Şirniyyat istəyinin səbəbləri açıqlandı: Dietoloqdan xəbərdarlıq
Tibb 22 Oktyabr 2026, 09:00
2107
Şirniyyat istəyi çoxlarının gündəlik həyatda üzləşdiyi problemlərdən biridir. Bəziləri bunu sadəcə xarakter zəifliyi və ya vərdiş kimi qiymətləndirsə də, mütəxəssislər bildirir ki, davamlı və güclü şirniyyat istəyinin arxasında orqanizmdəki müəyyən çatışmazlıqlar, hormonal dəyişikliklər və hətta metabolik pozuntular dayana bilər. Eyni zamanda diyabet xəstələri və kilo nəzarəti ilə məşğul olan insanlar arasında “diyetik şirniyyatlar” adlanan məhsulların nə dərəcədə təhlükəsiz olması da tez-tez müzakirə mövzusuna çevrilir.
Dietoloq Şəfa Yadigarlı mövzu ilə bağlı Citypost.az-a açıqlamasında diyetik şirniyyatların təhlükəsizliyi və şirniyyat istəyinin səbəbləri barədə məlumat verib. O bildirib ki, satışda olan diyetik şirniyyatların tərkibinə 100 faiz zəmanət vermək mümkün olmaya bilər. Mütəxəssisin sözlərinə görə, bu məhsulların üzərində “diyetik” və ya “şəkərsiz” yazılması həmişə onların tam təhlükəsiz olduğunu göstərmir. Buna görə də istehlakçılar məhsulun tərkibinə diqqət yetirməli, onun haradan əldə edildiyini nəzərə almalıdırlar. Şəfa Yadigarlı qeyd edib ki, şəxsin öz evində hazırlayıb istehlak etdiyi diyetik şirniyyatlar daha etibarlıdır. Çünki bu halda hansı inqrediyentlərin istifadə olunduğu və onların miqdarı məlum olur, nəzarət isə tamamilə şəxsin özündə qalır.
Dietoloq vurğulayıb ki, şirniyyat istəyi yarananda ilk növbədə insulin müqavimətinin olub-olmadığı araşdırılmalıdır. Onun sözlərinə görə, şirniyyata güclü meyl insulin müqaviməti, insulin həssaslığının pozulması və C-peptid səviyyəsinin yoxlanılması zərurətini göstərə bilər. Mütəxəssis bildirib ki, bu göstəricilər laborator müayinə ilə müəyyən edilir və şirniyyat istəyi ilə üzləşən şəxslər ilk növbədə bu istiqamətdə müayinədən keçməlidirlər. Çünki insulin müqaviməti zamanı orqanizmin qlükozadan səmərəli istifadə etməsi çətinləşir, bu isə tez-tez ac qalma hissi və şirin yeməyə olan meyli artırır.
Şəfa Yadigarlı əlavə edib ki, şirniyyat istəyinin digər səbəblərindən biri xrom çatışmazlığıdır. Onun sözlərinə görə, orqanizmdə xrom çatışmazlığı olduqda şəxsdə daimi şirniyyat istəyi yarana bilər. Dietoloq qeyd edib ki, xrom qan şəkərinin tənzimlənməsində və insulinin fəaliyyətində mühüm rol oynayan mikroelementlərdəndir. Eyni zamanda sink çatışmazlığı da həddindən artıq şirniyyat istəyinə səbəb ola bilər. Buna görə də davamlı şirniyyat istəyi olan şəxslərdə bu mikroelementlərin səviyyəsinin yoxlanılması məqsədəuyğundur.
Dietoloq xüsusi olaraq stress və hormonal amillərin rolunu vurğulayıb. O bildirib ki, insanda stress olduqda və orqanizmdə serotonin və endorfin hormonları kifayət etmədikdə, bu vəziyyət bağırsaq mikrobiotasına təsir göstərir. Mütəxəssisin izahına görə, serotonin və dopamin bağırsaqda sintez olunmağa başlayır, buna görə də bağırsağın sağlamlığı əhval-ruhiyyə və yemək davranışı ilə bilavasitə bağlıdır. Bağırsaqdakı bakteriya balansı pozulduqda isə triptofan kimi amin turşularının çatışmazlığı yaranır. Bu isə serotonin və dopamin istehsalının azalmasına və nəticədə şirniyyat istəyinin güclənməsinə gətirib çıxarır. Başqa sözlə, orqanizm əhval-ruhiyyəni yüksəltmək üçün şirin qidalara üz tutur.
Ş.Yadigarlı vətəndaşlara tövsiyə edib ki, şirniyyat istəyini yalnız iradə ilə aradan qaldırmağa çalışmasınlar, əvvəlcə bu istəyin səbəbini müəyyənləşdirsinlər. Onun sözlərinə görə, insulin müqaviməti, mikroelement çatışmazlığı və ya stress kimi amillər aradan qaldırılmadıqda, şirniyyat istəyi təkrarlanmaqda davam edə bilər. Bu səbəbdən şirniyyat istəyi güclü və davamlı olan şəxslərin həkim və ya dietoloqa müraciət edərək müayinədən keçməsi vacibdir.
Dietoloq əlavə edib ki, sağlam qidalanma, stressin idarə olunması və orqanizmin lazımi mikroelementlərlə təmin edilməsi şirniyyat istəyinin nəzarətdə saxlanılmasına kömək edir. Onun fikrincə, diyetik şirniyyatları da qəbul edərkən ölçü gözlənilməli, məhsulun tərkibi diqqətlə öyrənilməli və mümkün olduqda ev şəraitində hazırlanmış variantlara üstünlük verilməlidir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...
26 Oktyabr 2026, 09:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30