Bizə yazın

Baku

-°C

USD

-

Yüksək təzyiq yuxunu niyə pozur?

Tibb 23 İyul 2026, 10:55

4194

Arterial təzyiqdən əziyyət çəkən insanların əksəriyyəti gecələr rahat yata bilməməkdən, tez-tez oyanmaqdan və səhərlər yorğun qalxmaqdan şikayət edir. Mütəxəssislər bildirirlər ki, yüksək təzyiq təkcə baş ağrısı və halsızlıq yaratmır, eyni zamanda yuxunun keyfiyyətinə də ciddi təsir göstərir.

Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, gecə yuxusunun pozulmasının ən mühüm səbəblərindən biri stress və psixoloji gərginlikdir. İnsan gün ərzində əsəbi və narahat olduqda orqanizmdə stress hormonlarının səviyyəsi artır, ürək daha sürətlə döyünür və beyin tam rahatlaşa bilmir. Nəticədə insan yatağa uzansa belə yuxuya getməkdə çətinlik çəkir, gecə tez-tez oyanır və dərin yuxu mərhələsinə keçə bilmir.

Mütəxəssislər qeyd edirlər ki, təzyiq xəstələrində yuxu problemlərinin digər mühüm səbəblərindən biri də yuxu apnesidir. Əgər insan gecələr güclü xoruldasa, nəfəsi müəyyən müddət dayanırsa və ya boğulma hissi ilə oyanırsa, bu, yuxu apnesinin əlaməti ola bilər. Belə hallarda orqanizm kifayət qədər oksigen ala bilmir, ürəyə əlavə yük düşür və arterial təzyiq daha da yüksələ bilir.Həkimlər axşam saatlarında qəbul edilən qidaların da yuxuya birbaşa təsir etdiyini bildirirlər. Xüsusilə duzlu və ağır yeməklər bədəndə maye saxlanmasına səbəb olur. Bu isə gecə susuzluq hissi, narahatlıq, tez-tez oyanma və arterial təzyiqin dəyişməsi ilə nəticələnə bilər.Bundan başqa, axşam saatlarında çay, qəhvə, enerji içkiləri və digər kofeinli məhsulların qəbulu, eləcə də telefon, planşet və televizor ekranlarına uzun müddət baxmaq da yuxuya mane olur. Ekrandan yayılan mavi işıq beynə hələ yatmaq vaxtının gəlmədiyi siqnalını göndərir və yuxu hormonu olan melatoninin ifrazını azaldır.

Mütəxəssislər təzyiq xəstələrinə hər gün eyni saatda yatmağı, axşam saatlarında ağır qidalardan uzaq durmağı, otağı havalandırmağı və yatmazdan əvvəl mümkün qədər sakit mühit yaratmağı tövsiyə edirlər. Gün ərzində yüngül fiziki aktivlik və təmiz havada gəzinti də yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.Onların sözlərinə görə, yuxuya getməkdə çətinlik, gecə narahatlığı, əsəbilik və davamlı həyəcan yaşayan insanlar həkim məsləhəti ilə əlavə dəstək vasitələrindən də istifadə edə bilərlər.Bu məqsədlə istifadə olunan məhsullardan biri Dream Drops damcılarıdır. Bildirilir ki, bu məhsul dərman deyil, bitki tərkibli qida əlavəsidir. Tərkibində melatonin, pasiflora, melisa, valeriana, qlisin və B6 vitamini mövcuddur. Bu komponentlər sinir sisteminin sakitləşməsinə, yuxuya getmənin asanlaşmasına və yuxu rejiminin tənzimlənməsinə dəstək göstərir.

Mütəxəssislər qeyd edirlər ki, Dream Drops damcı formasında olduğundan istifadəsi rahatdır və adətən yatmazdan təxminən bir saat əvvəl qəbul edilməsi tövsiyə olunur. Bununla yanaşı, məhsul qəbul edildikdən sonra avtomobil idarə etmək və yüksək diqqət tələb edən işlərlə məşğul olmaq məsləhət görülmür. Çünki tərkibindəki komponentlər yuxululuq yarada bilər.

Həkimlər vurğulayırlar ki, yüksək arterial təzyiq və davamlı yuxu pozğunluğu olan şəxslər problemi yalnız yuxugətirici vasitələrlə həll etməyə çalışmamalı, mütləq kardioloq və ya terapevt müayinəsindən keçməlidirlər. Çünki keyfiyyətli yuxu təzyiqin stabil saxlanılmasının vacib şərtlərindən biridir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30