Bizə yazın

Baku

-°C

USD

-

Parlamentdə Naxçıvanın muxtariyyət məsələsinə yenidən baxılması təklif olunub  

Siyasət 21 İyun 2025, 12:09

208

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılması çox müsbət haldır.

CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır: “Geniş ictimaiyyət müzakirələrə başlasın ki, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac var, ya yox? Naxçıvan balaca yerdir. Əvvəllər hardasa başa düşmək olardı. İndi isə İran üzərindən qısa yol çəkilir, tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim Konstitusiyaya görə, Azərbaycan unitar dövlətdir. Bu baxımdan Naxçıvanda muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır.

Bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişiklik etdikdən sonra etmək olar. Konstitusiyamızda Naxçıvanla bağlı müddəalar qala-qala, Naxçıvan Konstitusiyana dəyişiklik edirik. Düşünürəm ki, bu dəyişiklikləri Azərbaycan Konstitusiyasına dəyişikliklərdən sonra etməli idik”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil: “Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.

Deputat Eldar İbrahimov isə qeyd edib ki, Naxçıvanın muxtariyyət statusu hələlik saxlanmalıdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM  

Bir qrup dövlət qulluqçusu təltif edilib.

21 İyun 2025, 16:20

Milli Məclisin iclası başladı  

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb.

21 İyun 2025, 11:09

Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.

20 İyun 2025, 15:34

Avstraliya Azərbaycana təşəkkür etdi  

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

20 İyun 2025, 12:03

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.CityPost.az xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə...

20 İyun 2025, 10:58

Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir  

İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.

19 İyun 2025, 21:07