Bizə yazın

Baku

-°C

USD

-

Şəhla Cabbarlı: ANS-in arxivləri Azərbaycan mediasının xəzinəsidir

Söz adamı 27 Noyabr 2026, 00:19

377

Tarixçi və araşdırmaçı jurnalist Şəhla Cabbarlı ANS televiziyasının fəaliyyətini və Azərbaycan teleməkanında qoyduğu izi xatırladıb.

Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Şəhla Cabbarlı bildirib ki, artıq ANS televiziyasını görməyən yeni nəsil yetişir. O, ANS-lə böyüdüklərini və kanalın gündəlik həyatlarında xüsusi yer tutduğunu qeyd edib.

Jurnalistin sözlərinə görə, xüsusilə kanalın “İç xəbər” proqramı tamaşaçılar üçün gündəlik izlənilən verilişlərdən biri olub. O, ANS-in fəaliyyətini Azərbaycan televiziya tarixində azad televiziya mədəniyyətinin mühüm mərhələsi kimi qiymətləndirib.

Şəhla Cabbarlı qeyd edib ki, kanal fəaliyyətini davam etdirsəydi, bu gün 35 yaşı tamam olacaqdı. O, ANS-in arxivlərində Azərbaycan mediasının və televiziya tarixinin qiymətli materiallarının qorunduğunu da vurğulayıb.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əslən türk olan Levent Alpoge… - İbrahim Nəbioğlu yazır...

Dünənki yazımda Riman hipotezinin isbatı haqdakı yazımdan sonra, bu gün də 24 yaşlı dahi çocuğu yaxından tanıyaq…Levent Alpöge türk əsilli amerikalı riyaziyyatçıdır, əsas sahəsi ədədlər nəzəriyyəsidir. 1 aprel 1992-ci ildə ABŞ-ın Long Island şəhərində doğulub, həm ABŞ, həm də Türkiyə vətəndaşıdır.Təhsili və elmi yolu.Harvardda oxuyub.Bəzi türk mənbələri onu Harvardın riyaziyyat fakültəsini birinci yerlə bitirən ilk türk adlandırır. Tələbə ikən 2015-ci ildə bakalavr tələbəsinin ən yaxşı riyazi tədqiqatına verilən Frank və Brennie Morgan mükafatını qazanıb. Doktorluq dissertasiyasını 2020-ci ildə Prinstonda Fields mükafatçısı Manjul Bhargavanın rəhbərliyi ilə “Points on Curves” (“Əyrilər üzərindəki nöqtələr”) mövzusunda müdafiə edib. Sonra Harvardda Junior Fellow kimi çalışıb....

25 Noyabr 2026, 19:38

“Uca Tanrımız millətimizi, xalqımızı, dövlətimizi qorusun!” – Vahid Əzizdən TƏŞƏKKÜR

Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz doğum günü münasibətilə onu təbrik edən dostlarına və oxucularına minnətdarlığını bildirib.Citypost.az xəbər verir ki, şair bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Vahid Əziz həm ölkə daxilindən, həm də xaricdən onu təbrik edən şəxslərə təşəkkürünü çatdırıb. O, təbriklərin ünvanlandığı şəxslər arasında şəxsən tanıdığı və tanımadığı oxucuların da olduğunu qeyd edib.Xalq şairi paylaşımında millətimizə, xalqımıza və dövlətimizə xoş arzularını da ifadə edib.Vahid Əziz fikirlərini belə ifadə edib:“Məni təvəllüd günüm münasibətilə uzaqlardan və Vətənimizdən təbrik edən dostlarıma, şəxsən tanıdığım və tanımadığım oxucularıma dərin minnətdarlığımı bildirirəm. Var olun, Uca Tanrımız millətimizi, xalqımızı, dövlətimizi qorusun! Bir daha hamınıza ürəkdən...

25 Noyabr 2026, 00:38

Düzü alçaltdılar, düzü - İlahi! - Zöhrab Mehdinin ŞEİRİ

Alçaltdılar Çeynəyib axır ki, çürütdülər dəSözü alçaltdılar, sözü - İlahi!Çəkdilər yalanı yuxarı başa Düzü alçaltdılar, düzü - İlahi!Boy atdı beləcə, alçaqlıqlar boyOysa, ocağmızın başına  gəldi!Ucaltmaq varikən, niyə alçaltmaq Görən, adamların xoşuna gəldi?!Necə göz yumdular işığa, nuraGözü alçaltdılar, gözü - İlahi?!Kəsdilər, and olsun...sonra, çörəyiDuzu alçaltdılar, duzu - İlahi!Bir alçaq əlində oyuncaq olduNeçə ucalıqda yeri olanlar!Ucalar adına ləkə yaxdılar Alçaq əllərində  kiri olanlar!Haqdan, ədalətdən çevirdilər baxÜzü alçaltdılar,  üzü - İlahi!Daha, nə qaldı ki, alçaltmasınlar"Öz"ü alçatdılar, "öz"ü - İlahi?!( Alçalda - alçalda vərdiş etdilər Alçala - alçala, alçaqlıqlara! Necə yaşadılar heyrətdi, heyrət  Əl çala - əl çala -  alçaqlıqlara?! )                     (Z.M)...

24 Noyabr 2026, 15:40

Gənc tədqiqatçıdan gözəl addım

Onun elmə, tədqiq etdiyi  sahəyə bağlılığı həm valideynlərini, həm də elmi rəhbəri kimi məni çox sevindirir. Əvvəlcə əsas mövzusu olan uşaq mətbuatı çərçivəsində "Məktəb" jurnalının M.Ə.Sabirə həsr olunmuş xüsusi nömrəsini transliterasiya etdi. Sonra həmin jurnalın 1911-ci ildə nəşr olunmuş bütün nömrələrini latın əlifbasına çevirdi. Daha sonra isə 1906-1925-ci illərdə nəşr olunmuş  “Dəbistan”, “Rəhbər”, “Məktəb” və “Məktəb məcmuəsi” uşaq jurnallarının biblioqrafiyasını hazırlayaraq nəşr etdirdi.    Bu günlərdə isə mətbu irsimizdə əhəmiyyətli yer tutan “Qırmızı günəş” uşaq jurnalının transliterasiyasını hazırlayaraq çap edib. 1921-1922-ci illərdə çıxmış həmin jurnalda uşaqların maraq dünyasına uyğun olan çox maraqlı elmi, ədəbi-bədii və publisistik materiallar vardır. Ona görə də...

24 Noyabr 2026, 11:29

Sevil Gültən “Xəzər” jurnalına sərt tənqid: “İngilis dilindən tərcümə edənlər niyə heyətə daxil edilməyib?”

Tərcüməçi Sevil Gültən “Xəzər” jurnalının redaksiya heyətinin formalaşdırılması və tərcümə istiqamətləri ilə bağlı suallar səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Sevil Gültən qeyd edib ki, Tərcümə Mərkəzi bağlandıqdan sonra akademik Kamal Abdulla “Xəzər” jurnalını himayəsinə götürüb. Jurnal 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Dillər Universitetinin Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi nəşr olunur. Tərcüməçi jurnalın fəaliyyətinin davam etdirilməsini müsbət qarşıladığını, lakin yaradıcı heyətin tərkibinin onda müəyyən suallar yaratdığını bildirib.Onun diqqətini çəkən əsas məqam redaksiya heyətində yer alan şəxslərin əsasən rus dilindən tərcümə ilə məşğul olmalarıdır.Sevil Gültən paylaşımında redaksiya heyətinə Etimad Başkeçid, Mahir N. Qarayev, Saday...

24 Noyabr 2026, 00:15

Orxan Adıgözəldən süni intellektlə yazılan əsərlərlə bağlı maraqlı paylaşım

Yazıçı Orxan Adıgözəl süni intellekt vasitəsilə roman və şeir yazanların sayının artması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, yazıçı paylaşımında bu tendensiyanı yumoristik şəkildə şərh edib:“Süni intellektlə roman, şeir yazanların sayı çoxalıb.Bir azdan kitabların üzərində "kənd yumurtası" "ev südü" kimi "bio kitab" yazılacaq.Feysbukdakı yazıların bəzilərini oxuyanda da "ChatGbt" tərzi hiss olunur”.Turan

23 Noyabr 2026, 08:41