Vəkil Emin Kiçikbəyovdan şikayət olundu - 10 min qalmaqalı
Cəmiyyət 18 Sentyabr 2024, 15:15
38521
2023-cü ilin iyulunda Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın atası Natiq Aslanov müraciət yayıb.
Citypost.az xəbər verir ki, Turalə Aslanovanın hüquqi varisi olan Natiq Aslanov müraciətində cinayət işinin aparılmasının ləng getməsindən və qızının vəkili olmuş Emin Kiçikbəyovdan narazı olduğunu qeyd edib.
“Mənim tələbim bu işdə yaxından iştirak etmiş vəkil Emin Kiçikbəyovu cəlb etməkdir.O,bütün təfərrüatları bilir və bizdən 10.000 (on min) manat pul alıb.Bu günə qədər mən vəkili tapa bilmirəm.Telefon zənglərimə belə cavab vermir”,-deyə Natiq Aslanov bildirib.
Natiq Aslanov şikayət ərizəsində qeyd edib ki, qızının ölümü ilə bağlı onun şübhələndiyi bir sıra məqamlar var.
“Qızımın ölümündə şübhələndiyim Kəmalə Quliyeva,Zaur Tanrıverdiyev və digərləri hələ də cinayət məsuliyyətinə cəlb edlməyibilər.”

Həmçinin oxuyun
Natiq Aslanov
Citypost.az məsələ ilə bağlı adı hallanan vəkil Emin Kiçikbəyovla əlaqə saxlayıb. Vəkil saytımıza açıqlamasında bildirib ki, Natiq Aslanovun iddiası doğru deyil.
“Onun əvvəllər də bu cür müraciətləri olub. Müraciətlə bağlı Baş Prokurorluqda və Vəkillər Kollegiyasında araşdırma aparılıb.Müvafiq qərarlar qəbul edilib.”,- deyə vəkil bildirib.
Qeyd edək ki, T.Aslanova keçmiş polis zabiti olub. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ancelina Coli Xarkova səfər edib
Amerikalı aktrisa Ancelina Coli Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə səfər edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası məlumat yayıb.Federasiyanın “Telegram” kanalında yayılan məlumata görə, Coli şəhərdəki boks klublarından birini ziyarət edib. Onun oğlu Noks da klubda keçirilən muay-tay məşqində iştirak edib.Ancelina Coli avqustun sonunda Ukraynaya gəlib. O, Xarkovdan əvvəl Lvov, Ternopil və Poltava şəhərlərinə də səfər edib....
07 Sentyabr 2026, 22:08
Bayılda binanın fasadı qopdu
Paytaxtda hökm sürən küləyin təsiri nəticəsində Bayıl qəsəbəsində yerləşən “Sabah Residence”in fasad örtüyünün bir hissəsi sıradan çıxaraq uçub.Citypost.az xəbər verir ki, bu haqda “Operativ media” məlumat yayıb.Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
07 Sentyabr 2026, 21:28
Azərbaycan BAEA iclasında nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb
Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Kamil Xasiyev Rəhbərlər Şurasının sentyabr iclasında iştirak edib və nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Azərbaycanın təyin olunmuş Daimi Nümayəndəsi səfir Kamil Xasiyev BAEA Rəhbərlər Şurasındakı bəyanatında nüvə və radiasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb və bu sahədə milli potensialın gücləndirilməsində agentliyin dəstəyini təqdir edib", - məlumatda bildirilib.Qeyd edək ki, Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA / IAEA) rəsmi təmsilçiliyi Avstriyadakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilir və bu vəzifəni Azərbaycanın Avstriyadakı səfiri icra edir. Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri və Vyanadakı beynəlxalq...
07 Sentyabr 2026, 21:18
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Acarıstanın “Batumelebi” nəşri yazıb.Qohumu nəşrə bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.Gürcüstanın Daxili İşlər Nazirliyindən “Batumelebi” nəşrinə bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.
07 Sentyabr 2026, 21:10
Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin anası vəfat edib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid anası Gülçöhrə İbrahimova yaşadığı Ağdam rayonunun Xındırıstan kəndində dünyasını dəyişib.Qeyd edək ki, 1995-ci il təvəllüdlü Qəşəm 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və 9 oktyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Ölümündən sonra bir neçə medalla təltif edilib.
07 Sentyabr 2026, 19:58
Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub
Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb."Report"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.
07 Sentyabr 2026, 19:38