Maaşımızdan 14% vergi tutulacaq
Cəmiyyət 17 Sentyabr 2025, 23:11

130
Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib.
CityPost.az xəbər verir ki, güzəşt 2019-cu ildən tətbiq edilir.
Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.
İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işəgötürənlərin və işçilərin əməkhaqlarının rəsmiləşdirilməsinə, habelə vergilərin ödənilməsinə marağın artırılmasına nail olmaq idi:
“Güzəşt yalnız özəl sektor – qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular.
Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırkı proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağı planlaşdırmır, məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq”.
Həmçinin oxuyun
Ekspert bildirib ki, hazırda vətəndaşların əməkhaqlarından ayırmaların 2%-i icbari tibbi sığorta, 0.5%-i işsizlik sığortası, 10%-i isə pensiya fonduna (bu vəsait vətəndaşın şəxsi pensiya kapitalına) yönəldilir.
Ancaq güzəştin bitməsi ilə bu sistem dəyişəcək. Yeni qaydalara əsasən, vətəndaşlar artıq 14% gəlir vergisi ödəyəcək, pensiya fonduna ödəniş 10%-dən 3%-ə endiriləcək, 2.5% icbari tibbi sığorta və 0.5% işsizlik sığortası saxlanılacaq”.
İqtisadçının sözlərinə görə, dövlət və neft sektorunda çalışan şəxslərlə bərabər, özəl sektorda çalışanlar da eyni vergi yükünə tabe olacaqlar:
“Məsələn, məktəbdə çalışan müəllimlər gəlir vergisi ödəyirsə, artıq özəl sektorda çalışan əməkdaşlar da bu vergini ödəməli olacaqlar. 7 illik güzəşt dövründə həm vətəndaşların, həm də şirkətlərin vergi yükü təqribən 7-8% azalmışdı. İndi isə bu yüklər əvvəlki vəziyyətdə bərpa olunacaq.
Pensiya fonduna ödənilən 10%-lik pay vətəndaşın şəxsi pensiya kapitalının artırılmasına xidmət edirdisə, indi bu məbləğin 3%-ə enməsi şəxsi pensiya yığımlarının da azalmasına səbəb olacaq. Nəticə etibarilə, həm vətəndaşların, həm də şirkətlərin üzərinə düşən vergi yükü artacaq və bu da öz növbəsində, əmək bazarında müəyyən dəyişikliklərə səbəb ola bilər”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"Bakı Kart"a yeni direktor təyin edilib
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-yeni yeni direktor təyin edilib. CityPost.az xəbər verir ki, bu, Rüfət Babakişiyevdir. O, şirkətin rəhbərliyində Məmməd Allahverdiyevi əvəz edib. "K Group" 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 12,525 milyon manatdır.
17 Sentyabr 2025, 14:51

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.CityPost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə:tel: +994 (12) 512-01-14e-mail: [email protected]...
17 Sentyabr 2025, 10:28

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək
Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.Bu barədə CityPost.az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur....
16 Sentyabr 2025, 14:53

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.CityPost.az xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.
16 Sentyabr 2025, 14:28

Şəhid oldu,adını oğluna qoydular — Qabil Orucəliyevin 34-cü ad günü
Bu gün aprel döyüşləri zamanı şəhid olmuş zabit Qabil Orucəliyevin doğum günüdür.Oxu24.com xəbər verir ki,yaşasaydı,34 yaşını qeyd edəcəkdi.Xatırladaq ki,Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub.O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaqüstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu.Özü də bu arzusuna çatmaqda israrlı idi. O, 2006- cı ildə arzusunun ilk pilləsinə çatır. Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu...
15 Sentyabr 2025, 15:16

Fərid Qayıbov yola salınır
AFFA-nın sabiq baş katibi, hazırda FİFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədov yaxın vaxtlarda fəaliyyətini Azərbaycanda davam etdirə bilər.CityPost.az publika.az-a istinadən xəbər verir ki, o, gənclər və idman naziri təyin olunmağa yaxındır.Məmmədov bu vəzifədə Fərid Qayıbovu əvəz edəcək.Ehtimallara görə, onun təyinatı bu ilin oktyabrından sonra reallaşacaq. Buna səbəb ölkəmizdə keçiriləcək III MDB Oyunlarıdır.Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ,...
15 Sentyabr 2025, 14:09