Bizə yazın

Baku

-°C

USD

-

Nazirlər Kabinetindən müəllimlərlə BAĞLI QƏRAR

Cəmiyyət 28 Oktyabr 2026, 12:14

940

Naizrlər Kabinetinin 26 oktyabr tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana (şagird) düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib: 

Tam orta ümumtəhsil məktəbi - 2000₼

Lisey - 2200₼

Gimnaziya - 2200₼

Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500₼

İnternat tipli lisey - 3000₼

İnternat tipli gimnaziya - 3000₼

Nazirlər Kabinetinin bu qərarı ictimaiyyət arasında müzakirələrə səbəb olub və bəzi suallar doğurub: göstərilən məbləğ hara və necə xərclənir, bura nələr daxildir?

Milli Məclisin deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a danışıb.

"Bu sistem maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək. Yəni məktəblərimizin maliyyə təminatı daha da güclənəcək. Ən vacib məsələ səmərəliliyin artırılmasıdır.

Bütün hallarda şagirdi çox olan məktəblə şagirdi az olan məktəbin maliyyələşməsi eyni ola bilməz. Yeni sistem tam olaraq belə məsələlərdə öz təsirini göstərəcək.

Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu yanaşması təhsilin keyfiyyətinə böyük təsir edəcək".

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edir ki, bu, təhsilin yaxşılaşması üçün atılan addımdır:

"Maliyyələşmə prinsipi şagird üçün nəzərdə tutulan illik baza təhsil xərcləridir. Bu məsələdə təhsil xərcləri dəyişir. Əvvəllər belə bir prinsip tətbiq olunmamışdı, yalnız bu tədris ilindən etibarən yeni prinsip tətbiq olunur. Adambaşına maliyyələşmə ümumi xərclərin düzgün istiqamətləndirilməsini təmin edir. Çünki bizim elə ucqar nöqtələr var idi ki, orada şagirdlər müvafiq olaraq auditoriyada 2-3 nəfər təşkil edirdi və o 2-3 nəfərə sərf edilən xərclər paytaxt, paytaxta yaxın ərazilərdə 25-30 nəfərin təhsil aldığı bir auditoriyanın xərcləri ilə eynilik təşkil edirdi. Yəni 2-3 nəfərə 2500-3000 manat xərc çəkilirdisə, 25-30 nəfərə də eyni xərc çəkilirdi. Amma indi adambaşına maliyyələşmə prinsipində bu xərclər azalıb".

Ekspert qeyd edib ki,rasionallaşma prinsipi ilə xərclər tam istiqamət üzrə xərclənir.

"İbtidai təhsil, ümumi orta təhsil və s. bunların hər birində fərqli əmsallar tətbiq olunur. Əmsallara baxsaq görərik ki, ilkin xərclər ilkin təhsildə 1 əmsalla, ümumi orta təhsildə 1,25, digərində isə 1,70-lə hesablanır. Bütün bu əmsallar adambaşına maliyyələşmə prinsipində tətbiq olunur".

Ekspert vurğulayıb ki, bu qərar məktəblərarası rəqabətin daha da artmasına gətirib çıxaracaq.

"Bu qərarın verilməsi təhsilverənlərin ümumi şəraitini, əmək haqqını yaxşılaşdırmaq üçün atılan addımdır"

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah rayonlarda qar yağacağı gözlənilir

Sabah - oktyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-16° isti,...

28 Oktyabr 2026, 12:52

BDYPİ elektroskuter istifadəçilərinə müraciət edib

Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.Bu barədə Citypost.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.Qeyd edilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.BDYPİ elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır:"Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır"....

28 Oktyabr 2026, 12:12

DYP iki gəncin öldüyü qəzanın səbəbini açıqladı

Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.Citypost.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığın olduğunu açıqlayıb.Bildirilib ki, 24 yaşlı Yevlax sakini Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan 30 yaşlı sərnişini Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş...

28 Oktyabr 2026, 12:05

Əmir Pəhləvanın Ramiz Mehdiyevə həsr etdiyi "İblis" şeiri

Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr edibmiş.CityPost.az bildirir ki,"İblis"adlanan şeir  13 dekabr1996-cı il tarixdə "İLHAM" qəzetinin 4(45)- sayında çap edilib.Həmin şeiri təqdim edirik:İ B L İ SRamiz Ənvəroviç Mehdiyevə həsr edirəmƏl vermə, əllərin çox qanlar görüb,Çəkil bir addım da geriyə, İblis!Olsaydı imkanım-bir qoyun kimi ,Qatardım sürüyə mən səni, İblis!Başda kim oldusa “him”in qalmadı,Tərsə çalmadığın “sim”in qalmadı,Alıb satmadığın kimin qalmadı,Baxmadın ölüyə, diriyə, İblis!Bir vaxt Vəzirova vəziryan dedin,Düşüb ayağına sonra “can” dedin,Gəldi Mütəlıibov əsil xan dedin,Başladın min haya, min küyə, İblis!Çoxuna dedin ki, canlı trupdu,Ətrafı, dörd yanı  qrup-qpupdu,İndi də deyirsən dünya qurubdu,Beləcə dəyişdin, bəs niyə, İblis?!Təzə boğzını...

28 Oktyabr 2026, 11:56

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq...

28 Oktyabr 2026, 11:18

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-dən Citypost.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili...

28 Oktyabr 2026, 11:03