyə gedib qayıdırdılar.Xocalıya yol arayırdılar. Artıq Qaradağlı faciəsi baş vermişdi.
Həmçinin oxuyun
Bu şəxslər Gəncə diviziyasının komandiri Budeykinlə razılaşmış 13 ağır texnika Ağdama gəlməli,Xocalının əhalisinin çıxarmalıydılar. 366 -çi motoatıcı polk da Budeykinin tabeçiliyində olsa da, polkun tərkibindəki ohonyanlar rus zabitlərinin əksəriyyətini satın almışdılar. Bu tanklar Goranboydan Tərtər istiqamətində yönələndə Dördyol deyilən yollarda başqa dəstələr tərəfindən qarşıları kəsilmiş, tankların bir neçəsi geri dönmüşdür. Ağdama çatan 5 tank isə batalyonlar arasında bölüşdürülmüşdü.
Başıpozuqluq nəticəsində dəfələrlə Əsgəran əməliyyatı necə alınmamışdısa ,bu dəfə də elə olmuşdu.
Fevralın 20 -si Bakıya getdim. O müddətə qədər Mütəllibovun köməkçisi Gürşad Zərbəliyev gündə neçə dəfə zəng etsəm də, hər zəngimə “ay can” deyirdisə də,vəziyyəti çatdırdığını deyirdisə də, artıq inamım qalmamışdı. KQB sədriylə görüşməyə gedəcəkdim,ordakı vəziyyətin ağırlığından xəbərdar edəcəkdim.
Dövlət Təhlükəsizliyi Naziri İlhuseyn Hüseynov idi.Onun oğlu Arif Hüseynov Xətai rayon prokuroru idi, Ağdama tez-tez baş çəkirdi.
Prokurorun yanına getdim və atasından qəbul etməsini istədim. Əslində o vaxt indiki kimi deyildi,mən Namiq Abbasovla da 2 dəfə həyatıma təhlükəyə bağlı görüşmüşdüm və heç 10 dəqiqə də gözləmədən.
Bəli,binaya getdim və nazir məni yüksək səviyyədə qəbul etdi,dinlədi. Divardakı xəritənin qabağına keçərək əlindəki çubuqla Xocalını dairəyə aldı.Dedi ki,"dağ cığırları ilə olsa da Xocalını çıxarmalıyıq.Biz Ermənistandan qalxan təyyarələrin Xocalı aeroportuna enməsinə icazə verəmmərik."
Nazir mənə SNQ nin hərbi geyimlərini,çəkmələrini və Nizami Gəncəvinin "Xəmsə" kitabını yazaraq hədiyyə etdi və mən Ağdama döndüm.
Amma,Xocalı şəhid oldu,aeroportu da erməniyə qaldı,Ermənistandan qalxan təyyarə də ora oturdu.Və soyqırım gecəsi mərhum Milli qəhrəman Xocalı aeroport rəisi Əlif Hacıyev aeroportun uçus zolağını partlatmağa imkan tapmadı..Xocalı aeroportunda kiçik tutumlu Yak-40 təyyarələri qəbul edilirdi...
Mən Ağdama döndüm və ətrafımdakı xocalılara nazirin dediklərini çatdıdım.Bu adamlar aylardan bəri uçaq olmadığından Xocalıya dönə bilməyənlər idi və içlərində analar da vardı.Birisi məni dönə-dönə bağrına basırdı.
Xocalı şəhid olan günlərin birində həmin ana üstümə yeriyərək onlara yalan deyib arxayın saldığımı dedi və üzümə bərk bir sillə vurdu.Sonrasa ağu deyib məni bağrına basdı. Həmin ananın sifətimən vurduğu şillə mənim qəlbimi illərlə yandırırdı: axı mənim günahım nəydi?...
Ardı var...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ramiz Mehdiyev Misir Mərdanovu işdən çıxarmaq istəyirmiş - MÜSAHİBƏ
Keçmiş təhsil naziri Misir Mərdanov Ulvira Qarayevanın aparıcısı olduğu "Astar" layihəsində müsahibə verib. CityPost.az xəbər verir ki, keçmiş nazir müsahibəsində maraqlı detallara toxunub. Misir Mərdanov söhbət zamanı övladlarından,şəxsi həyatından,geyiminin qiymətindən və Ramiz Mehdiyevlə soyuq münasibətlərindən danışıb. Həmin müsahibəni təqdim edirik:
10 Fevral 2025, 11:28

Ermənistanın aldığı ATAGS-lər sıradan çıxdı
Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb. Citypost.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, iki sistem dərhal sıradan çıxıb (erməni tərəfi Hindistan nümayəndələrinin gəlişini belə gözləmədən haubitsaları dağıdıb), dördünü isə çətinliklə də olsa, yüksək dağlıq əraziyə darta biliblər: “Bununla yanaşı, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib. Təpmə sisteminin qeyri-sabit işləməsi tənqidlərə səbəb olub. Və ən böyük çatışmazlıq enerji təchizatı sistemi söndürüldükdə və ya uğursuz olduqda balqabağa dönən tam elektrikləşdirilmiş silah ötürücüsüdür”. Kanalln məlumatına görə, əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var. Uğursuz sınaqlardan sonra külli miqdarda...
22 Noyabr 2024, 15:12

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"
Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər. Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. “Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət,...
14 Noyabr 2024, 14:52

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
"Azur” Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur. CityPost.az xəbər verir ki, bu barədə Demokrat.az-a Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib. Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb. Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər. Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba...
07 Noyabr 2024, 14:30

Lukaşenkodan Trampa TƏKLİF: Müharibəni dayandıra bilsə...
ABŞ-ın yeni prezidenti Donald Tramp bütün müharibələri dayandıra bilsə, Minsk onu Nobel Sülh Mükafatına namizəd göstərəcək. Citypost.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Əgər Donald Tramp bunu etsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik”, - Lukaşenko bildirib. O, həmçinin xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna da daxil olmaqla, hərbi münaqişələrə son qoyacağına söz verib. Bundan əvvəl Lukaşenko Trampı ABŞ prezidentliyinə qayıtması münasibətilə təbrik edib. Onun sözlərinə görə, seçkilərin nəticələri “Trampın şəxsi şücaətinin təcəssümüdür”. Yeganə...
07 Noyabr 2024, 14:30

Berlinə bayraq sancan kişinin qızı Prezident İlham Əliyevə müraciət edib — FOTO+VİDEO
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərin ailə üzvlərinə daim Azərbaycan Dövləti tərəfindən diqqət və qayğı göstərilir. Qeyd olunanlarla yanaşı təəssüf ki, xoşagəlməz hallar da yaşanır. 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərdən biri də Zərdab rayonu, Şahhüseynli kənd sakini Qarayev Alməmməd Zakir oğludur. Böyük Vətən müharibəsinin iştirakçısının ailəsi bu gün böyük çətinliklərlə üzləşib. CityPost.az-a danışan Alməmməd Qarayevin hüquqi varisi olan qızı Həlimə Qarayeva bildirib ki, atasının vaxtı ilə yaşadığı ev hazırda baxımsızlıq səbəbindən qəzalı vəziyyətə düşüb. “Atam Böyük Vətən müharibəsində qəhrəmanlıqlar göstərib. Bir neçə dəfə orden və medallarla təltif olunub. Stalin atamın göstərdiyi...
29 Oktyabr 2024, 12:38