Şəmsi Vəfadardan Elzaya sərt sözlər: "Hesab edirəm ki, onun psixoloji problemləri var"
Söz adamı 19 Sentyabr 2024, 12:22

2361
Əməkdar artist Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Bir çox sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin artıq həddini aşdığını qeyd ediblər.
Bir sıra tanınmış şəxslər də məsələyə münasibət bildirib. Onlar Elza Seyidcahanın yazdığı bu şeiri sərt şəkildə tənqid ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri Anara müğənninin bu tip şeirləri ilə bağlı yerli media nümayəndələrindən sorğu ünvanlansa da rəsmi cavab verilməyib.
CityPost.az saytına açıqlamasında Azərbaycanda tanınmış şair Şəmsi Vəfadar da Elza Seyidcahanın bu şeirinə münasibət bildirib.
“Elza Seyidcahan adlı müğənni, və ya bəstəkar ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir hikmətli kəlam var: “Bir insan ağrıdan dəli olanda ətrafdakılar onun ağrılarından yox, məhz dəliliyindən danışırlar”,-deyə Şəmsi Vəfadar bildirib.
Şair Şəmsi Vəfadar Elza Seyidcahanın psixoloji problemlərinin olduğunu qeyd edib.
-Bəzi insanlar çox hallarda xəstə ruhlu məxluqların düşdüyü durumlarından öz xeyirlərinə faydalana bilirlər. Elza Seyidcahanın ədəbiyyata heç bir aidiyyatı yoxdur. Elzanın Azərbaycan Yazıçılar Birliyində nə işi var axı?! İndi də onu oradan qovmağın,uzaqlaşdırmağın yolları və perespektivləri ətrfaında düşünüb,gəzişmələr aparılsın.
Həmçinin oxuyun
Sözsüz ki, hər kəsin öz pərəsətişkarı var.Elzanın şeirini oxuyanlar,bəyənənlər və ya bəyənməyənlər, tərzini,saç düzümünü müzakirə edənlər onunla eyni səviyyənin daşıyıcılarıdır.
Bilirsiniz, yazıçı,şair öz taleyini,öz içində olanları yazır. O qadının yazdığı cızma-qara da onun hansı həyat tərzi keçirdiyini,yaşantılarını göstərir.Digər yandan belə hesab edirəm ki, onun yazdıqlarını hadisəyə çevirmək lazım deyil.
Ölkədə vacib məsələlər qalıb bir yanda hamı Elzanın şeirindən danışır. Xəstə ruhlu insandır,icazə versinlər nə deyir desin,öz həyatını yaşasın,görünür onun ciddi psixoloji problemləri var. O bu ağılla hələ deputat da olmaq istəyirdi. Yaxşı olar ki,özünü həkimə göstərsin.
Kərim Nalə,İlyas Ərnəfəs,Bəşir Kəsərli də onun kimi ağzılarına gələni danışırdılar...
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib....
09 Noyabr 2024, 20:44

Şəmsi Vəfadar: “Əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm”
Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib. "Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir". Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib: "Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə...
05 Noyabr 2024, 17:30

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək
Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək. CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist Aqil Abbasdır. Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini...
11 Oktyabr 2024, 14:36

"Tale oyunları"nın anlatdıqları - Sərvaz Hüseynoğlu yazır
Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda "yerişini" yavaşıdır, hər...
07 Oktyabr 2024, 10:22

Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"
Günlərdir ki, mediada müğənni Rəqsanə İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər. CityPost.az xəbər verir ki, Tanınmış şair Şəmsi Vəfadar qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib. Həmin tənqidi məqaləni təqdim edirik: Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən uşaq dünyaya gətirmiş birinin durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi...
27 Sentyabr 2024, 14:32

Ölüm,sənə ölüm olsun... - Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır
Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik: Qənirə Paşayevanın işıqlı xatirəsinə Ölüm,sənə ölüm olsun... Bir gör kimi gedib sevdin. Ölüm,sənə zülüm olsun, Dərddən,qəmdən binələnib Qapısı yox,bacası yox Bu nə koma,bu nə evdi...?! Köksündəki gizli yara, Boy atırmış demə hər gün. Qəlbi oldu para-para, Gözlərindən boylanardı, İlk məhəbbət üzgün-üzgün... Özü boyda bir ürəkdi, Dərdi sevdi heyran oldu. Yaralanmış quş tək səkdi, O ölümə baxıb güldü... Qəlbi dərdə meydan oldu. ...
26 Sentyabr 2024, 14:42