Bizə yazın

Baku

-°C

USD

-

Astarada 10 kq narkotik aşkarlanıb

Hadisə 23 Noyabr 2026, 10:24

468

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

DİN-in Mətbuat xidmıətinin regional qrupundan Citypost.az verilən məlumata görə, tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar.

Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu MTK-nın sahibi həbs edildi - Çoxsaylı şikayətlər əsasında 

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu. ...

23 Noyabr 2026, 10:35

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib.Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb.Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub.

23 Noyabr 2026, 08:00

Sabirabadda evlənmək məqsədilə qaçırılan azyaşlı qız və oğlan tapılıb

Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qızın və oğlanın yeri məlum olub.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, 2009-cu il təvəllüdlü oğlanın 2011-ci il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırması ilə bağlı qızın atası polisə müraciət edib.Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

21 Noyabr 2026, 15:25

Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində baş verib.Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb....

21 Noyabr 2026, 14:25

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib.Citypost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb. Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də...

21 Noyabr 2026, 14:05

“Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib

Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.Bundan başqa, həmin...

20 Noyabr 2026, 19:57