Məleykə Abbaszadənin soyadını daşıdığı Hüseyn Abbaszadə görün kim olub?
Cəmiyyət 24 Noyabr 2026, 14:18
1436
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsindən azad olunması və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi günlərdir yerli mətbuatın gündəm xəbərinə çevrilib.
Bəs M.Abbaszadənin soyadını daşıdığı keçmiş qaynatası Hüseyn Abbaszadə əslində kim olub?
Citypost.az Məleykə Abbaszadənin keçmiş qaynatası gənc nəslin bir o qədər də geniş tanımadığı Hüseyn Abbaszadə barədə əldə etdiyi xəbərləri təqdim edir.
Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.
Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən ən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbaszadə qələminin məhsulu olan memuarlarda və publisistik məqalələrdə XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli simalarının işıqlı obrazları öz əksini tapmışdır. Onun Azərbaycan Yazıçılar İttifaqının katibi kimi uzun illər müasir ədəbi prosesin təşkili sahəsində əməyi də təqdirəlayiq olmuşdur.
Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. Azərbaycan yazıçısı və ssenaristi H.Abbaszadə 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991) idi. O, bir sıra hərbi orden və medallarla, habelə müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü olub.
Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.
Müşərrəfxanım
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası noyabrın 27-də keçiriləcək.
24 Noyabr 2026, 14:24
Məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət qoyulur
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfanding haqqında" qanunda göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və...
24 Noyabr 2026, 13:43
Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub
Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.Hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunla müəyyən edilir.Vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz. Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində...
24 Noyabr 2026, 13:41
Azərbaycanda həkim vəfat etdi
Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri İradə Dəmirova vəfat edib.Citypost.az "Bakupost"a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.Dəmirova İradə Kamil qızı 21 fevral 1962-ci ildə Tovuz şəhərində anadan olub. 1978–1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984–1985-ci illərdə Bakı şəhərində 1 nömrəli Klinik Xəstəxanada internatura keçib.1986-cı ildə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında ordinator həkim kimi fəaliyyətə başlayıb. 1992-ci ildə Hepatologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.2019-cu ildə Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, 2021-ci ildən isə Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb.Qeyd edək ki, İradə...
24 Noyabr 2026, 13:30
Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.Onun sözlərinə görə, razılaşma çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsi, arxiv işi və tarixi sənədlərin tədqiqi, mühafizəsi və rəqəmsallaşdırılması sahələrində qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.“Eyni zamanda, azərbaycanlı gənc mütəxəssislərin Vatikanın mədəni irs və arxiv elmləri, kitab və əlyazmaların kataloqlaşdırılması üzrə proqramlarında iştirakı təşviq ediləcək”, - Anar Ələkbərov vurğulayıb....
24 Noyabr 2026, 13:26
İnsan hüquqları dini və geosiyasi maraqların girovuna çevrilməməlidir
ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında səsləndirilən fikirlər Azərbaycan–Türkiyə münasibətlərini xristian icmaları üçün təhlükə kimi təqdim etməklə yanaşı, regionun mürəkkəb tarixini birtərəfli siyasi müstəviyə çəkir.ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında noyabrın 18-də keçirilən “Dünyada xristianların təqibi: yeni çağırışlara cavab” mövzusunda dinləmələrdə səsləndirilən fikirlər regionumuzla bağlı köhnə mübahisələri yenidən gündəmə gətirib. Xüsusilə “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybnerin çıxışı diqqət çəkir. O, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığını Ermənistan Apostol Kilsəsinə qarşı təzyiqlərlə əlaqələndirərək, iki ölkənin Ermənistan xristianları üzərində üstünlük qurmaq məsələsində “vahid qüvvə kimi” hərəkət etdiyini iddia edib.Aybner bununla kifayətlənməyib. O, Azərbaycan və Türkiyənin birgə geosiyasi...
24 Noyabr 2026, 13:03