Bizə yazın

Baku

-°C

USD

-

Bakı metrosunda problem yaranıb 

Cəmiyyət 15 Oktyabr 2025, 10:36

320

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bunu  çıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: "Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".

Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü "20 Yanvar" stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq 

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.CityPost.az  APA-ya istinadən xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.Qeyd edək ki, dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ...

15 Oktyabr 2025, 12:48

Mehdiyevin “qara planlar” qurduğu bağ evi   

PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…Ramiz Mehdiyevin ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək,...

15 Oktyabr 2025, 10:40

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi 

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.  “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib....

14 Oktyabr 2025, 21:37

İmişli xəstəxanasında RƏZALƏT: 25 dəfə zəng etsə də,həkim gəlmədi (VİDEO)

"25 dəfə təcili yardıma zəng etdim,çağırışa gəlmədilər".Bu sözləri  CityPost.az-a  İmişli rayonu,Aranlı kənd sakini  Məmmədov Ziya Cəmşid oğlu bildirib.Şikayətçinin sözlərinə görə, 12 oktyabr 2025-ci il tarixində təxminən  23:50 radələrində atası  Cəmşid  Məmmədovun vəziyyətinin pisləşməsi ilə əlaqədar  103 çağrı mərkəzinə  zəng edib. Vətəndaş  dəfələrlə müraciət etməsinə baxmayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından təcili yardım avtomobili ayrılmayıb.Əlacsız halda qalan  kənd sakini  DİN-in 102 çağrı mərkəzindən kömək istəyib."Atam infarkt keçirib.Gecə qəfil halı pisləşdi.İmişli xəstəxanasından yardım istəsək də,gələn olmadı.Atamı ağır vəziyyətdə şəxsi avtomobilim ilə Cəbrayıl qəsəbəsində yerləşən tibb məntəqəsinə apardım.Ordan da  rayon xəstəxanasından təcili yardım maşını istəsələr də, gələn olmadı.Daha sonra öz hesabımıza  atamı  İmişli Rayon Xəstəxanasına apardıq.Xəstəxananın baş ...

14 Oktyabr 2025, 14:52

İqtisadi Zonaların İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərə dair yeni səlahiyyət verilib 

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə digər dövlət qurumları (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azərişıq" ASC-lər) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.Həmçinin Agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak...

14 Oktyabr 2025, 10:59

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq 

Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.CityPost.az   bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Həmçinin "Qaz...

14 Oktyabr 2025, 10:19