Bizə yazın

Baku

-°C

USD

-

Qrossi İranın xarici işlər nazirinə görüş təklif edib

Dünya 24 İyun 2025, 16:44

314

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran və İsrail arasında atəşkəs elan edildikdən sonra İranın xarici işlər naziri Abbas Əraqçiyə görüş təklifi və əməkdaşlığa çağırış məktubu yazdığını bildirib.

CityPost.az xəbər verir ki, Qrossi X sosial şəbəkəsində qeyd edib ki, İranın MAQATE ilə əməkdaşlığı bərpa etməsi Tehranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara bilər.

Xatırladaq ki, İran nüvə silahı yaratmaq niyyətində olduğunu inkar edir. Oxşar qiymətləndirməni Amerika kəşfiyyat orqanları da səsləndirib.

Bundan əvvəl İran parlamentinin müvafiq komitəsi MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan planı təsdiqləyib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66