50 yaşdan sonra qadınlar bu xəstəliklərə qarşı diqqətli olmalıdır
Tibb 22 Oktyabr 2026, 11:00
2034
Onkoloji xəstəliklər bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biri kimi qalmaqdadır. Xüsusilə 50 yaşdan sonra qadınlarda bu xəstəliklərə daha tez-tez rast gəlindiyi mütəxəssislər tərəfindən qeyd olunur. Bu yaş dövrü qadın orqanizmində həm hormonal, həm də fizioloji dəyişikliklərin baş verdiyi mərhələ hesab edilir və məhz bu səbəbdən müntəzəm tibbi müayinələrin əhəmiyyəti daha da artır. Bəs 50 yaşdan sonra qadınlarda onkoloji xəstəliklərin çoxalmasının səbəbləri nələrdir?
Ginekoloq Mehriban Musayeva mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, onkoloji xəstəliklərin yaranmasında bir neçə səbəb qrupu mövcuddur və bunlar yaşla birlikdə daha qabarıq şəkildə özünü göstərə bilir. Həkimin sözlərinə görə, bu səbəblər arasında ətrafımızdakı ekoloji amillər, zərərli vərdişlər, qidalanma tərzi və digər həyat tərzi faktorları mühüm yer tutur. İnsan ömrü boyu bu təsirlərə məruz qaldıqca, onların orqanizmə toplanan təsiri yaşın artması ilə riskin yüksəlməsinə gətirib çıxara bilər.
M.Musayeva vurğulayıb ki, onkoloji xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri də insanların ömür müddətinin uzanmasıdır. Onun sözlərinə görə, əvvəllər orta ömür müddəti daha qısa olduqda bir çox insan onkoloji xəstəliklərin yarandığı yaşa qədər yaşamırdı. Bu gün isə insanlar daha uzun yaşadıqları üçün həmin xəstəliklərlə daha çox qarşılaşırlar. Başqa sözlə, ömrün uzanması bu xəstəliklərin aşkarlanma tezliyinə də təsir göstərir.
Ginekoloq xüsusi olaraq qadınların həkimə gec müraciət etməsi problemini qeyd edib. Onun sözlərinə görə, qadınlar, xüsusilə menopauzadan sonra, vaxtında müayinəyə getmir, ətrafdakı insanların məsləhətləri ilə hərəkət edir və yaranan şikayətlərə lazımi əhəmiyyət vermirlər. Həkim bildirib ki, bu yanaşma xəstəliyin ilkin mərhələdə aşkarlanmasına mane olur. Halbuki onkoloji xəstəliklərdə erkən diaqnoz müalicənin uğurunu əhəmiyyətli dərəcədə artırır. Qeyri-adi ifrazat, qanaxma, ağrı və ya digər şikayətlər yarandıqda isə “keçib gedər” düşüncəsi ilə gözləmək yolverilməzdir.
M.Musayeva əlavə edib ki, 50 yaş dövrü endometrium (uşaqlıq selikli qişası) xərçəngi və uşaqlıq boynu xərçəngi kimi onkoloji xəstəliklərin ən çox başladığı dövrlərdən biridir. Onun sözlərinə görə, bu yaşda qadınlar xüsusilə diqqətli olmalı və ginekoloji müayinələri ciddi qəbul etməlidirlər. Mütəmadi müayinələrin ləngidilməsi və ya tamamilə ixtisar edilməsi bu xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və qarşısının alınmasına imkan vermir.
Ginekoloq qadınlara tövsiyə edib ki, yaşından asılı olmayaraq, mütəmadi olaraq ginekoloq müayinəsindən keçsinlər, menopauza dövründə isə bu müayinələri daha da ciddi qəbul etsinlər. Onun fikrincə, düzgün qidalanma, zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi və vaxtında həkimə müraciət onkoloji xəstəliklərin riskini azaltmağın və xəstəliyi erkən mərhələdə aşkar etməyin əsas yoludur.
M.Musayeva vurğulayıb ki, qadınlar öz sağlamlıqlarına məsuliyyətlə yanaşmalı, ətrafdakıların təsiri ilə deyil, mütəxəssis həkimin rəyinə əsaslanaraq qərar verməlidirlər. Həkim qeyd edib ki, vaxtında atılan addım, çox hallarda, həyatı xilas edən addımdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...
26 Oktyabr 2026, 09:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30