Lukaşenkodan Trampa TƏKLİF: Müharibəni dayandıra bilsə...
Müsahibələr 07 Noyabr 2024, 14:30
6478
ABŞ-ın yeni prezidenti Donald Tramp bütün müharibələri dayandıra bilsə, Minsk onu Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Citypost.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Əgər Donald Tramp bunu etsə, biz Nobel mükafatı üçün petisiya göndərəcəyik”, - Lukaşenko bildirib.
Həmçinin oxuyun
O, həmçinin xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Ukrayna da daxil olmaqla, hərbi münaqişələrə son qoyacağına söz verib. Bundan əvvəl Lukaşenko Trampı ABŞ prezidentliyinə qayıtması münasibətilə təbrik edib. Onun sözlərinə görə, seçkilərin nəticələri “Trampın şəxsi şücaətinin təcəssümüdür”.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"
Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...
29 Yanvar 2026, 15:13
“Şərq” qəzeti və Mətbuat Muzeyi harda yerləşəcək? Baş redaktor AÇIQLADI
Fevralın 1-də “Azərbaycan Nəşriyyatı" təmirə bağlandığı üçün “Şərq” qəzetinin kollektivi Beynəlxalq Mətbuat Mərkəzində bir otağa köçəcək. BBM-də otaq sayı artıq məhdud olması səbəbindən qəzet yalnız bir otaqda fəaliyyətini davam etmək məcburiyyətində qalır. Qəzetin tərkibində fəaliyyət göstərən mətbuat muzeyinin gələcək taleyi ilə bağlı isə iki variant irəli sürülüb.Bu barədə “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı Citypost.az saytına müsahibəsində danışıb:“Muzeyimizin gələcəyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova muzeyi ziyarət etdi və eksponatlarla tanış oldu. Bizə iki variant təqdim olundu: eksponatlar ya Muzey Mərkəzində hələlik saxlanılacaq, ya da Beynəlxalq Mətbuat Mərkəzində muzey üçün uyğun şəraitdə olsa orda sərgilənəcək.”“Növbəti...
28 Yanvar 2026, 13:56
Süni intellektlə “dirilən” ölülər: Din xadimi ilə MÜSAHİBƏ
Son dövrlər sosial şəbəkələrdə narahatedici və eyni zamanda geniş müzakirələrə səbəb olan bir tendensiya sürətlə yayılmaqdadır. Vəfat etmiş insanların süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış videoları paylaşılır. Bəzi istifadəçilər dünyasını dəyişmiş yaxınlarını guya məzardan çıxırmış kimi, bəziləri isə danışan, hərəkət edən formada təqdim edir. Bu videolar bir tərəfdən texnologiyanın imkanlarını nümayiş etdirsə də, digər tərəfdən ciddi mənəvi, etik və dini suallar doğurur.Mövzu ilə bağlı dini baxımdan mövqeni öyrənmək üçün Abşeron,Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarovdan açıqlama aldıq. O, süni intellektlə vəfat etmiş insanların “canlandırılması”nın İslam dini baxımından qətiyyən qəbul olunmadığını bildirdi. Hacı Rauf Sərdarovun sözlərinə görə, İslam dinində bu cür yanaşmalar bəyənilmir...
27 Yanvar 2026, 12:00
Arzu İsayeva: “Süni intellekt media üçün rəqib deyil, sadəcə alətdir”
Son dövrlər süni intellekt texnologiyalarının media sahəsində tətbiqi sürətlə genişlənir. Artıq dünyanın bir sıra ölkələrində, eləcə də bəzi yerli platformalarda süni intellektlə yaradılan xəbər aparıcıları efirə çıxır, gündəlik xəbərləri oxuyur, məlumatları təqdim edir. Bu yenilik bəziləri üçün media sahəsində inqilabi addım, digərləri üçün isə etik və peşəkar risklər doğuran proses kimi dəyərləndirilir.Bəs süni intellekt jurnalistikanın klassik dəyərlərini dəyişə bilərmi? İnsan jurnalistin yerini tutmaq ehtimalı varmı? Etika və ictimai etimad baxımından hansı təhlükələr mövcuddur?Bakı Dövlət Universitetinin Multimedia ve elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva bu və digər suallara Citypost.az-a müsahibəsində aydınlıq gətirib.– Süni intellektlə xəbər aparıcılarının yayılması...
26 Yanvar 2026, 15:41
Mehman Cavadoğlu: "Heç vaxt ağlıma gəlməzdi ki, 70 yaşa çatacağam" - Müsahibə
CityPost.az tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsini təqdim edir.Votsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı,...
25 Yanvar 2026, 11:24
Yaradıcılıq süni intellektə təslim olmayacaq – Rejissor Elşən Zeynallı
Dünya sürətlə dəyişir və texnologiya həyatımızın hər sahəsinə təsir edir. Son illərdə süni intellektin film və klip istehsalına daxil olması kino sənətində ciddi müzakirələr doğurub. Bəs süni intellekt kino yaradıcılığının inkişafına kömək edəcək, yoxsa sənətin ruhuna təhlükə yaradır?Bu mövzuda kinorejissor Elşən Zeynallı Citypost.az saytına öz fikirlərini bölüşüb.Onun sözlərinə görə, dünya getdikcə dəyişir və bu dəyişiklikdə əsas rol insanlara məxsusdur. “Biz insanlar süni intellekt yaradırıq, lakin eyni zamanda süni intellekt də bizi məhv edə bilər. Özümüzün yaratdığı vasitə özümüzü təhlükəyə ata bilər” – deyə rejissor vurğulayıb.Elşən Zeynallı əlavə edib ki, süni intellekt həm kimya-biologiya elmini, həm də incəsənəti əvəz edə bilməyəcək. “Kinematoqrafiya,...
19 Yanvar 2026, 13:09