Bizə yazın

Baku

-°C

USD

-

"Tale oyunları"nın anlatdıqları - Sərvaz Hüseynoğlu yazır

Söz adamı 07 Oktyabr 2024, 10:22

1507

Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib.

Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı.

Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda "yerişini" yavaşıdır, hər qədəmdə ömründən-günündən keçib gedən anları, həyatı boyunca ona yaşadılanları birər-birər yenidən xatırlamaq istəyir.

"Tale oyunları" bütövlükdə, ən kritik, ağlasığmaz, çətin məqamda belə insanlığın var olduğu, dirəniş göstərə bildiyi aləmin bədii ifadəsi, təsdiqidir. Səhifələr boyunca üç fərqli dünya, düşüncə tərzi üz-üzə gəlir: səmimi, övladcanlı Sevda, hikkəli anasının təkidi ilə Nəzrini övladlığa götürən Zübeydə və bu ağrılı "bazarlaşma"nın psixoloji gərginliyinə fövqəladə səbrlə, xüsusi həssaslıqla tab gətirən Nəzrin. Gənc Nəzrinin anası, atası, əmisi, bibisinin gəlini qəlbən onu duyurlar. Amma barıt çəlləyi kimi hər an partlamağa hazır olan Atlasın və anasının "məktəbini keçmiş" Zübeydənin üzündən keçməyi də heç kəs özünə rəva görmür. Müəyyən səbəblər üzündən qəlbi kin-küdurət dağarcığına dönmüş ananın üzərinə getmək istəmirlər. Təbii ki, bu güzəştli münasibət get-gedə Atlasın da qəlbinə, həyata baxışına təsir edir, o, üstünə götürmək, etiraf etmək istəməsə də, nəhayət, taleyilə barışmalı olur. Yəni, nəvəsi Nəzrin illər sonrası öz doğma ailəsinə qaytarılanda, o, öz hirs-hikkəsini içəri verir. Sürüb Sevdanın, güvəndiyi oğlunun üstünə getmir. Bu məqam onun qəlbinin dərinliyində hələ nəfəs alan insanlığının şəkillənməsidir.

Zübeydə isə günlər sonrası onu yoluxmağa gəlmiş Nəzrinə çiyninin üstündən yun çırpa-çırpa çərəki baxmağıyla ötəri məzəmmətlə ötüşür. Bu yun çırpmağın özü belə simvolikdir. Əslində, Züseydə boşuna, bekar yerə vaxtını öldürmək üçün həyətdə oturub yun çırpmır. Bu məqamda o, qəhr etdiyi həyatını, acizliyini, cahilliyini və "məğlubiyyət"ini qamçılayır. Sanki bütün bu qarışıq hisslərini, özünə və onu bu duruma salanlara olan hirsini çubuğun qabağına tökdüyü yun tayasının üstünə tökür.

Nəzrin öz körpə, pak qəlbi ilə Zibeydənin əhvalın duyur, onu bağışlayır... Nənəsinin yaşatdıqları və bibisigildə yaşadığı məşəqqətlərə rəğmən, olanları unutmağa çalışır. Nənəsinin də, bibisinin də doğmalıq haqqını itirmir. Kin bəsləmir, əslində, vəfadarlığı, səmimiyyəti, Allaha yaxınlığı ilə qalib gəlir. Bağışladıqca böyüyür, kamilləşir.

"Tale oyunları"nı oxuduqca xalq şairi Bəxtiyar Vahabzadənin unudulmaz misraları yaddaşımdan birər-birər keçməkdə idi:

 

Ömür dastanımı bilmədim, açdım,

Sətirlər qəm dolu hekayət imiş.

Hər sətri dərd olub üzümə durdu,

Nə qanlı-qadalı səyahət imiş...

 

Elə bil balaca, kövrək və tuş gəldiyi bütün məşəqqətlərə qəlbinin həqiqət, insanlıq işığı ilə güc gələ bilən Nəzrinin dilindən qələmə alınıb bu misralar. Amma Lalə xanımın təqdim etdiyi "Tale oyunları"ndan bizə tanış olan Nəzrini ömür kitabının o qəm dolu hekayətləri bədbinləşdirmir. Özünə qapatmır. Əksinə, bu qəmli olaylar onu həyata, özünü tapmağa hazırlayır. Sanki adi metal parçası qızmar kürədə döyülüb silaha çevrilir. Bu silahsa kəsmir, doğramır, can almır. Bütün varlığı ilə işığa, həqiqətə, yaxşılığa, insanlığa yol açır. Xeyirxahlıq dərsi verir. Anladır.

Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin dahiyanə fikrini xatırlayıram: "Əsas olan həyatı necə yaşamaq yox, onu necə anlatmaqdır".

"Tale oyunları" həyatı yaşamaq və eyni dərəcədə də onu hər kəsin ürəyincə anlatmaq dərsliyidi.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə  şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib....

09 Noyabr 2024, 20:44

Şəmsi Vəfadar: “Əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm”

Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.   "Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".   Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:   "Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə...

05 Noyabr 2024, 17:30

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək. CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı Ağcabədi  Rayon  İcra Hakimiyyəti və  Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist  Aqil  Abbasdır. Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini...

11 Oktyabr 2024, 14:36

Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"

Günlərdir ki, mediada  müğənni  Rəqsanə  İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının  oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər. CityPost.az  xəbər verir  ki, Tanınmış şair  Şəmsi Vəfadar  qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib. Həmin tənqidi məqaləni təqdim edirik: Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən  uşaq dünyaya  gətirmiş  birinin  durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi...

27 Sentyabr 2024, 14:32

Ölüm,sənə ölüm olsun... - Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik: Qənirə Paşayevanın işıqlı xatirəsinə   Ölüm,sənə ölüm olsun... Bir gör kimi gedib sevdin. Ölüm,sənə zülüm olsun, Dərddən,qəmdən binələnib  Qapısı yox,bacası yox Bu nə koma,bu nə evdi...?!   Köksündəki gizli yara, Boy atırmış demə hər gün. Qəlbi oldu para-para, Gözlərindən boylanardı, İlk məhəbbət üzgün-üzgün...   Özü boyda bir ürəkdi, Dərdi sevdi heyran oldu. Yaralanmış quş tək səkdi, O ölümə baxıb güldü... Qəlbi dərdə meydan oldu.  ...

26 Sentyabr 2024, 14:42

Şəmsi Vəfadardan Elzaya sərt sözlər: "Hesab edirəm ki, onun psixoloji problemləri var"

Əməkdar  artist  Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə  müzakirə  predmetinə  çevrilib. Bir çox  sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin  artıq  həddini aşdığını  qeyd  ediblər. Bir sıra tanınmış şəxslər də məsələyə münasibət  bildirib. Onlar Elza Seyidcahanın  yazdığı bu şeiri sərt şəkildə tənqid  ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri  Anara müğənninin  bu  tip  şeirləri ilə bağlı  yerli  media nümayəndələrindən  sorğu ünvanlansa da rəsmi cavab verilməyib. CityPost.az saytına  açıqlamasında  Azərbaycanda  tanınmış  şair  Şəmsi  Vəfadar  da  Elza Seyidcahanın bu şeirinə münasibət bildirib. “Elza Seyidcahan adlı müğənni, və  ya bəstəkar  ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir  hikmətli  kəlam var:  “Bir insan ağrıdan...

19 Sentyabr 2024, 12:22