Bizə yazın

Baku

-°C

USD

-

ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var

Dünya 17 İyun 2025, 19:30

165

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin Nümayəndəsi Rik Peeperkorn Qəzzada qismən fəaliyyət göstərən 17 xəstəxanada 2 milyon əhali üçün cəmi 1500 çarpayının olduğunu bildirib.

CityPost.az xəbər verir ki, Peeperkorn öz qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılaraq edib.

İsrailin İrana hücumları ilə başlayan qarşıdurmaya diqqət çəkən qlobal gündəmə baxmayaraq Qəzzada hücumların davam etdiyini vurğulayan Peeperkorn, "Səhiyyə sistemi qırılma nöqtəsindədir. Hazırda Qəzzadakı 36 xəstəxanadan yalnız 17-si qismən fəaliyyət göstərir. Təxminən 17 xəstəxanada bütün əhali üçün 1500 yataq tutumu var" dedi. 

Peeperkorn, Qəzzanın şimalındakı bütün xəstəxana və sağlamlıq mərkəzlərinin xidmətdən çıxdığını bildirdi. 

Qəzza ərazisinin yüzdə 80-dən çoxunun İsrail tərəfindən verilən "evakuasiya əmrləri" altında olduğunu bildirən Peeperkorn, tibbi ləvazimatların kritik aşağı səviyyədə olduğunu və ehtiyatların yüzdə 50-dən çoxunun tükəndiyini vurğuladı.

"100 gündən artıqdır ki, Qəzzaya heç bir yanacaq daxil olmayıb və evakuasiya zonalarından ehtiyatların çıxarılması cəhdləri rədd edilib. Yanacağın olmaması su və kanalizasiya xidmətlərinə də təsir edəcək. Bu, həmçinin səhiyyə müəssisələrində infeksiyaların qarşısının alınması və nəzarətə təsir edəcək və Qəzzada xəstəliklərin yayılmasını pisləşdirəcək", - Peeperkorn bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avropa Parlamenti İsrailin hücumunu pisləməkdən İMTİNA ETDİ

Avropa Parlamentinin (AP) belçikalı üzvü Mark Botenqa İsrailin İrana hücumunu pisləməyi Sol Qrup adından Baş Assambleyaya təklif etdiyini, lakin əsas partiyaların bunu rədd etdiyini bildirib.

17 İyun 2025, 19:19

Tramp: "ABŞ TikTok-un bloklanmasını gecikdirə bilər"

ABŞ prezidenti Donald Tramp Çinin TikTok sosial media platformasının aktivləri ilə bağlı razılığa gəlmək üçün ölkədə bloklanmasını çox güman ki, təxirə salacağını deyib.

17 İyun 2025, 19:00

Bəqayi: "G7 birtərəfli ritorikadan əl çəkməlidir"

İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, İran Yeddilik Qrupunu (G7) qrupun İsraili dəstəklədiyini bəyan etməsindən sonra onları "birtərəfli ritorikadan" əl çəkməyə çağırır.

17 İyun 2025, 18:55

Tramp ABŞ-da keçirilən hərbi paraddan narazı qalıb

ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika ordusunun 250 illiyi münasibətilə keçirilən hərbi paraddan narazılığını bildirib.

17 İyun 2025, 18:48

ABŞ və G7 yollarının fərqliliyi ortaya çıxdı

"Bloomberg"-in köşə yazarı Andreas Kluth bildirib ki, G7 artıq vahid Qərbi təmsil etmir, çünki Donald Trampın rəhbərliyi altında ABŞ qrupun qalan dəyərlərini bölüşməyi dayandırıb.

17 İyun 2025, 18:40

"Moskva İran və İsraili maksimum təmkinli olmağa çağırır" - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail və İranı maksimum təmkinli olmağa çağırır.

17 İyun 2025, 18:30