Görmə qabiliyyətini bərpa edən dərman hazırlanır
Tibb 22 Aprel 2025, 17:47

1730
"KAIST" Universitetinin tədqiqatçıları tor qişanın zədələnməsini bərpa edən və görmə qabiliyyətini daimi olaraq bərpa edən ilk müalicəni hazırlayıblar.
CityPost.az xəbər verir ki, klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır.
Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.
Araşdırmanı aparan prof. Jin Woo Kim və komandası optik sinirlərin bərpasına imkan verən müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) bloklayıblar.
Araşdırmalara görə, PROX1 zülalı tor qişanın təmirini əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.
Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının təmirində daha müvəffəqiyyətli olduğunu ortaya qoyublar.
Yeganə
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kofein yuxu zamanı beyin fəaliyyətinin xaosunu artırır - ARAŞDIRMA
Kofein gecə beyin fəaliyyətini dəyişdirə və yuxu zamanı həm fiziki, həm də koqnitiv bərpanın effektivliyini azalda bilər. Monreal Universitetinin alimləri belə nəticəyə gəliblər. CityPost.az xəbər verir ki, tədqiqatın nəticələri "Communications Biology" (ComBio) jurnalında dərc olunub.Təcrübədə 40 sağlam yetkin iştirak etdi. Birinci gecə yatmazdan əvvəl (üç saat və bir saat yatmazdan əvvəl) kofein kapsullarını, ikinci gecə isə plasebo qəbul etdilər. Onların beyin funksiyası elektroensefaloqramma vasitəsilə yoxlanılırdı. Tədqiqat, kofeinin, xüsusən yaddaşın bərpası və konsolidasiyasından məsul olan yavaş dalğalı yuxu (NREM) mərhələsində sinir fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərdi.Tədqiqatın ilk müəllifi Philipp Telke izah etdi: "Kofein beyin fəaliyyətini daha xaotik və daha az proqnozlaşdırıla...
30 May 2025, 16:44

Pivə xərçəng və sonsuzluğa səbəb olur - ARAŞDIRMA
Şimali Karolinadakı RTI beynəlxalq tədqiqat institutunun mütəxəssisləri 23 növ pivəni sınaqdan keçiriblər.Bütün nümunələr ABŞ, Meksika və Hollandiyadan məşhur içkilərdir.
23 May 2025, 19:00

Uşaqlarda beyin şişləri: məlumatlılıq həyatları xilas edə bilər
Hər il dünyada minlərlə uşağa nadir, lakin həyati təhlükəsi olan bir xəstəlik diaqnozu qoyulur: beyin şişi.
22 May 2025, 18:51

Dünyanın ən populyar içkilərindən biri xərçəngi YANDIRIR
Yeni bir araşdırma insan orqanizmi tərəfindən istehsal olunan qida maddəsi olan taurinin gözlənilməz rolunu ortaya qoydu.
22 May 2025, 17:17

Hormon qaraciyər piylənməsi xəstəliyini geri qaytara bilər
Oklahoma Universitetinin Hüceyrə Metabolizmi jurnalında dərc edilən araşdırması FGF21 hormonunun (fibroblast böyümə faktoru) siçanlarda qaraciyər yağlanmasının təsirini necə aradan qaldıra biləcəyini təsvir edir.
22 May 2025, 16:45

Havanın çirklənməsi yüksək təzyiq riskini 15 faiz artırır
Mütəxəssislər havada incə tozun miqdarının hər 10 mikroqram artmasının yüksək təzyiq riskini təxminən 15 faiz artırdığını açıqlayıb.
21 May 2025, 20:39