Bizə yazın

Baku

-°C

USD

-

Həbs edilən iş adamı məşhur xalq şairinin qudasıdır - DETALLAR

Hadisə 18 Sentyabr 2024, 10:47

8536

Əvvəllər dələduzluq,talama  və  mənimsəmə  əməllərinə  görə  həbs  edilərək 12  ildən  artıq  həbs  həyatı  yaşamış,sosial  şəbəkələrdə  tanınmış  iş  adamı kimi təqdim  edilən  əslən Goranboy  rayonundan  olan  Müqayis  Verdiyev yenidən həbs olunması barədə  məlumat  vermişdik.

 

CityPost.az iş adamının  həbsi  ilə  bağlı   yeni  məlumatlar  əldə  edib.

 

Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində onun uzun müddət gizləndiyi yer müəyyən edilmiş və həbs olunmuşdur. Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ittiham irəli sürülüb.  O, məhkəmənin qərarı ilə  1 ay 24 gün müddətinə istintaq hərəkətlərinin başa çatdırılması üçün barəsində həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridcxanasına göndərilib.

Əvvəllər də eyni əməllərə görə həbs edilən Müqayis   Verdiyevin barəsində mətbuatda qazi  və şəhid ailələrinə maddi ziyan vurmasına dair çoxsaylı neqativ məlumatlar yer alıb.

Citypost.az araşdırma apararkən onu da öyrənib ki,Müqayis  Verdiyev Xalq şairi Ramiz Rövşənin oğlu Rövşənin qayınatasıdır. Rövşən ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

 

Miri 
 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

Noyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb....

23 Noyabr 2026, 10:53

“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib

Dünən doğum gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.Citypost.az xəbər verir ki, o, ad günü ilə bağlı “Instagram” səhifəsində paylaşdığı videoya bu sözləri yazıb: “Əzizlərim, bu, bir doğum günü deyil… Bu, bir hesabatdır.  Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı…Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.”Qeyd edək ki, Ada Süleyman ARB TV-də çalışıb. O, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı...

23 Noyabr 2026, 10:51

Ada Süleyman ad gününü keçirdikdən sonra qəzaya düşdü, öldü

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsində həyatını itirib. Citypost.az“Qafqazinfo” xəbər verir ki, o, dostları ilə doğum gününü qeyd etdikdən bir neçə saat sonra qəza keçirib. Hadisə ilə bağlı aktyor Şəhriyar Əbilov “Instagram” hesabında paylaşım edib.“Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıq, gözün doldu. Gözəl ad günü keçdi, səninlə sağollaşıb çıxıb getdim. Sonra isə sən qəzada dünyanı dəyişdin...”, - paylaşımda deyilir.Qeyd edək ki, o, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı olub. ...

23 Noyabr 2026, 10:47

Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb."Report" xəbər verir ki, 2025-ci il təvəllüdlü A.H yaşadığı S.Orucov küçəsi ev 40, mənzil 54-ün eyvanından (11-ci mərtəbə) yıxılaraq ölüb.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

23 Noyabr 2026, 10:38

Bu MTK-nın sahibi həbs edildi - Çoxsaylı şikayətlər əsasında 

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu. ...

23 Noyabr 2026, 10:35

Astarada 10 kq narkotik aşkarlanıb

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.DİN-in Mətbuat xidmıətinin regional qrupundan Citypost.az verilən məlumata görə, tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar.Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

23 Noyabr 2026, 10:24