Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir
Siyasət 19 İyun 2025, 21:07

367
İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.
CityPost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər görülür.
Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub.
Həmçinin oxuyun
İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır.
Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın xarici işlər nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Avstraliya Azərbaycana təşəkkür etdi
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.
20 İyun 2025, 12:03

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.CityPost.az xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə...
20 İyun 2025, 10:58

Ərdoğan: Türkiyə və Azərbaycan arasında tale birliyinin nümunələrindən biri “Azərbaycan” məhəlləsidir
Azərbaycan Prezidenti İlham Əliyevə ikinci evlərinə “xoş gəldiniz” deyirəm.
19 İyun 2025, 21:03

Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyədəki zəlzələni öz faciəsi kimi qəbul etdi
“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, əziz kahramanmaraşlılar, sizə Azərbaycan xalqının ən səmimi salamını çatdırıram”.
19 İyun 2025, 21:01

Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub
İyunun 19-da Kahramanmaraşda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
19 İyun 2025, 16:20

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
19 İyun 2025, 15:42