Mehdiyevin “qara planlar” qurduğu bağ evi
Cəmiyyət 15 Oktyabr 2025, 10:40

287
PA-nın sabiq rəhbərinə irəli sürülən ittihamlar ağır və düşündürücüdür, çünki söhbət 87 yaşlı şəxsdən gedir – O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər, Mehdiyev isə…
Ramiz Mehdiyevin ən ağır maddələrlə ittiham irəli sürülərək barəsində 4 aylıq ev dustaqlığı qərarı əslində sensasiya olmadı. Çünki uzun illər, ən azı 1995-ci ildən ta 2019-cu ilədək toxunulmaz statusda olan Mehdiyev “hər şeyə qadir tilsimli çubuğunu” da Prezident Administrasiyasından uzaqlaşdırılanda faktiki itirmişdi. “İtirmişdi” deyirik, amma məhz həmin ilin oktyabrında Mehdiyev bir vaxtlar katibi olduğu Təhlükəsizlik Şurasında bu dəfə üzv statusu almışdı. Adı bu gün səhərədək də yenə rəsmi olaraq o siyahıda qalır, amma qara rənglənərək, çox ilginc, həm də simvolik. Yeri gəlmişkən, Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavinidir.
Siyasət olimpinin zirvəsindən düşürülən Mehdiyev bu dəfə AMEA-da prezident kürsüsünə oturdu. Milli Elmlər Akademiyası zatən uzun illər onun “arxa baxçası” olmuş, burada bütün titullu təyinatlar, elmi adlar, rəhbərlik kürsüsü, İdarə Heyətinə üzvlər məhz Mehdiyevin rəsmi və ya qeyri-rəsmi razılığı ilə baş tuturdu. AMEA Mehdiyevin “son qalası”, hələ hakimiyyətdə təsirlərini saxladığını, “bəlkə də qaytardılar” kimi rəvayətləri yaşadacaq “ocaq” idi. Mehdiyev tezliklə buranı da intriqaların mərkəzinə çevirdi, “arzuolunmaz adamları” uzaqlaşdırmaq üçün hətta maliyyə yoxlamaları başlatdı, “büdcə pullarının yeyilməsi” adı altında bəzilərini qorxu və təhdid altında saxlamaq istədi. Amma bütün bu proses tezliklə özünün əleyhinə çevrildi, gözləmədiyi adamlar belə, ən yüksək tribunalardan Mehdiyevin istefaya getməsini tələb etdi. Mehdiyev mifinin bu dəfə “külləri” də AMEA-da göyə sovruldu, burada ağsaqqal “yüngülsaqqal” edildi. Mehdiyev əlbəttə ki, müqavimət göstərmək də istədi, amma anladı ki, zamanı bitib.
Mehdiyevin mümkün həbsi ilə bağlı xəbərlər də istefa ərizəsi yazıb AMEA-nı tərk etdikdən sonra mediaya yol tapdı. “Mehdiyevin həbsi gözlənilir” kimi xəbər başlıqları daha qadağan olunmuş mövzu deyildi, həm də “od olmayan yerdən tüstü çıxmaz” məntiqi idi. Mehdiyevin başı üzərində təhlükə olduğunu bu günlərdə baş prokuror Kamran Əliyev də yada salmışdı. Baş prokuror adını çəkməsə də, məhz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrlə bağlı (2019–2021) bir neçə cinayət araşdırması aparıldığını demişdi. Dünən gecə “Mehdiyev həbs edildi” xəbərini ilk görənlər də zənnimcə, mənim kimi, onun AMEA-dakı cinayətlərə görə məsuliyyətə cəlb edildiyini düşünüb. Amma sən demə, Mehdiyev indi o qədər ağır maddələrin təsiri altında ittiham edilir ki…
Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir. Bu ittihamlar düşündürücüdür. Çünki söhbət 87 yaşlı şəxsdən gedir. Amma onun adı Ramiz, soyadı Mehdiyevdirsə, rəy dəyişir. Bu da sizə daha bir Mehdiyev mifi… O yaşda adamlar axirətdə deyillərsə, o barədə düşünərlər. Mehdiyev isə…
Həmçinin oxuyun
Mehdiyevin sovet-kommunist Azərbaycanı aparatında ideoloji katib işləyəndən “birinci şəxs” arzusu şübhəsiz olub. Amma Mehdiyev görünür, həm də xarakterinə görə birinci şəxslərin yanında “ikinci olmağa” üstünlük verib, buna görə də Azərbaycan hakimiyyətində “boz kardinal” titulu qazanıb.
Nəhayət, Mehdiyevdən danışırıqsa, onun sirli bağını yada salmaqda da fayda var. “Mehdiyevin bağı”nda hətta müxalifətin taleyinin də həll olunduğu haqda iddiaları köhnə hərakatçılar, köhnə kəşfiyyatçılar, köhnə yazarlar unutmayıb yəqin. Mehdiyev və çevriliş etmək üçün topladığı tərəfdarları da bu dəfə də o bağdan çıxarlarsa…
İstintaqın rəsmi məlumatlarını gözləyək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.CityPost.az APA-ya istinadən xəbər verir ki, bunu YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.O bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.Qeyd edək ki, dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ...
15 Oktyabr 2025, 12:48

Bakı metrosunda problem yaranıb
Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.Bunu çıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: "Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü...
15 Oktyabr 2025, 10:36

Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib....
14 Oktyabr 2025, 21:37

İmişli xəstəxanasında RƏZALƏT: 25 dəfə zəng etsə də,həkim gəlmədi (VİDEO)
"25 dəfə təcili yardıma zəng etdim,çağırışa gəlmədilər".Bu sözləri CityPost.az-a İmişli rayonu,Aranlı kənd sakini Məmmədov Ziya Cəmşid oğlu bildirib.Şikayətçinin sözlərinə görə, 12 oktyabr 2025-ci il tarixində təxminən 23:50 radələrində atası Cəmşid Məmmədovun vəziyyətinin pisləşməsi ilə əlaqədar 103 çağrı mərkəzinə zəng edib. Vətəndaş dəfələrlə müraciət etməsinə baxmayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından təcili yardım avtomobili ayrılmayıb.Əlacsız halda qalan kənd sakini DİN-in 102 çağrı mərkəzindən kömək istəyib."Atam infarkt keçirib.Gecə qəfil halı pisləşdi.İmişli xəstəxanasından yardım istəsək də,gələn olmadı.Atamı ağır vəziyyətdə şəxsi avtomobilim ilə Cəbrayıl qəsəbəsində yerləşən tibb məntəqəsinə apardım.Ordan da rayon xəstəxanasından təcili yardım maşını istəsələr də, gələn olmadı.Daha sonra öz hesabımıza atamı İmişli Rayon Xəstəxanasına apardıq.Xəstəxananın baş ...
14 Oktyabr 2025, 14:52

İqtisadi Zonaların İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərə dair yeni səlahiyyət verilib
Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə digər dövlət qurumları (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" və "Azərişıq" ASC-lər) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.Həmçinin Agentliyə kommunal xidmətlər göstərən digər dövlət müəssisələri ilə birgə maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarların istehlak...
14 Oktyabr 2025, 10:59

Qəbələ və Bakının iki rayonunda qaz olmayacaq
Bu gün Bakının Yasamal və Nizami, həmçinin Qəbələ rayonlarının qaz təchizatı müvəqqəti dayandırılacaq.CityPost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində və Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə oktyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T. Xəlil, M. İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S. Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Həmçinin "Qaz...
14 Oktyabr 2025, 10:19