Qulamhüseyn Əlibəyli: Paşinyan siyasi taleyini Azərbaycanla sülhə bağladı
Siyasət 23 Noyabr 2026, 07:50
560
Nikol Paşinyan siyasi karyerasına baxdıqda bir məsələni xüsusu qeyd etmək lazım gəlir. Paşinyan ən riskli anlarda həmişə eyni üsula əl atır: tərəzinin bir gözünə Ermənistan umun mühüm olan bir məsələni, digər gözünə isə özünün siyasi taleyini qoyur.. 2018-ci ildə küçədən hakimiyyətə gələndə də, 2021-ci ildə hərbi məğlubiyyətdən sonra istefa verib növbədənkənar seçkiyə gedəndə də bu taktikadan istifadə edib. Noyabrın 19-da Ermənistanın baş naziri Azərbaycanla sülhün taleyinə münasibətdə də .bu kartı yenidən masaya qoydu.
Ermənistan hökumətinin iclasında 2026–2031-ci illər üçün fəaliyyət proqramı təsdiqləndi. Proqrama yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh prosesinin möhkəmləndirilməsi daxildir. Paşinyan həmin iclasda müxalifətə açıq şəkildə referenduma getməyi təklif edərək bildirdi ki, xalq Konstitusiyanı rədd edərsə, istefa verəcək. Qəbul edərsə, növbəti və ya növbədənkənar olmasından asılı olmayaraq sonrakı seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək.
Paşinyanın bu təklifinin arxasında sadə parlamentdəki qüvvələr nisbətinə dair sadə bir hesablama dayanır. arifmetikası dayanır. İyun seçkilərindən sonra "Vətəndaş müqaviləsi" 105 yerlik parlamentdə 64 mandata malikdir. "Güclü Ermənistan" blokunun 29, "Ermənistan" blokunun isə 12 yeri var. Konstitusiya layihəsini referenduma çıxarmaq qərarı 70 səs çoxluğu ilə qəbul edilməlidir Yəni hakim partiyaya daha altı səs lazımdır. Paşinyanın müxalifətdən istədiyi də məhz bu altı səsdir.
Müxalifətin cavabı isə gecikmədi. "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abrahamyan bildirdi ki, Paşinyan istefaya razılaşsa belə, onlar bu planı dəstəkləməyəcəklər. Onun sözlərinə görə, müxalifətin hakimiyyət dəyişikliyi üçün öz planı var və növbədənkənar seçkilərə hazırdır. "Ermənistan" blokundan deputat Kristine Vardanyan isə səslərinin referendum qərarını bloklamaq üçün istifadə olunacağını açıqladı. Yəni hər iki müxalifət qanadı Paşinyanı təklifinə faktiki olaraq "yox" dedi.
Paşinyanı təklifinin məntiqi ilk baxışda paradoksal görünür. O, hər iki halda baş nazir kreslosundan ayrılmağa razıdır. Ermənistan müxalifəti illərdir yeni Konstitusiyanı "Paşinyanın Konstitusiyası" və "Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında yazılan sənəd" kimi təqdim edir. Baş nazir isə şəxsi faktoru tamamilə oyundan çıxarmaq istəyir: konstitusiya referendumu təyin olunsun, referendumdan sonrakı ilk seçkidə referendumun nəticəsindən asılı olmayaraq Paşinyan baş nazir kimi siyasi karyerasına son qoyacaq.
Paşinyanı belə mövqeyini təkcə taktiki yox, həm də strateji cəhətdən rusiyayönlü maxalifəti çətin vəziyyətə salan güclü gediş kimi qiymətləndirmək olar. Əgər müxalifətin əsas hədəfi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdırsa, bu təklif həmin hədəfə nail olmaq üçün ən qısa yoldur. Onu bəri başdan rədd etmək o deməkdir ki, müxalifəti Paşinyanın hakimiyyətdən getməsi deyil, mövcud Konstitusiyanın dəyişməməsi və Azərbaycanla sülh prosesinin tamamlanmaması daha çox maraqlandırır. Abrahamyanın "istefa verə də, dəstəkləmərik" cavabı məhz bunu bir daha təsdiq edir. Başqa sözlə , müxalifətin əsil məqsədi hakimiyyətin dəyişməsi yox, Konstitusiyanın dəyişməzliyi, Azərbaycana və Türkiyəyə qarşı ərazı iddialarının formal hüquqi əsaslarının qalmasıdır.
Paşinyan özü də məhz bu məqamı açıq şəkildə ifadə edərək parlament müxalifətini Azərbaycanla davamlı sülh qarşısında qalan əsas maneə adlandırıb. Onun fikrincə, sülh məsələsində qalan problemlər əsasən texniki xarakter daşıyır, əsas çətinlik isə daxili siyasi müqavimətdir. Baş nazir iki yol göstərib: ya cəmiyyətin müxalifətə təzyiqi artmalıdır, ya da siyasi proseslər onları parlamentdə yersiz qoymalıdır. Bu sonuncu fikir növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalına açıq işarə kimi qiymətləndirilə bilər.
Burada bir məsələni də nəzərə almaq lazımdır ki, hakimiyyət uğrunda mübarizə aparan parlament müxalifətinin referenduma getməkdən aşıq-aşkar imtina etməsi ölkə daxilində bə beynəlxalq aləmdə uğurlu siyasi taktika hesab olunmur və imtinaçı müxalifətin siyasi imicinə zərbə buran, onun nüfuzunu aşağı salan amil kimi qiymətləndirilir.
Paşinyan hakimiyyəti rəsmi səviyyədə konstitusiya islahatının Ermənistanın daxili məsələsi olduğunu bildirir. Bu, formal hüquqi baxımdan belə olsa da, siyasi baxımdan Konstitusiya islahatı regional sülhün əsas şərtidir. Yəni Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas olan müddəalarsız yeni konstitusiya qəbul edilməsə, sülh müqaviləsi praktiki olaraq imzalanmayacaq. TRIPP marşrutu üzrə işlər sürətlənsinə baxmayaraq, Türkiyə-Ermənistan sərhədinin açılması da Azərbaycan–Ermənistan arasında hərtərəfli razılaşmadan asılıdır. Yəni Paşinyanın müxalifətdən istədiyi 6 səs bütün regional arxitekturanın açarı ola bilər.
Paşinyanın təklif qəbul olunub referendum təyin olunsa belə belə, Paşinyanın qələbəsi zəmanətli deyil. Ermənistan qanunvericiliyinə görə, referenduma çıxarılan sənəd iştirakçıların yarısından çoxu lehinə səs verdikdə və bu səslər bütün seçicilərin ən azı dörddə birini təşkil etdikdə qəbul olunur. Müxalifət peferendumun təyinin bloklaya bilməsə, növbəti addımda Konstitusiyanın əleyhinə çıxmaq və ya referendumda iştirak etməmək taktikası seçilə bilər. Hazırda Ermənistan cəmiyyəti xarici siyasət kursu və Azərbaycanla sülh məsələsində dərin qütbləşib. Konstitusiya referendumu bu qütbləşmənin ən yüksək nöqtəsinə çevrilə bilər,
Paşinyanın təklifininrəsm Bakı üçün həm pozitiv, həm də narahatedici məqamları var. Pozitiv məqam ondan ibarətdir ki, Ermənistan rəhbəri prosesi geri dönüşsüz etmək üçün şəxsi karyerasını qurban verməyə hazır olduğunu göstərir. Narahatedici məqam isə ondan ibarətdir, hazırkı proses artıq tək bir siyasətçinin – Paşinyanın taleyinə bağlanıb. Paşinyansız Ermənistanın sülh prosesini davam etdirib tamamlamağa nə dərəcədə hazır və siyasi iradəsinni olması isə cavabı qabaqcadan məlum olmayan sual kimi qalır.
Ermənistanın yeni Konstitusiyasının layihəsinn bu gün dərc olunacağı gözlənilir.. Məhz o zaman preambulanın necə dəyişdirildiyini, Bakının tələbinə necə cavab verildiyini görəcəyik. Bu sənəd Bakı üçün Paşinyanın sözlərindən daha vacib göstərici olacaq.
Güney Qafqazda sülh prosesinin tamamlanması indi daha real, lakin riskli görünür. Paşinyan bu riskləri öz siyasi karyerasınə qurban verməklə qarşılamağa hazırdır. Ermənistan cəmiyyəti və onun siyasi elitasını bu qurbanla sülhə hazır olub olmaması isə sual altındadır.
Qulamhüseyn Əlibəyli
Siyasətçi, Sabiq deputat
Məhəmməd Əsədullazadə: “Putinin yalnız bir dostu var, o da Lukaşenkodur”
Politoloq Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə münasibətləri və beynəlxalq siyasi proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Məhəmməd Əsədullazadə bildirib ki, Donald Tramp Vladimir Putinlə dost olduğunu açıq şəkildə bəyan etsə də, bu münasibətləri ABŞ dövlətinin mövqeyi ilə eyniləşdirmək düzgün deyil.Politoloqun sözlərinə görə, ABŞ dövləti nə Rusiyanın, nə də Vladimir Putinin dostudur. O, həmçinin Putinin Trampı dost kimi qəbul etmədiyini iddia edib.Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya liderinin yeganə dostu Belarus Prezidenti Aleksandr Lukaşenkodur.Politoloq Çində keçirilən üçtərəfli konfransa da münasibət bildirib. Onun fikrincə, həmin görüşdə Donald Tramp...
23 Noyabr 2026, 00:30
Prezident İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən...
22 Noyabr 2026, 20:37
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.Citypost.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin...
21 Noyabr 2026, 15:57
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib.Citypost.az xəbər verir ki, Bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğuladılar.Dövlət başçıları 2025-ci ilin...
21 Noyabr 2026, 15:53
Vüqar Rəhimzadə: İlham Əliyevin Vyetnam səfəri strateji əhəmiyyət daşıyır
Beynəlxalq münasibətlər sistemində mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın xarici siyasətində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, eləcə də ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Bunun üçün təkcə cari ilin ötən dövrü ərzində qarşılıqlı səfərlərin dinamikliyinə, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər fonunda yeni əməkdaşlıq formatlarının formalaşmasına və dövlət başçısı İlham Əliyevin beynəlxalq sammitlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərə nəzər salmaq kifayətdir. Çoxtərəfliliyin fəal tərəfdarı kimi çıxış edən Azərbaycan bu mövqeyini atdığı əməli addımlarla təsdiqləyir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə...
21 Noyabr 2026, 15:30
Prezident: Vyetnam Azərbaycan üçün mühüm tərəfdaşdır
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb
21 Noyabr 2026, 15:17