Bizə yazın

Baku

-°C

USD

-

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxıb 

Cəmiyyət 21 Avqust 2025, 10:53

918

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə "Qala adam" kitabı işıq üzü görüb.

CityPost.az   xəbər verir ki, Əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.

"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

"Qala adam" kitabının tərtibatçısı, yazıçı-publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb.

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Digər iki bölmə Rəşad Məcidin Şuşaya səfəri ilə bağlıdır. "Şuşa gör nələr eylər" bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. "Şuşa dəftəri" adlanan digər bölmədə isə müəllifin Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirləri yer alıb.

"Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid" bölməsində Rəşad Məcidi onu öz ailəsinin - nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur. Bu söhbətləri şair, publisist Şahanə Müşfiq qələmə alıb.

Rəşad Məcidin publisistik mətnləri "Ürəkdən gələn yazılar" bölməsində cəmlənib.

"60 yaşa yazı hədiyyələri" bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, esseist Sevinc Mürvətqızının 60 illiyə həsr olunmuş yazılarında Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.

"Rəşad Məcidin sözü haqqında" son beş ildə qələmə alınmış məqalə, esselər də "Qala adam"da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.

"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maaşımızdan 14% vergi tutulacaq

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.CityPost.az  xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru...

17 Sentyabr 2025, 23:11

"Bakı Kart"a yeni direktor təyin edilib 

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib. CityPost.az  xəbər verir ki, bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. "K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.

17 Sentyabr 2025, 14:51

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.CityPost.az   xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə:tel: +994 (12) 512-01-14e-mail: [email protected]...

17 Sentyabr 2025, 10:28

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək 

Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.Bu barədə CityPost.az  Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur....

16 Sentyabr 2025, 14:53

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.CityPost.az  xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

16 Sentyabr 2025, 14:28

Şəhid oldu,adını oğluna qoydular — Qabil Orucəliyevin 34-cü ad günü

Bu gün aprel döyüşləri zamanı şəhid olmuş zabit Qabil Orucəliyevin doğum günüdür.Oxu24.com xəbər verir  ki,yaşasaydı,34 yaşını qeyd edəcəkdi.Xatırladaq ki,Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub.O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaqüstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu.Özü də bu arzusuna çatmaqda israrlı idi. O, 2006- cı ildə arzusunun ilk pilləsinə çatır. Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu...

15 Sentyabr 2025, 15:16