Bizə yazın

Baku

-°C

USD

-

Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"

Söz adamı 27 Sentyabr 2024, 14:32

2340

Günlərdir ki, mediada  müğənni  Rəqsanə  İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının  oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər.

CityPost.az  xəbər verir  ki, Tanınmış şair  Şəmsi Vəfadar  qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib.

Həmin tənqidi məqaləni təqdim edirik:

Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən  uşaq dünyaya  gətirmiş  birinin  durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi görsənmirdilər,ağızlarına su alıb susmuşdular.Bir qədər pərdəli dolanırdılar. Çünki o çıxıb kimin kim olduğunu açıqcasına  deyirdi axı... İndi belələrinə  baş qoşmaq istəyənlər azdır. Onlar da münbit şəraitdən istifadə edib guruldayırlar,ağzılarına gələni  danışırlar.  Hətta bir -birlərinin  bostanına  daş  atırlar. Hələ utanmayıb deyirlər ki, bizim  ərimiz var. Qadının  əri  olar də.. Bunun   nəyi yenilikdir ki...Burada  qürrələnməyə  nə  var  axı?

Ruslarda belə bir misal var: “Hər malın öz  alıcısı  var.”  Səni  alan,səninlə ailə quran da sənin səviyyən olar. Gör,insan  nə gündədir ki, hər şeyi boynuna alıb,səni seçib.Unutma ki, sən qadınların arasında kimsənsə,o da kişilərin arasında həmin  adamdır.

Yaxşı xatırlayıram,bu qadının anasını və bacısını illər öncə insan alveri məsələsinə  görə cinayət məsuliyyətinə  cəlb  etmişdilər. Onların  barəsində eyni əmələ  görə məhkəmə hökmü var. Heç olmasa keçmişlərinə baxıb xəcalət çəksinlər. Özləri Azərbaycan musiqisinə və incəsənətinə onsuz da kifayət qədər zərbə vurduqları bəs deyilmiş kimi hələ bir övladlarını da dalları ilə sürüyüb gətirirlər. Fəxri ad almaq,əməkdar,Xalq artisti olmaq  istəyirlər. Qaldı ki,dəyəri 118 min Avro – dünyada 17 ədəd istehsalı olan nadir   sırğa  məsələsinə.

Həqiqətən  belədirsə,o sırğanın  istehsalçısı  onun  əl  işinin  kimdə  olduğunu bilsə, yəqin ki, xiffətdən ürəyi partlayıb  öləcək.  Çünki  bu tip  insanlar  özlərinə və sənətlətinə dəyər verirlər. 
Bu adam verilişilərin birində qızı ilə üzbəüz oturub deyirdi ki, sən uşaq olanda qənd yox idi ki, sənə şirinçay verim. Qənd tapmayan adam birdən-birə necə var-dövlət sahibi ola bilər? Özü  də  nəyin  hesabına.  Onun  işi,peşəsi hamıya bəllidir. Onun Faiq və Fərid Azayev qardaşlarına külli müqdarda borcu var. Əgər belə varidat sahibidirsə,gedib camaatın borcunu ödəsin.

Söhbət əsnasında akademik  Nizami Cəfərov bir professordan soruşur ki, siz haralısınız? O da cavab verir ki, atam ermənistanlıdır,anam gürcüstanlı. Nizami Cəfərov da gülərək deyir ki, ay müəllim, daha  sənin haran  azərbaycanlı oldu ki? Bu qadın da deyir ki, atam gürcüstanlıdır, anam gədəbəylidir,özüm isə ermənistanlıyam..Keçmiş korpus komandiri Rasim Əkbərovun qılınıcının dalı-qabağı kəsən vaxtında “KAMAZ” şoferlərinin istirahət etdiyi yolboyu  kafelərdə fəaliyyət  göstərərkən bu qadın  özünü adamlara goranboylu kimi təqdim edirdi.Digər yandan da düşünəndə Tanrıya şükürlər edirsən  ki,nə yaxşı   goranboylu  deyil...

Hesab edirəm ki, ekranlardan ailələrə əxlaqsızlıq saçan adamlar verilişlərə dəvət edilməməlidir. Bir qayda olaraq belələri televiziyalar tərəfindən baykot olunmalıdır. Çünki belələrinin  davranışları millətin əxlaqına pis təsir edə bilər.Onsuz da bu tip adamlar üçün kifayət qədər şərait var.Gedib fəaliyyətlərini kənarda davam etdirsələr,daha yaxşı olar.  Kimdir ki, onlara mane olan... Belələrinin kifayət qədər himayədarları var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə  şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib....

09 Noyabr 2024, 20:44

Şəmsi Vəfadar: “Əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm”

Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.   "Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".   Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:   "Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə...

05 Noyabr 2024, 17:30

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək. CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı Ağcabədi  Rayon  İcra Hakimiyyəti və  Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist  Aqil  Abbasdır. Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini...

11 Oktyabr 2024, 14:36

"Tale oyunları"nın anlatdıqları - Sərvaz Hüseynoğlu yazır

Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda "yerişini" yavaşıdır, hər...

07 Oktyabr 2024, 10:22

Ölüm,sənə ölüm olsun... - Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik: Qənirə Paşayevanın işıqlı xatirəsinə   Ölüm,sənə ölüm olsun... Bir gör kimi gedib sevdin. Ölüm,sənə zülüm olsun, Dərddən,qəmdən binələnib  Qapısı yox,bacası yox Bu nə koma,bu nə evdi...?!   Köksündəki gizli yara, Boy atırmış demə hər gün. Qəlbi oldu para-para, Gözlərindən boylanardı, İlk məhəbbət üzgün-üzgün...   Özü boyda bir ürəkdi, Dərdi sevdi heyran oldu. Yaralanmış quş tək səkdi, O ölümə baxıb güldü... Qəlbi dərdə meydan oldu.  ...

26 Sentyabr 2024, 14:42

Şəmsi Vəfadardan Elzaya sərt sözlər: "Hesab edirəm ki, onun psixoloji problemləri var"

Əməkdar  artist  Elza Seyidcahan ın “Tüpürcəyim baldır mənim” şeiri sosial şəbəkələrdə  müzakirə  predmetinə  çevrilib. Bir çox  sosial şəbəkə istifadəçiləri rəylərdə müğənninin  artıq  həddini aşdığını  qeyd  ediblər. Bir sıra tanınmış şəxslər də məsələyə münasibət  bildirib. Onlar Elza Seyidcahanın  yazdığı bu şeiri sərt şəkildə tənqid  ediblər. Azərbaycan Yazıçılar Birliyinin sədri  Anara müğənninin  bu  tip  şeirləri ilə bağlı  yerli  media nümayəndələrindən  sorğu ünvanlansa da rəsmi cavab verilməyib. CityPost.az saytına  açıqlamasında  Azərbaycanda  tanınmış  şair  Şəmsi  Vəfadar  da  Elza Seyidcahanın bu şeirinə münasibət bildirib. “Elza Seyidcahan adlı müğənni, və  ya bəstəkar  ola bilsin ki, var. Mən amma bu adda şair tanımıram. Belə bir  hikmətli  kəlam var:  “Bir insan ağrıdan...

19 Sentyabr 2024, 12:22