Bizə yazın

Baku

-°C

USD

-

Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib 

Dünya 21 İyun 2025, 10:34

166

ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib.

Citypost.az xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb.

“Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, - Amerika lideri vurğulayıb.

Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın Məşhəd və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb 

İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb.Bu barədə “Mehr” agentliyi məlumat yayıb.Qeyd olunub ki, İran hərbçiləri İsrailin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır.Artıq bir neçə pilotsuz təyyarənin məhv edildiyi iddia edilir.

21 İyun 2025, 10:36

İsrail Livanda “Hizbullah”ın raket obyektlərinə zərbələr endirib 

İsrail ordusu Livanın cənubunda yerləşən “Hizbullah”a məxsus hərbi obyektləri hədəfə alıb.CityPost.az  xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.Məlumata görə, hücumlar təşkilata aid raket infrastrukturuna o cümlədən raket buraxılış qurğularına, sursat anbarlarına və digər silah sistemlərinə yönəlib.

21 İyun 2025, 09:20

İranın şimalında zəlzələ baş verib 

İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

21 İyun 2025, 00:13

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar" 

Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.

20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək

Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.

20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"

İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.

20 İyun 2025, 17:30