Əslən türk olan Levent Alpoge… - İbrahim Nəbioğlu yazır...
Söz adamı 25 Noyabr 2026, 19:38
425
Dünənki yazımda Riman hipotezinin isbatı haqdakı yazımdan sonra, bu gün də 24 yaşlı dahi çocuğu yaxından tanıyaq…
Levent Alpöge türk əsilli amerikalı riyaziyyatçıdır, əsas sahəsi ədədlər nəzəriyyəsidir. 1 aprel 1992-ci ildə ABŞ-ın Long Island şəhərində doğulub, həm ABŞ, həm də Türkiyə vətəndaşıdır.
Təhsili və elmi yolu.
Harvardda oxuyub.
Bəzi türk mənbələri onu Harvardın riyaziyyat fakültəsini birinci yerlə bitirən ilk türk adlandırır. Tələbə ikən 2015-ci ildə bakalavr tələbəsinin ən yaxşı riyazi tədqiqatına verilən Frank və Brennie Morgan mükafatını qazanıb. Doktorluq dissertasiyasını 2020-ci ildə Prinstonda Fields mükafatçısı Manjul Bhargavanın rəhbərliyi ilə “Points on Curves” (“Əyrilər üzərindəki nöqtələr”) mövzusunda müdafiə edib. Sonra Harvardda Junior Fellow kimi çalışıb. Bhargava ilə birgə işləri arasında iki kubun cəmi şəklində yazıla bilən tam ədədlər haqqında məqalə və Mordell hipotezinin effektiv variantına dair tədqiqatlar var. Hətta bir asteroidə onun adı verilib.
Anthropic-dəki işi.
Hazırda Anthropic-in texniki heyətindədir.
Bu ilin avqustunda Claude-un dzeta-funksiyanın sıfırları ilə bağlı nəticəsini Ralph Furmanla birlikdə yoxlayan iki riyaziyyatçıdan biri o idi. Sentyabrda Navye–Stoks ətrafındakı müəlliflik mübahisəsində adı Tristan Buckmasterlə birgə çəkildi. 20 noyabrda isə Riman hipotezini isbat etdiyini elan etdi.
“Uca Tanrımız millətimizi, xalqımızı, dövlətimizi qorusun!” – Vahid Əzizdən TƏŞƏKKÜR
Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz doğum günü münasibətilə onu təbrik edən dostlarına və oxucularına minnətdarlığını bildirib.Citypost.az xəbər verir ki, şair bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Vahid Əziz həm ölkə daxilindən, həm də xaricdən onu təbrik edən şəxslərə təşəkkürünü çatdırıb. O, təbriklərin ünvanlandığı şəxslər arasında şəxsən tanıdığı və tanımadığı oxucuların da olduğunu qeyd edib.Xalq şairi paylaşımında millətimizə, xalqımıza və dövlətimizə xoş arzularını da ifadə edib.Vahid Əziz fikirlərini belə ifadə edib:“Məni təvəllüd günüm münasibətilə uzaqlardan və Vətənimizdən təbrik edən dostlarıma, şəxsən tanıdığım və tanımadığım oxucularıma dərin minnətdarlığımı bildirirəm. Var olun, Uca Tanrımız millətimizi, xalqımızı, dövlətimizi qorusun! Bir daha hamınıza ürəkdən...
25 Noyabr 2026, 00:38
Düzü alçaltdılar, düzü - İlahi! - Zöhrab Mehdinin ŞEİRİ
Alçaltdılar Çeynəyib axır ki, çürütdülər dəSözü alçaltdılar, sözü - İlahi!Çəkdilər yalanı yuxarı başa Düzü alçaltdılar, düzü - İlahi!Boy atdı beləcə, alçaqlıqlar boyOysa, ocağmızın başına gəldi!Ucaltmaq varikən, niyə alçaltmaq Görən, adamların xoşuna gəldi?!Necə göz yumdular işığa, nuraGözü alçaltdılar, gözü - İlahi?!Kəsdilər, and olsun...sonra, çörəyiDuzu alçaltdılar, duzu - İlahi!Bir alçaq əlində oyuncaq olduNeçə ucalıqda yeri olanlar!Ucalar adına ləkə yaxdılar Alçaq əllərində kiri olanlar!Haqdan, ədalətdən çevirdilər baxÜzü alçaltdılar, üzü - İlahi!Daha, nə qaldı ki, alçaltmasınlar"Öz"ü alçatdılar, "öz"ü - İlahi?!( Alçalda - alçalda vərdiş etdilər Alçala - alçala, alçaqlıqlara! Necə yaşadılar heyrətdi, heyrət Əl çala - əl çala - alçaqlıqlara?! ) (Z.M)...
24 Noyabr 2026, 15:40
Gənc tədqiqatçıdan gözəl addım
Onun elmə, tədqiq etdiyi sahəyə bağlılığı həm valideynlərini, həm də elmi rəhbəri kimi məni çox sevindirir. Əvvəlcə əsas mövzusu olan uşaq mətbuatı çərçivəsində "Məktəb" jurnalının M.Ə.Sabirə həsr olunmuş xüsusi nömrəsini transliterasiya etdi. Sonra həmin jurnalın 1911-ci ildə nəşr olunmuş bütün nömrələrini latın əlifbasına çevirdi. Daha sonra isə 1906-1925-ci illərdə nəşr olunmuş “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq jurnallarının biblioqrafiyasını hazırlayaraq nəşr etdirdi. Bu günlərdə isə mətbu irsimizdə əhəmiyyətli yer tutan “Qırmızı günəş” uşaq jurnalının transliterasiyasını hazırlayaraq çap edib. 1921-1922-ci illərdə çıxmış həmin jurnalda uşaqların maraq dünyasına uyğun olan çox maraqlı elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Ona görə də...
24 Noyabr 2026, 11:29
Sevil Gültən “Xəzər” jurnalına sərt tənqid: “İngilis dilindən tərcümə edənlər niyə heyətə daxil edilməyib?”
Tərcüməçi Sevil Gültən “Xəzər” jurnalının redaksiya heyətinin formalaşdırılması və tərcümə istiqamətləri ilə bağlı suallar səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən qeyd edib ki, Tərcümə Mərkəzi bağlandıqdan sonra akademik Kamal Abdulla “Xəzər” jurnalını himayəsinə götürüb. Jurnal 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi nəşr olunur. Tərcüməçi jurnalın fəaliyyətinin davam etdirilməsini müsbət qarşıladığını, lakin yaradıcı heyətin tərkibinin onda müəyyən suallar yaratdığını bildirib.Onun diqqətini çəkən əsas məqam redaksiya heyətində yer alan şəxslərin əsasən rus dilindən tərcümə ilə məşğul olmalarıdır.Sevil Gültən paylaşımında redaksiya heyətinə Etimad Başkeçid, Mahir N. Qarayev, Saday...
24 Noyabr 2026, 00:15
Orxan Adıgözəldən süni intellektlə yazılan əsərlərlə bağlı maraqlı paylaşım
Yazıçı Orxan Adıgözəl süni intellekt vasitəsilə roman və şeir yazanların sayının artması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı paylaşımında bu tendensiyanı yumoristik şəkildə şərh edib:“Süni intellektlə roman, şeir yazanların sayı çoxalıb.Bir azdan kitabların üzərində "kənd yumurtası" "ev südü" kimi "bio kitab" yazılacaq.Feysbukdakı yazıların bəzilərini oxuyanda da "ChatGbt" tərzi hiss olunur”.Turan
23 Noyabr 2026, 08:41
Ey Vətən bu torpaq mənimçün azdı - Sayman Aruzun ŞEİRİ
Bilmirəm bu sənsən ya mənəm vətən,Həyatın önündən cavabsız ötən...O qədər qəfildən dəyişdim ki, mən,Özümü güzgüdə tanımadım heç ..Yağa bilmirsənsə qaraltma məni...Külək də əsmir ki, aparsın səni...O tayda əzilmiş azadlıq dəniBu qara torpaqdan cücərməmiş keç...Sən keçən dərinlər mənə dayazdı.Bu tay nəğmədirsə, o tay da sazdı,Ey Vətən bu torpaq mənimçün azdı...Zirvə axtarırsan buqartalı seç..
19 Noyabr 2026, 11:05