UNICEF-dən XƏBƏRDARLIQ: Qəzzada yanacaq blokadası qaldırılmasa...
Dünya 20 İyun 2025, 16:30

250
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, "100 gündən artıqdır ki, Qəzzaya gələn yanacaqla bağlı mövcud blokada aradan qaldırılmasa, uşaqlar susuzluqdan ölməyə başlayacaqlar",-deyə bildirib.
CityPost.az xəbər verir ki, Elder Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin onlayn olaraq həftəlik mətbuat konfransında iştirak edərək Qəzzədəki vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.
İsrailin hücumları altında Qəzzada ən ölümcül dövrün yaşandığını vurğulayan Elder, "Hazırda Qəzzada içməli su istehsal edən müəssisələrin yalnız 40 faizi (217-dən 87-si) fəaliyyət göstərir. Yanacaqsız onların hamısı bir neçə həftə ərzində fəaliyyətini dayandıracaq. Qəzzaya gələn yanacaq blokadası indiki halda davam edərsə, 10 gündən çox uşaq həyatını itirəcək. susuzluq artıq inkişaf edir və xaos güclənir.
Elder bildirib ki, Qəzzada qida çatışmazlığı ilə bağlı həyəcan təbili çalır və aprel-may ayları arasında qida çatışmazlığı müalicəsi üçün qəbul edilən uşaqların sayında yüzdə 50 artım var.
"Qəzza texnogen quraqlıqla qarşı-qarşıyadır. Su sistemləri çökür" deyən Elder, bu problemlərin məntiqi və ya texniki deyil, siyasi olduğunu bildirib.
Elder, yanacağın Qəzzadakı xəstəxanalar üçün də həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, onsuz oksigen istehsalının dayanacağını və həyati dəstək maşınlarının sıradan çıxacağını qeyd edib.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Çinlə əlaqəli qruplar Rusiya şirkətlərini "sındırırlar"
Çin hökumətinə bağlı qrupların Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kiberhücumlar vasitəsilə Rusiya şirkətlərini və dövlət qurumlarını getdikcə daha çox hədəf aldığı bildirilir.
20 İyun 2025, 17:55

Ukrayna müdafiə nazirinin müavinini dəyişəcək
Ukraynanın müdafiə nazirinin müavini, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova öz vəzifəsində demək olar ki, 100% zəmanətlə dəyişdiriləcək.
20 İyun 2025, 17:45

Maduro: "Netanyahu Hitler kimi deliryumdan əziyyət çəkir"
İsrailin baş naziri Benyamin Netanyahu dünyanı fəlakətə doğru sövq edən “Hitler deliryumundan” əziyyət çəkir,.
20 İyun 2025, 17:30

Zelenski Rusiya ilə məhbus mübadiləsini təsdiqləyib
Rusiya İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin (SQ) əsir götürdüyü əsgərlərini Ukraynaya təhvil verib.
20 İyun 2025, 17:17

Netanyahud Xameneini öldürməklə HƏDƏLƏDİ: Heç kim toxunulmaz deyil!
İsrailin baş naziri Benyamin Netanyahu İran lideri Ayətullah Əli Xameneini sui-qəsdlə hədələdiyini təkrar edərək, hərbçilərə İranda heç kimin toxunulmazlığının olmadığını tapşırdığını deyib.
20 İyun 2025, 17:00

Ərdoğan: "İrandakı vəziyyəti həll etmək üçün danışıqlara ehtiyac var"
İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqlar lazımdır.
20 İyun 2025, 16:44