Saleh Səmədov: "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir"
Müsahibələr 16 Aprel 2025, 17:24

802
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Mia.az Xəbər Portalına maraqlı müsahibə verib.
Saleh Səmədov: "Məni həmişə yalnız bir prinsip düşündürür..." - "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir"
Həmin müsahibəni oxuculara təqdim edirik.
Saleh müəllim, Sizin çoxşaxəli fəaliyyətiniz İmişli rayayonunda çox yüksək qiymətləndirilir. Rayonda böyük nüfuz, hörmət qazanmısınız. Siz özünüz necə, İmişli Rayon Ağsaqqallar Şurasının sədri olduğunuz bir il ərzindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?
Sualınıza görə təşəkkür edirəm. Mənim necə fəaliyyət göstərməyimin ən yaxşısını, obyektiv cavabı rayon əhalisi, o cümlədən istər kəndlərdə, istərsə də rayon mərkəzində yaşayanlar daha yaxşı bilir. Məni isə həmişə yalnız bir prinsip düşündürür, rayonumuzun camaatı üçün daha çox faydalı olan nələrisə etmək. Xeyirxah fəaliyyətimizə kölgə salmaq istəyən, ən yumşaq ifadə etsəm qısqanclıqla yanaşanlara ümumiyyətlə əhəmiyyət vermirəm. Yalnız bir məqsədimiz var, insanların rifah halının yaxşılaşması, məmnun həyat yaşamasıdır. Bu istiqamətdə bacardığımız hər şeyi etməyə hazırıq.
Hörmətli Saleh müəllim, sizin İmişli rayon Ağsaqqallar Şurasının sədri kimin rayonda xeyirxah istiqamətdə geniş fəaliyyət göstərməyiniz artıq respublika səviyyəsində yayılmış və rəğbətlə qarşılanır. Məsələyə bir az konkret və faktlarla yanaşsaq, arxada qalan mart ayında ağsaqqallar şurası xətti ilə hansı işləri görmüsünüz? Şübhəsiz ki, məlumatınız çoxsaylı oxucularımız üçün də maraqlı olar.
Bildirim ki, İmişli rayon Ağsaqqallar Şurasının İllik Fəaliyyət Planı var. Bu, Azərbaycan Ağsaqqallar Şursının İş Planı əsasında, habelə rayonun spesfik xüsusiyyətlərini, icra edilməsi zəruri olanları və imkanlarımızı nəzərə alaraq tərtib edilmişdir. İş Planı İmişli Rayon Ağsaqqallar Şurasının ümumi yığıncağında ətraflı müzakirə edilərək təsdiq edilmişdir.
Mart ayı ərzində gördüyümüz işlərin bəziləri haqqında qısaca olaraq aşağıdakıları deyə bilərəm:
Mart ayında 4 kəndin ərazi təşkilatının təsis yığıncağın keçirmişik. İndi İmişli rayon Ağsaqqallar Şurasının tərkibində 50 ərazi təşkilatı fəaliyyət göstərir.
Ənənəmizə sadiq qalaraq ay ərzində doğum günü olan idarə heyəti üzvləri və ərazi təşkilat sədrlərinin doğum günü tədbirləri, təbrikləri olub.
İmişli rayon Ağsaqqallar Şurasının 2025- ci il üçün İş Planı bir daha müzakirə edilib.
İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi ehtiyacı olan şəhid ailələrinin ildönümündə və zərurət yaranarsa digər hüzür sahiblərinə maddi və mənəvi dəstək göstərib.
İmişli Rayon Ağsaqqallar Şurasının Məzrəli kənd təşkilatı üçün nəzərdə tutulan otağın təntənəli açılışı keçirilib.
İmişli rayonu Cəfərli kəndində şəhidlərin xatirəsini əbədiləşdirən abidənin açılışı olub.
Novruz Bayramı və Ramazan Bayramı münasibətilə rayonda 750 nəfər aztəminatlı ailələrə bayram sövqatı verilib.
İmişli Rayon Ağsaqqallar Şurasının bayramlarda, xüsisi tarixi günlərdə vətəndaşlara təbriki və tarixi hadisənin məzmuna uyğun müraciətləri olub
Şəhər və kənd əhalisi cəlb olunmaqla rayon səviyyəsində Novruz Bayramı münasibətilə 2 günlük geniş şənlik tədbiri keçirilib.
İmişli Rayon Ağsaqqallar Şurası Ramazan bayramı ərəfəsində şəhid ailələri və ağsaqqallar şurasının üzvlərinin iştirakı ilə 300 nəfərə iftar süfrəsi təşkil edib.
31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmş tədbir təşkil olunub.
Şuranın rəhbər strukturunun üzvlərinin və tanınmış digər şəxslərin yaxınlarının dünyasını dəyişəndə rayon şurasının saytında onlara baş sağlığı verilməsi ənənəsi mart ayında da davam edib.
İmişli rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi bütün tədbirlərlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasının bir sıra tədbirləri mütəmadi olaraq rayon ağsaqqallar şurasının saytında və feyzbuk səhifəsində fotolarla birgə ətraflı yazılı məlumat verilib və s
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə cari il "Konstitusiya və Suverenlik ili" elan edilmişdir. Bu ildən gözləntiləriniz nədən ibarətdir, yaxud nə kimi dəyişikliklər gözlənilir?
Bəli, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi reallıqları, tarixi nailiyyətimizi ifadə edir. Ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur, Azərbaycan Respublikasının Prezidendi cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti dövlətimizi daim gücləndirir. Bu uğurlu siyasəti dəstəkləməklə hər birimiz sevinir və qürur hissi keçiririk
Habelə idarəetmə getdikcə şəffaflaşır, daha çevik və optimal struktur dəyişiklikləri ilə əvəz olunur ki, zamanın tələbi olan bu zəruri yeniliklərə ciddi ehtiyac vardır. Əlbəttə, çox istərdik ki, bu istiqamətdə İmişli rayonu müsbət mənada göstərsin. Lakin təəssüflə görünən odur ki, rayonda kadrların çoxu öz üzərinə düşən vəzifələri layiqincə, məsuliyyətlə yerinə yetirməkdə çətinlik çəkirlər. Onların fəaliyyəti düzgün tənzimlənmir. Bəzən yaxşı kadrlar uzaqlaşdırılır, peşə və idarəetmə bacarıqları olmayan kadrlar seçilir, bunlar isə müəyyən fəsadlar yaratdığına görə narahatlıq doğurur.
Yəqin məlumatlısınız ki, yaxın zamanlarda digər regionlarla yanaşı, bizim yaşadığımız zonanı əhatə edən dörd rayonun da icra strukturlarının iqtisadi zona üzrə regionlaşdırılması gözlənilir. Mil-Muğan regional iqtisadi zonasının mərkəzi olan Sabirabad rayonunda artıq bir çox regional idarələr yaradılıb. Qarabağ regionunda Prezidentin xüsusi nümayənəliyi uğurla fəaliyyət göstərir. Yəqindir ki, bu nümunədə Sabirabadda da Prezidentin Xüsusi Nümayəndəliyi və onun tərkibində hər rayon üzrə kurator fəaliyyət göstərəcək.
Hesab edirəm ki, bu sistem bir sıra keyfiyyət dəyşikliyinə səbəb olacaq, təsadüfi kadrlar uzaqlaşacaqdır. Nəticədə yerlərdə kreativ düşüncəli, yaradıcı və liderlik keyfiyyətləri olan kadrlar irəli çəkiləcəkdir.
Saleh müəllim, maraqlı, məlumatlandırıcı müsahibəyə görə təşəkkür edirəm. Nəsə deyəcəyiniz hər hansı başqa bir fikiriniz varmı?
Siz də çox sağ olun! Allah dövlətimizi, dövlətçiliyimizi, dünya şöhrətli, dəmir yumuruqlu, dəmir iradəli cənab prezidentimizi qorusun!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Aprel döyüşçüsünün xatirələri: "Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi..."
Vətən müharibəsinin qələbə müjdəçisi - "Aprel döyüşləri".2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tariximizə həkk olundu.Dörd günlük müharibədə qəhrəmanlarımız təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Məhz bu döyüşlərdən sonra düşmən işğalından azad olunan Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qayıdışının ilkin mərhələsinin əsası qoyuldu.Ordumuz şimal-şərq və cənub-şərq istiqamətindən müdafiə xəttini yarmağı bacardı. Ən uğurlu əməliyyat isə Lələtəpə yüksəkliyinin azad olunması idi ki, bu da hərbçilərimizin qanı bahasına başa gəldi....
04 Aprel 2025, 12:42

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
Hamıya məlum olduğu kimi, martın 3-də üzərində rinoseptoplastika əməliyyatı aparılmış Nəzrin Mansurlunun vəziyyətinin ağırlaşması, bir neçə gün sonra vəfat etməsi, ardınca isə Nəzrin Mansurlunun ölümündə həmin əməliyyatı etmiş cərrah Sənan Mehdiyevin təqsirli bilinərək həbs edilməsi ictimaiyyətdə böyük rezonans yaratdı, fikirlər qütbləşdi və bu cəmiyyətdə cavablardan çox yeni suallar doğurdu.Əməliyyatı aparmış həkim-otorinolarinqoloq Sənan Mehdiyev istintaq başlayandan özünü təqsirli bilməsə də, təqsirini təsdiqləyən heç bir sübutun olmadığını bildirsə də, onun barəsində həbs qətimkan tədbiri seçilib.CityPost.az xəbər verir ki, həkim-otorinolarinqoloq Sənan Mehdiyevin anası, uzunillik müəllimlik təcrübəsinə malik Nəzmirə Mehdiyeva “Qaynarinfo.az”a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:- Mərhum Nəzrin Mansurlunun ölümü hamını sarsıtdı, cərrah Sənan...
13 Mart 2025, 11:59

Qarabağın Həcərinin Xocalı Soyqırımı GÜNDƏLİYİNDƏN
Birinci Qarabağ Müharibəsinin canlı şahidlərindən olan keçmiş döyüşçü,Qarabağın Həcəri kimi tanınan Sabirə Mahmudova Xocalı Soyqırımı ərəfəsində baş verən hadisələrlə bağlı xatirələrini bölüşüb.
26 Fevral 2025, 14:32

Ramiz Mehdiyev Misir Mərdanovu işdən çıxarmaq istəyirmiş - MÜSAHİBƏ
Keçmiş təhsil naziri Misir Mərdanov Ulvira Qarayevanın aparıcısı olduğu "Astar" layihəsində müsahibə verib. CityPost.az xəbər verir ki, keçmiş nazir müsahibəsində maraqlı detallara toxunub. Misir Mərdanov söhbət zamanı övladlarından,şəxsi həyatından,geyiminin qiymətindən və Ramiz Mehdiyevlə soyuq münasibətlərindən danışıb. Həmin müsahibəni təqdim edirik:
10 Fevral 2025, 11:28

Ermənistanın aldığı ATAGS-lər sıradan çıxdı
Ermənistanın Hindistandan aldığı ilk 6 ədəd ATAGS haubitsası sınaqlar zamanı sıradan çıxıb. Citypost.az xəbər verir ki, bu barədə Ermənistanın “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, iki sistem dərhal sıradan çıxıb (erməni tərəfi Hindistan nümayəndələrinin gəlişini belə gözləmədən haubitsaları dağıdıb), dördünü isə çətinliklə də olsa, yüksək dağlıq əraziyə darta biliblər: “Bununla yanaşı, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib. Təpmə sisteminin qeyri-sabit işləməsi tənqidlərə səbəb olub. Və ən böyük çatışmazlıq enerji təchizatı sistemi söndürüldükdə və ya uğursuz olduqda balqabağa dönən tam elektrikləşdirilmiş silah ötürücüsüdür”. Kanalln məlumatına görə, əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var. Uğursuz sınaqlardan sonra külli miqdarda...
22 Noyabr 2024, 15:12

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"
Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər. Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. “Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət,...
14 Noyabr 2024, 14:52