Bizə yazın

Baku

-°C

USD

-

Şəmsi Vəfadardan Elzaya sərt sözlər: "Hesab edirəm ki, onun psixoloji problemləri var"

Söz adamı 19 Sentyabr 2024, 12:22

26542

Əməkdar  artist  Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə  müzakirə  predmetinə  çevrilib.

Bir çox  sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin  artıq  həddini aşdığını  qeyd  ediblər.

Bir sıra tanınmış şəxslər də məsələyə münasibət  bildirib. Onlar Elza Seyidcahanın  yazdığı bu şeiri sərt şəkildə tənqid  ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri  Anara müğənninin  bu  tip  şeirləri ilə bağlı  yerli  media nümayəndələrindən  sorğu ünvanlansa da rəsmi cavab verilməyib.

CityPost.az saytına  açıqlamasında  Azərbaycanda  tanınmış  şair  Şəmsi  Vəfadar  da  Elza Seyidcahanın bu şeirinə münasibət bildirib.

“Elza Seyidcahan adlı müğənni, və  ya bəstəkar  ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir  hikmətli  kəlam var:  “Bir insan ağrıdan dəli olanda ətrafdakılar onun ağrılarından yox, məhz  dəliliyindən  danışırlar”,-deyə  Şəmsi Vəfadar bildirib.

Şair Şəmsi Vəfadar Elza Seyidcahanın psixoloji problemlərinin olduğunu qeyd edib.

-Bəzi  insanlar çox hallarda xəstə ruhlu məxluqların düşdüyü durumlarından öz xeyirlərinə faydalana bilirlər. Elza Seyidcahanın ədəbiyyata heç bir aidiyyatı yoxdur. Elzanın Azərbaycan Yazıçılar Birliyində nə işi var axı?! İndi də onu oradan qovmağın,uzaqlaşdırmağın yolları və perespektivləri ətrfaında düşünüb,gəzişmələr aparılsın.

Sözsüz  ki, hər kəsin öz pərəsətişkarı var.Elzanın  şeirini oxuyanlar,bəyənənlər və ya bəyənməyənlər, tərzini,saç düzümünü müzakirə edənlər onunla eyni səviyyənin daşıyıcılarıdır. 
Bilirsiniz, yazıçı,şair öz taleyini,öz içində olanları yazır. O qadının yazdığı cızma-qara da onun hansı həyat tərzi keçirdiyini,yaşantılarını  göstərir.Digər yandan  belə hesab edirəm ki, onun yazdıqlarını  hadisəyə çevirmək lazım deyil.

Ölkədə vacib məsələlər qalıb bir yanda  hamı Elzanın şeirindən danışır. Xəstə ruhlu insandır,icazə versinlər nə deyir desin,öz  həyatını yaşasın,görünür onun ciddi psixoloji problemləri var. O  bu  ağılla hələ  deputat  da olmaq istəyirdi. Yaxşı olar ki,özünü həkimə göstərsin.

Kərim Nalə,İlyas Ərnəfəs,Bəşir Kəsərli də onun kimi ağzılarına gələni danışırdılar...

 

Miri

 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ey Vətən bu torpaq mənimçün azdı - Sayman Aruzun ŞEİRİ

Bilmirəm bu sənsən ya mənəm vətən,Həyatın önündən cavabsız ötən...O qədər qəfildən dəyişdim ki, mən,Özümü güzgüdə tanımadım heç ..Yağa bilmirsənsə qaraltma məni...Külək də əsmir ki, aparsın səni...O tayda əzilmiş azadlıq dəniBu qara torpaqdan cücərməmiş keç...Sən keçən dərinlər mənə dayazdı.Bu tay nəğmədirsə, o tay da sazdı,Ey Vətən bu torpaq mənimçün azdı...Zirvə axtarırsan buqartalı seç..

19 Noyabr 2026, 11:05

Gəncliyimizin sevimli Səyyad müəllimi - Sərvaz Hüseynoğlu yazır...

Sosial şəbəkələrdə  millət vəkili Səyyad Aranla , onun Milli Məclisdə etdiyi çıxışla bağlı etikadan kənar, arzuolunmaz, daha çox da qəbuledilməz fikirlər paylaşırlar.Bu əsassız şərhləri oxumaq şəxsən mənim üçün çox ağırdı. Ağırdı ona görə ki, mən Səyyad müəllimin tale yolunu, bu yoldakı çabalarını, sözün həqiqi mənasında, əsl ziyalı, istedadlı insan kimi mücadiləsini həmişə heyranlıqla izləmişəm.  Səyyad müəllim ötən əsrin səksəninci illərində İmişli rayonunda işləyən gənc müəllimlər, ziyalılar , gənc yaradıcı insanlar üçün örnək idi. Biz gənclərin təsvirolunmaz Səyyad sevgisi, qibtə yeri vardı. Səyyad müəllim bütöv bir nəsil gəncliyə ədəbiyyatı, mədəniyyəti sevdirirdi. Təbliğ edirdi. Onun zövqü istinad yerimiz idi. O, tanıyıb -...

18 Noyabr 2026, 14:53

Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd...

18 Noyabr 2026, 00:50

Qulu Məhərrəmli: “Atatürk haqqında nə qədər yazılsa, yenə də azdır”

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazılmış yeni kitab və onun təqdimat mərasimi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında yazıb.Qulu Məhərrəmli qeyd edib ki, Mustafa Kamal Atatürk təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin yetişdirdiyi böyük dühalardan, dünya tarixinə istiqamət vermiş qüdrətli şəxsiyyətlərdən biridir. Buna görə də onun haqqında nə qədər yazılsa, yenə də azdır.Professorun sözlərinə görə, peşəcə həkim, tanınmış araşdırmaçı-publisist Səxavət Əlisoy da Atatürk haqqında fərqli yanaşma ilə qələmə aldığı yeni kitabında bu tarixi şəxsiyyətin fenomenini liderlik anlayışı üzərindən təqdim etməyə çalışıb.Qulu Məhərrəmli kitabın maraqlı və oxunaqlı...

17 Noyabr 2026, 08:28

Yaxşılar dünyanın üzük qaşıdı! Əmir Pəhləvan yazır...

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət"...

13 Noyabr 2026, 14:15

Mən niyə gülə bilmirəm? Aləmzər Sadıqqızından ŞEİRLƏR

Xəstəxanadan çıxmısdım...Yaşamağa ümidim yoxdu...Evdə kombi işləmirdi...Hava soyuqdu...Məcbur qardaşımgildə qaldıq bir neçə gün...Bu iki şeir qardaşımgildə yazılmışdı...Sözüm bitməyib...Həyat, mən səni sevdikçe,Məni ürəyimdən vurdun...Nə zaman uçmaq istəsəm,Dönüb kürəyimdən vurdun...Fələk məni ağlatdıqca,Yapışdım ətəklərindən.Bir ömürdü ağrıyıram,Yediyim kötəklərindən!Nə Allaha üz çevirdim,nə səndən bircə an doydum.Ey məni sevməyən həyat,Yolunda canımı qoydum! Mən bir bəyaz göyərçindim...Heç bulaşmadım çirkinə.Məni al qana boyadın,Mən gülümsədim əksinə...Qoyma bu Aləmi ölsün,Hələ də sözüm bitməyib...Dizimdə taqət bitsə də,.İçimdə dözüm bitməyib...1.11.2025.Aləmi görə bilmirəm...Qapım üzümə bağlidı...Neynirəm döyə bilmirəm...Soyuq çöküb hər küncünə Evimdə ölə bilmirəm...Nə gecəm var nə gündüzüm.Gözüm yaşı düzüm -düzum,Bu yuxunu hara yozum,Mən niyə gülə bilmirəm?Hər bir tərəfdə yaram var...Zindanında can ...

13 Noyabr 2026, 10:50