Bizə yazın

Baku

-°C

USD

-

Pensiya və sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR

Cəmiyyət 30 Oktyabr 2026, 15:17

879

2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur.

Bəs yeni göstəricilər sosial müavinətlərin məbləğinə necə təsir edəcək? Gələn il sosial ödənişlərdə təxminən neçə faizlik artım gözlənilir?

CityPost.az   xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün sosial ödənişlər və əməkhaqları ilə bağlı müəyyən artımların olması gözləniləndir, lakin bu artımların dəqiq məbləği və hansı kateqoriyalara şamil ediləcəyi müvafiq qərarlardan asılı olacaq:

“Sosial müavinətlərin artırılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən verilə, yaxud dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə müəyyən xərc istiqamətləri təsbit oluna bilər. Başqa sözlə, sosial sahəyə ayrılacaq vəsaitin həcmi və artımların maliyyələşdirilməsi büdcə planlaşdırılması prosesində mühüm rol oynayır. Gələn il təqaüdlərin, sosial müavinətlərin və maaşların 8-10 faiz civarında artırılması real görünür. Mən hansısa kəskin artımın olacağını düşünmürəm”.

İqtisadçının sözlərinə görə, gələn il üçün gözlənilən artımların miqyası barədə ilkin proqnoz vermək mümkün olsa da, yekun rəqəmləri indidən dəqiq müəyyənləşdirmək düzgün olmaz:

“Çünki artımın səviyyəsi dövlət büdcəsində nəzərdə tutulan xərclərdən, hökumətin sosial siyasətindən və qəbul ediləcək qərarlardan asılı olacaq. Yaşayış minimumu insanın əsas ehtiyaclarının ödənilməsi üçün zəruri olan minimum vəsaitin müəyyənləşdirilməsində istifadə olunan göstəricidir. Ehtiyac meyarı isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biridir”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib.Citypost.az xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib.Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək.Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayevə bu il şəhid status verilib. Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. (Qafqazinfo)...

30 Oktyabr 2026, 16:03

Zəngilan məktəbliləri Zəfər Günü münasibətilə veloyürüşə qatıldı

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.Citypost.az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.Veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili...

30 Oktyabr 2026, 15:50

Anar Əliyev Şuşada sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Nazir Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində Şuşa şəhər sakini Zeynalov Kamil Babək oğlu üçün qurulmuş kiçik təsərrüfat sahəsinə baxış keçirib.Proqramın...

30 Oktyabr 2026, 15:17

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb."Report"un məlumatına görə, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

30 Oktyabr 2026, 14:58

Zahid Oruc: "Anonim şikayətlərin çoxalmasının dövlət orqanlarında sağlam mühitə təsiri”...

Müzakirəyə təqdim edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi məqsədinə xidmət edir. Lakin sənədi dövlət qulluqçusunun hüquqları, hakimiyyət orqanları daxilində mənəvi mühit və milli təhlükəsizlik maraqları ilə birlikdə qiymətləndirməyə ehtiyac var. CityPost.az  xəbər verir  ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı maddələr əlavə edilmişdi. Lakin korrupsiya ilə mübarizədə məlumat verməni təşviq etmək hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhə, idarəçiliyi diversiya etmək, rəhbər...

30 Oktyabr 2026, 14:41

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub.Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz...

30 Oktyabr 2026, 14:32