Ölümcül göbələk xəstəliyi: Qlobal istiləşmə ilə yayıla bilər
Tibb 07 May 2025, 13:13

1201
İsti bölgələrdə yayılmış ölümcül bir göbələk xəstəliyi qlobal istiləşmə səbəbindən yayıla bilər.
Citypost.az xəbər verir ki, Mançester Universitetinin alimlərinin apardığı yeni araşdırmaya görə, "Aspergillus fumigatus" cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar.
Tədqiqat həmçinin qeyd etdi ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.
Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin son dərəcə çətin olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırıb.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.
Bunun təkcə Avropa qitəsində 9 milyona yaxın insanın sağlamlığını təhlükə altına atacağı bildirilib, xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olan insanlar diqqətli olmağa çağırılıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ağ çörək bağırsaq xərçəngi riskinin artırır - TƏDQİQAT
Yeni genişmiqyaslı araşdırma göstərdi ki, müntəzəm olaraq ağ çörək yemək xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olan bağırsaq xərçəngin inkişaf riskini artıra bilər.
23 İyun 2025, 16:30

Hər gün oruc tutmaq klassik pəhrizlərdən daha effektivdir
Fasiləli oruc, ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir. Alternativ gün orucu arıqlamaq üçün xüsusilə yaxşıdır.
21 İyun 2025, 18:44

Gəncədə iki nəfər qidadan zəhərlənib
Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.Hadisə şəhər ərazisində qeydə alınıb.1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub. Faktla bağlı araşdırma aparılır.
21 İyun 2025, 00:20

Bu əlamətlər Parkinson xəstəliyindən xəbər verir
"Zhejiang" Universitetinin alimləri qulaq kiri qoxusunun təhlili əsasında Parkinson xəstəliyinin (PD) erkən skrininq sistemini hazırlayıblar.
20 İyun 2025, 16:16

Qaraciyəri piylənmədən qoruyan içki
Qəhvə ölçülü şəkildə istehlak edilərsə, qaraciyəri piylənmədən qorumaqda rol oynaya bilər. Məlumdur ki, qaraciyər həyati funksiyaları yerinə yetirir: qanı süzmək, qida maddələrini emal etmək, toksinləri çıxarmaq və maddələr mübadiləsini tənzimləmək üçün məsuliyyət daşıyır. Onun sağlamlığı siroz, hepatit və alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) kimi xroniki xəstəliklərin qarşısını almaq üçün çox vacibdir.
19 İyun 2025, 17:00

Tibbi zəlidə yeni antibiotik kəşf edildi
Koreyada tədqiqatçılar Hirudo nipponia adlı dərman zəlisinin tüpürcək vəzilərində unikal antimikrob peptid aşkar ediblər,.
18 İyun 2025, 19:00