Bizə yazın

Baku

-°C

USD

-

DİN saxta səhifələrlə bağlı vətəndaşlara müraciət edib 

Hadisə 04 May 2025, 20:53

149

“Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir”.

Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Eyni zamanda səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir

“Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xaçmazda 73 yaşlı kişi intihar edib 

Xaçmazda 73 yaşlı kişi intihar edib.“Qafqazinfo” xəbər verir ki, rayonun Şollar kənd  sakini 1952-ci il təvəllüdlü Bayramov Şamil Sultan oğlu özünü asıb.Ş.Bayramovun hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

04 May 2025, 21:12

Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - Yeni detallar 

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ edilən hücumla bağlı yeni detallar ortaya çıxıb.Citypost.az  “TRT haber”ə istinadən xəbər verir ki, Özəl TBMM-in sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin vəfatı ilə bağlı təşkil edilən tədbirdən çıxarkən zorakılığa uğrayıb.İlkin məlumata görə, hücumda təqsirləndirilən 66 yaşlı Səlcuq.T-nin psixi sağlamlıqla bağlı heç problemi olmayıb.Dindirilmə zamanı şübhəlinin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi müəyyən edilib.Bəlli olub ki, ölkə Cinayət Məcəlləsində baş verən dəyişikliklər səbəbilə həmin şəxsə 2020-ci ildə şərti azadlıq verilib.Şübhəlinin...

04 May 2025, 20:54

33 əcnəbi dövlət sərhədini pоzdu

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.Bu barədə Citypost.az-ə DSX-dan məlumat verilib.Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb.Onların 12-si Azərbaycan, 21-i Pakistan, 3-ü İran, 5-i Əfqanıstan, 2-i Türkiyə, 2-i Çin, 2-i Banqladeş, 1-i Özbəkistan, 1-i Konqo Respublikası, 1-i Konqo Demokratik Respublikası, 1-i Əlcəzair, 1-i Nepal, 1-i Böyük Britaniya, 1-i Mərakeş, 1-i Şri-Lanka vətəndaşı olub.İran İslam Respublikasından 2 (iki) pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən...

02 May 2025, 13:48

20 aptekdə nöqsanlar aşkarlandı  

Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.Bildirilib ki, AEM aprel ayı ərzində Bakı şəhəri üzrə 13, digər şəhər və rayonlarda isə 45 aptek olmaqla, ümumilikdə 58 apteki təftiş edib. Onlardan 56-sı planlı, biri plandankənar və digəri isə yoxlamadan kənar olub.“Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib”,- deyə əlavə edilib....

02 May 2025, 13:36

Apreldə sərhəddə 4,7 milyon manatlıq qaçaqmal tutulub  

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə, 14965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal, о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb....

02 May 2025, 13:27

Yeddinci sinif şagirdi vəfat etdi - FOTO

Sumqayıt şəhər 39 saylı orta məktəbin yeddinci sinif şagirdi Fuad Bəylərli vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.Məlumata görə, F.Bəylərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

02 May 2025, 10:34