Çatbotlarla romantik münasibət quranların sayı artır
Dünya 23 Noyabr 2026, 00:52
486
İnsanların emosional dəstək, yoldaşlıq və hətta romantik münasibətlər üçün süni intellekt çatbotlarına müraciət etməsi yeni müzakirələrə səbəb olub.
Citypost.az “The Brussels Times” nəşrinə istinadən xəbər verir ki, Belçikada bu mövzuya həsr olunan “Mənim süni intellekt münasibətlərim” adlı sənədli film hazırlanıb. Film noyabrın 24-də Pickx+ kanalında yayımlanacaq.
Sənədli filmdə süni intellektlə emosional bağ quran, virtual tərəfdaşları özünə sirdaş seçən və hətta onlarla romantik münasibət yaşayan insanların hekayələri təqdim olunur.
Belçikalı rəqəmsal məsləhətçi Xavier Degraux hesab edir ki, insanların süni intellektə emosional bağlılığının artması cəmiyyətdə tənhalıq və sosial təcrid probleminin dərinləşməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, çatbotlar istifadəçilərlə razılaşmağa və onları təsdiqləməyə meyilli olduqları üçün insanlara daha rahat ünsiyyət imkanı yaradır.
Həmçinin oxuyun
Mütəxəssis bu cür münasibətlərin zamanla emosional asılılığa çevrilə biləcəyi barədə xəbərdarlıq edib. O, həmçinin texnologiya şirkətlərinin insanların emosional ehtiyaclarından kommersiya məqsədləri üçün istifadə etməsi riskinə diqqət çəkib.
Sənədli filmdə iştirak edən psixoloq Moris Conson da emosional münasibətlərin kommersiyalaşdırılmasının ciddi narahatlıq doğurduğunu bildirib.
Xavier Degraux süni intellektin inkişafına daha ciddi nəzarət edilməsinin vacibliyini vurğulayaraq, cəmiyyətin bu texnologiyanın imkanları və riskləri barədə məlumatlandırılmalı olduğunu qeyd edib.
Bosniya və Herseqovina Serb Respublikasının qərarını LƏĞV ETDİ
Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi Serb Respublikasında 1990-cı illərdəki müharibə zamanı Bosniya ordusuna aid bayraq və simvolların nümayişinə görə həbs cəzası nəzərdə tutan qanun dəyişikliklərini konstitusiyaya zidd hesab edib.Citypost.az “Balkan Insight” nəşrinə istinadən xəbər verir ki, qərara əsasən, Serb Respublikasının Milli Assambleyasının Bosniya və Herseqovina Respublikası tərəfindən qəbul edilmiş hüquqi aktları ləğv etmək səlahiyyəti yoxdur.Qeyd edək ki, Serb Respublikasının parlamenti iyul ayında Cinayət Məcəlləsinə dəyişiklik edərək Bosniya və Herseqovina Ordusunu təbliğ edən və ya tərifləyən bayraqların, simvolların, nişanların və şüarların nümayişini cinayət hesab etmişdi. Həmin əmələ görə üç ilədək, müəyyən hallarda isə iki ildən beş ilədək həbs cəzası nəzərdə tutulurdu.Konstitusiya...
23 Noyabr 2026, 00:35
İtaliya Tesla-nın köməkçi sürücülük sisteminə müvəqqəti icazə verdi
İtaliya Tesla şirkətinin köməkçi sürücülük sisteminin istifadəsinə müvəqqəti təsdiq verib. Qərar Avropa səviyyəsində sistemin tətbiqi ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl verilib.Citypost.az xarici “The Local” nəşrinə istinadən xəbər verir ki, İtaliyanın nəqliyyat naziri Matteo Salvini icazənin texniki qiymətləndirmələrdən sonra verildiyini açıqlayıb.Tesla-nın sözügedən sistemi sürücülərə sükan, sürət və digər idarəetmə funksiyaları üzrə dəstək göstərir. Bununla belə, sistem tam avtonom idarəetmə hesab edilmir və sürücü avtomobilin hərəkətinə daim nəzarət etməlidir.İtaliyada bu xidmətdən istifadə aylıq 99 avro abunə haqqı ilə mümkün olacaq. Bir sıra Avropa ölkələrində sistemə icazə verilsə də, Fransa onun qaydalara uyğunluğunu hələ də araşdırır, Almaniya isə indiyədək təsdiq verməyib.Turan ...
23 Noyabr 2026, 00:13
Türkiyənin xarici borcu rekord səviyyəyə çatıb
2026-cı ilin üçüncü rübündə Türkiyənin xarici borcu rekord səviyyəyə çatıb.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, qonşu ölkənin ümumi xarici borcuəvvəlki rüblə müqayisədə 1,4 faiz artaraq 549,2 milyard dollara çatıb.Eyni dövrdə qısamüddətli xarici borc 1,5 faiz artaraq 173,1 milyard dollara, uzunmüddətli xarici borc isə 1,4 faiz artaraq 376,1 milyard dollar təşkil edib.Əvvəlki rüblə müqayisədə dövlət sektorunun borcu 1,2 faiz artaraq 203,8 milyard dollara, özəl sektorun borcu 1,7 faiz artaraq 322,2 milyard dollara, Türkiyə Respublikası Mərkəzi Bankının (TRMB) xarici öhdəlikləri isə 0,5 faiz artaraq 23,2 milyard dollara çatdı....
20 Noyabr 2026, 18:00
Ter-Petrosyan Paşinyanla bağlı beynəlxalq təşkilatlara müraciət etdi
“Baş nazir Nikol Paşinyanın təhqiramiz ifadələrlə müşayiət olunan çıxışı ilə bağlı Ermənistan Jurnalistlər İttifaqının bəyanatını böyük məmnuniyyətlə oxudum”.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.“Ümid edirəm, ölkəmizdə baş verənləri izləyən beynəlxalq hüquq müdafiə təşkilatları bu bəyanata lazımi qiymət verəcək və Paşinyanın Ermənistanın üzərinə götürdüyü demokratik öhdəlikləri pozan davranışına göz yummayacaqlar”, - o əlavə edib.
20 Noyabr 2026, 17:53
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Citypost.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Vaz 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib....
20 Noyabr 2026, 16:23
Fransada siyasi böhran və iqtisadi narahatlıq: Makron hakimiyyətinin çətin sınağı
Fransa Avropanın aparıcı dövlətlərindən biri olsa da, son dövrlərdə ölkə daxilində siyasi parçalanma, iqtisadi narazılıq və sosial gərginlik getdikcə daha çox hiss olunur. Prezident Emmanuel Makronun qarşılaşdığı əsas çətinlik yalnız hökumətin idarəetmə imkanları deyil, həm də cəmiyyətdə dövlət institutlarına və siyasi rəhbərliyə inamın zəifləməsidir.Mövzu ilə bağlı CityPost.az-a danışan ekspert Şəmsi Qoca bildirib ki,Son aylarda etirazların əsas hərəkətverici qüvvələrindən biri gənclər və təhsil işçiləri olub.Məktəblərdə sıxlıq, müəllim çatışmazlığı, universitetlərə qəbul imkanlarının məhdudluğu ilə başlayan narazılıq sonradan maaşların artırılması, yanacağın bahalaşması və yaşayış xərclərinin yüksəlməsi tələbləri ilə birləşib. Noyabrın 17-də dövlət sektorunda çalışanların tətili və ölkənin müxtəlif şəhərlərində keçirilən nümayişlər göstərdi ki, hökumətin həmkarlar ittifaqları...
20 Noyabr 2026, 15:10