İsraildən atəşkəslə bağlı - Açıqlama
Dünya 24 İyun 2025, 10:43

387
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.
bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.
Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.
Həmçinin oxuyun
“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"İsrail sakitləşməlidir" - Tramp
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı deyib ki, həm İsrail, həm də İran vasitəçilik etməyə çalışdığı atəşkəs razılaşmasını pozduğunu söylədikdən sonra İsrail sakitləşməlidir.
24 İyun 2025, 17:00

Peskov: "Rusiya İranı dəstəkləyir"
Kreml Rusiyanın İranı lazımi şəkildə dəstəkləməməsi ilə bağlı bəzi iddiaları təkzib edib və bu cür bəyanatların məqsədinin Moskva ilə Tehran arasında münasibətləri korlamaq olduğunu bildirib.
24 İyun 2025, 16:48

Qrossi İranın xarici işlər nazirinə görüş təklif edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran və İsrail arasında atəşkəs elan edildikdən sonra İranın xarici işlər naziri Abbas Əraqçiyə görüş təklifi və əməkdaşlığa çağırış məktubu yazdığını bildirib.
24 İyun 2025, 16:44

Trampın reytinqi 41%-ə düşüb
"Reuters" və "Ipsos" tədqiqat şirkətinin birgə keçirdiyi sorğuya əsasən, Donald Trampın ABŞ prezidenti kimi bəyənmə reytinqi 41%-ə düşüb.
24 İyun 2025, 16:40

Araqçi: "İsrail hücum etməsə, biz də etməyəcəyik"
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, atəşkəsi qəbul edirik. İsrail hücum etməsə, hücum etməyəcəyik. Müharibəyə başlayan İsrail idi.
24 İyun 2025, 14:00

İraqın hava məkanı yenidən açılıb
İraqın hava məkanı yenidən uçuşlar üçün açılıb.
24 İyun 2025, 13:48