Bizə yazın

Baku

-°C

USD

-

Dövlət başçısı Laos Prezidentinə məktub ünvanlayıb

Siyasət 02 Dekabr 2024, 11:41

764

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə məktub ünvanlayıb.

Citypost.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

XİN iranlı səfirə cavab verdi 

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.O, İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, İranın Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real...

09 İyul 2025, 13:33

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.CityPost.az  xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz...

07 İyul 2025, 11:37

Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar 

Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın görüşü olub.CityPost.az    xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

04 İyul 2025, 17:25

Dörd polkovnikə general-mayor rütbəsi verilib - SƏRƏNCAM  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

25 İyun 2025, 13:18

Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib  

24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.XİN-dən 

25 İyun 2025, 13:06

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır  

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.XİN-dən 

24 İyun 2025, 16:51