Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
Cəmiyyət 19 İyun 2025, 16:19

355
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlərlə çıxış edib.
O, təqsirləndirilən şəxsin banka gedib-getmədiyini müəyyən etmək üçün müvəkkilinin mobil telefonunun anten məlumatlarının götürülməsi ilə bağlı vəsatət verib.
Vəsatət təmin edilməyib.
Digər vəsatət Nəcməddin Sadıkovun, ləğv edilmiş "AtaBank"ın sədri Dəyanət Quliyevin, həmin bankın xəzinədarı Barat Hüseynovun şahid kimi prosesə çağırılması və Solmaz Əliyeva ilə Şəhla Abdulrahmanovanın yenidən dindirilməsi ilə bağlı olub.
Vəsatət təmin olunmayıb.
Bundan başqa, Z.Niftəliyevin şəxsiyyəti və səhhəti ilə bağlı məlumatların yekun hökm çıxarılanda nəzərə alınması ilə bağlı vəsatət verilib.
Qeyd olunub ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Müharibədə kəllə-beyin travması alıb, ona ömürlük pensiya təyin olunub. Təqsirləndirilən şəxsin ürəyi, böyrəyi xəstədir və şəkərdən də əziyyət çəkir.
Məhkəmə vəsatəti təmin edib.
Vəkil, həmçinin kreditin götürüldüyünü müəyyən edən sənədin əslinin məhkəməyə təqdim olunması və iş üzrə ekspertizanın təyin olunması ilə bağlı vəsatət qaldırıb.
Həmçinin oxuyun
Bu vəsatət təmin olunmayıb.
Zahid Niftəliyev məhkəmədən dindirilməyən şahidin prosesə gətirilməsini xahiş edib: "Bu işlərin birincisi, başçısı Mahir Rəfiyev olub. Xahiş edirəm o dindirilsin".
Daha sonra Mahir Rəfiyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub.
M.Rəfiyev ifadəsində bildirib ki, o, "AtaBank"ın səhmdarlarından biri olub. Keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə “AtaBank”dan Nəcməddin Sadıkovun göndərdiyi, “Şahin-CO”nun təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə kreditin təyin olunmasını təmin edib.
Z.Niftəliyev bildirib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı olan sənədləri imzalayıb: "İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".
Məhkəmə Mahir Rəfiyevin prosesdə dindirilməsinə ehtiyac görməyib.
Proses iyunun 25-də davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kamran Əliyevdən daha 3 təyinat
Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.
20 İyun 2025, 13:05

Pensiyalar sabah tam ödəniləcək
İyunun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
20 İyun 2025, 12:59

Sabahın havası açıqlanıb
İyunun 21-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
20 İyun 2025, 12:06

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb
Kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, iyunun 19-da bir sıra şəxslərin bank hesablarından 12500, 4179, 2300, 1213, 1012, 700, 498, 450, 300, 280, 200, 116, 85, 70, 63, 26, 20 və 18 manat kiber üsulla oğurlanıb. "Bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir. Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın,...
20 İyun 2025, 11:01

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir
Mayın 6-dan start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.CityPost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edək ki, 17 iyun 2025-ci il saat 11:00-dan 12 sentyabr saat 18:00-a qədər dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul məqsədilə müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi prosesi həyata keçirilir.Bununla yanaşı, 17 iyun 2025-ci il saat 11:00-dan 17 iyul 2025-ci il saat 10:59-a qədər isə Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhəri üzrə tətbiq edilən ümumi təhsil müəssisələrində prioritet əsasında məktəb...
20 İyun 2025, 10:00

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb.Citypost.az xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.
19 İyun 2025, 23:54